Məhkəmə qərarları › İş №2(010)-850/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-850/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-850/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 74 mənzil 20-dən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı poçt vasitəsi ilə «iddia tələbinin dəyişdirilməsi» barədə ərizəsi daxil olmuş və iddiaçı həmin ərizədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və X8 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 74 mənzil 20-dən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini və iddianın həcminin artırılması barədə ərizəni müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 74, mənzil 20 qeydiyyat vəsiqəsinə əsasən özünün mülkiyyətindədir. Cavabdehlər Laçın rayonundan məcburi köçkündürlər. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus mənzili zəbt etmişdir. Bununla da mülkiyyətçi kimi hüquqlarını pozur, onu mülkiyyətinə sahib olmaq, istifadə etmək hüququndan məhrum edirlər. Cavabdehlər onun mənzilində müvəqqəti olaraq qeydiyyatsız yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Laçın rayonundan məcburi köçkün ailəsidir. Yaşamağa başqa yaşayış yerləri yoxdur. Dövlət tərəfindən onun ailəsi evlə təmin edildikdən sonra iddiaçıya məxsus evi boşaldacaqdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinivə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 76123 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 74 mənzil 20-i İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş «yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 74 mənzil 20-də İddiaçı, X6, X2 pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşəri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayon sektorunun xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür, halhazırda Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 74 mənzil 20-də müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dur. Beləliklə də, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 74 mənzil 20-nin mülkiyyətçisidir. Həmin mənzil Laçın rayonundan məcburi köçkün ailəsi olan cavabdehlər tərəfindən zəbt olunmuşdur. Cavabdehlər artıq uzun müddətdir ki, həmin mənzildə yaşayırlar. İddiaçı isə cavabdehlərin ona məxsus mənzili zəbt etdiyindən o, öz xüsusi mülkiyyətindən istifadə edə ibilmir və cavabdehlərin bu hərəkəti iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin mübahisəli mənzilə hüquqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə mənzil mülkiyyət hüququ ilə İddiaçı Ağaməmməd oğluna məxsus olduğundan, cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu, mənzil hüququnu və mənzillə bağlı istifadə hüquqlarını pozur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Eləcə də, həmin maddədə qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 74 mənzil 20-dən çıxarılsınlar. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar