Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-847/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyən edilıməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilıməsinə dair ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, miliyyəti Azərbaycanlı, ata qrafasında 1959-cu ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş X7, ana qrafasında 01 sentyabr 1964-cü ildə Ermənistan Respublikası Ararat rayonunda olmuş X5 qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsalandırmışdır ki, 25.08.1983-cü ildə valideynləri X7 ilə X5 ailə həyatı qurublar. Birgə nikahdan xx.xx.1987-ci il təvəllüdlü o, Ərizəçi adlı və soyadlı övladları dünyaya gəlmişdir. Ermənistan Respublikasında Ararat rayonunda dünyaya gəldiyindən, onun üçün doğum haqqında şəhadətnaməni ordan alıblar. Həmin doğum haqqında şəhadətnamə ilə o, 2006-cı ilin yanvarında həqiqi hərbi xidmətə getmiş, 2007-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən gələndən sora ona aid doğum haqqında şəhadətnaməni itirdiyindən şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Doğum şəhadətnaməsini yenidən almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında şəhadətnaməni vermədilər. Bu səbəbdən məhkəməyə müraciət etməni bildirdilər. Bununla əlaqədar Ərizəçi onun xx.xx.1987-ci ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, miliyyəti Azərbaycanlı, ata qrafasında 1959-cu ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş X7, ana qrafasında 01 sentyabr 1964-cü ildə Ermənistan Respublikası Ararat rayonunda olmuş X5 qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olması barədə doğum haqqında akt qeydinin bərpasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 11.03.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Ərizəçi qardaşı olduğunu, qardaşının xx.xx.1987-ci ildə Ermənistan Ararat rayonunda anadan olduğunu, özündən 3 yaş böyük olduğunu, 114№-li məktəbi qurtardığını, 2006-2007-ci illər arası hərbi xidmətdə olduğunu, qardaşının əsgərliyə gedib qayıdandan sonra şəxsiyyət vəsiqəsi almaq istəyəndə doğum haqqında şəhadətnamənin itirildiyini bildirmişdir. İş materiallarında olan 11.03.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Ərizəçi qardaşı olduğunu, qardaşının xx.xx.1987-ci ildə Ermənistan Ararat rayonunda anadan olduğunu, anasının X5, atasının X2, qardaşının 114№-li məktəbi qurtardığını, 2006-2007-ci illər arası hərbi xidmətdə olduğunu, dəfələrlə hərbi komissarlığa və oxuduğu məktəbə müraciət etdiyini və şəxsiyyət vəsiqəsi ilə bağlı heç bir sənəd olmadığını bildirmiş, digər qardaşı X1 Bayramov olmasına səbəb babasının adının Bayram olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. İş materiallarında olan 11.03.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Ərizəçi bacısı olduğunu, anasının X5, atasının X2, bir bacısı- X9, 3 qardaşı - X6, X12 və Ərizəçi olduğunu, özünün qardaşı Əlidən balaca olduğunu, qardaşının xx.xx.1987-ci ildə Ermənistan Ararat rayonunda anadan olduğunu, 114№-li məktəbi qurtardığını, 2006-2007-ci illər arası hərbi xidmətdə olduğunu və evin nəmli olduğunu və su basdığına görə də, doğum haqqında şəhadətnamənin məhv olduğunu, əsgərliyə də doğum haqqında şəhadətnamənin sürəti ilə getdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən 26 noyabr 2020ci il tarixli, 1212-05/75 saylı məktuba əsasən Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 01.03.2001-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Tədim olunmuş sənədlər araşdırılarkən onların Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olduğu məlum olmuşdur. Doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından doğum akt qeydinin bərpa olunmasına dair ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmaması bildirilməklə, Maraqlı şəxs hüquqi əhəmiyyətli olan doğum faktını müəyyən edilməsi üçün yaşadıqları rayonun məhkəməsinə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı Rayonu hərbi komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* saylı hərbi biletdən görünür ki, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş Ərizəçi 18.01.2006-cı ildən 01.07.2007-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndiliyi tərəfindən 1/140 saylı 20.11.2020-ci il tarixli Azərbaycan Respublikası Hüquqi xidmət sahəsində fəaliyyət göstərən X3 cavab məktubundan görünür ki, Ərizəçi 13.03.1991-ci il tarixdən indiyə kimi Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi ev 43 ünvanında valideynləri ilə birlikdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş 498 saylı 15.03.2021-ci il tarixli məktuba əsasən, xx.xx.1987-ci il təvəllüdlü Ermənistan Respublikasında doğulmuş Ərizəçi hərbi uçot kartasından görünür ki, 20.01.2006-cı ildən 01.07.2007-ci ilədək həqiqi hərbi xidmətdən keçmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İ 997686 nömrəli, 08.01.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X7 29.12.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 yanvar 2019-cu il tarixdə 62 sayla qeyd edilmişdir. Ölümün səbəbi dəqiqləşdirilməmiş kəskin miokard infarktı göstərilmişdir. Öldüyü yer Bakı şəhəri qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi içraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı və onun xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum akt qeydində ata qrafasında X7, ana qrafasında X5 göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edlisin. Ərizəçi xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ata qrafasında X7, ana qrafasında X5 göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-847/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-847/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver