Məhkəmə qərarları › İş №2(010)-866/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-866/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-866/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı Cavabdeh (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17) qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxs olmaqla ayrıca prosessual statusu olan şəxs olduğunu nəzərə alaraq, iddiaçının da ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, iddiaçının ata-anasının, bacıqardaşının və qohumlarının onlara qonaq gəlmələri, onların ailəsini istənilən formada yad etmələri üçün cavabdeh və ailəsi tərəfindən əngəllik və maneçiliyin törədilməməsi İddia tələbinin dəlliləri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14 A, 23 saylı mənzil Bakı şəhəri Nizami rayonu İH-nin Başçısının xx.xx.2011-ci il tarixli 15 nömrəli Sərəncamına əsasən şəhid ailəsi kimi X1na verilmiş, onun adına rəsmləşdirilmişdır. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Cavabdeh evdə təmir işləri aparmaq adı ilə etibardan sui istifadə edərək kələkbazlıq etmiş, həmin mənzili həyat yoldaşı X9 və X1nın razılığı olmadan və iradələrinin əksinə zidd olaraq ikinci həyat yoldaşı X7, oğlu X18 olmaqla zəbt etmiş, sonradan qaynanası və həyat yoldaşını da həmin mənzilə buraxmamışdır. O, xx.xx.2019cu ildə X17 ilə ailə həyatı qurmuş və birgə nikahdan oğlu xx.xx.2021-ci ildə X24 dünyaya gəlmişdir. Onlar ailə həyatı qurduqdan sonra qanunla onlara məxsus otağın birində yaşamağına imkan vermədikləri üçün 1 ildən artıq ayı 300 manata Yasamal rayonu ərazisində kirayədə yaşamış, ailə büdcəsinə böyük maddi ziyan dəymiş, cavabdehin və ailəsinin hərəkəti nəticəsində onların bir neçə illər ərzində və hal-hazırda mənzilin 1 otağında yaşamaq hüququnun qanunla təsbit edildiyi halda bilərəkdən və şüurlu surətdə pozulmuş, maddi ziyan bu gündə artmaqda davam edir, bu da onun və ailəsinin dövlət tərəfindən qanunla tanınmış hüquqlarının pozulmasına rəvac vermiş, maddi, mənəvi və psixoloji gərginlik keçirməsinə səbəb olmuşdur. Cavabdeh öz ailəsi ilə heç bir razılıq olmadan və qeydiyyatsız olaraq həmin mənzildə yaşayır və məhkəmə süründürməçiliyilə vaxt uzadır. Hələ indiyə qədər mənzilə daimi əsaslarla sosiyal kirayə müqaviləsi bağlanmamış, Nizami rayor İH tərəfindən verilmiş sərəncam yenilənməmişdir. Belə ki, aidiyyəti 2 otaqlı mənzil Suraxanı rayonu ərazisində yerləşir. Sosiyal kirayə müqaviləsinin bağlanmasına və sərancamın yenilənməsinə Cavabdeh bilərəkdən əngəllik törədir. Belə ki, hər iki tərəfin razılığı ilə daimi pasport qeydiyyatından çıxmaqla Suraxanı rayon ərazisində məlum mübahisəli mənzilə qeydiyyata alınmalıdır. Suraxanı rayon ərazisində yerləşən mübahisəli mənzil qayınatası X10 erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olduğu üçün dövlət tərəfındən verilmiş və X12nin adına rəsmləşdirilmişdir. Onlanın ailəlikcə mübahisəli mənzilə köçürülməsi ilə əlaqədar iddiaçı olaraq həyat yoldaşı X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli 2(010-1318/2022 saylı "mənzilə köçürülmə" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılaraq həyat yoldaşı iddiaçı X9 oğlu xx.xx.2021-ci il təvəllüdlü X24 ilə birlikdə ünvan 2 ünvanına köçürülməsilə bağlı iddiası təmin edilmiş və qətnamə çıxarılmışdır. Hakim S.Miriyevanın işə yanaşmasından, qanunun aliliyinini qorumasından çox razıdır, heç bir narazılığı yoxdur, sadəcə onlar iddiaçı olaraq iddia ərizəsində iddiaçının da məlum mübahisəli mənzilə köçürülməsini qeyd etməli idi, səhvi ucbatından etməmiş, hakim bu halları qətnamədə dəqiqliklə izah və qeyd edib. xx.xx.2022-ci ildə həyat yoldaşı və oğlunun məlum mənzilə köçürülməsi ilə bağlı iddia təmin edilmişdir. İddiaçının mənzilə daxil olmasına cavabdeh və arvadı əngəl törədir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddia əsassız və qeyriqanunidir. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 15 saylı Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kvm, yaşayış sahəsi 41,29 kvm olan 2 otaqlı 23 saylı mənzili 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu X17) 1960-cı il təvəllüdlü, şəhid ailəsi anası X4 adıına rəsmiləşdirilmişdir. Anası sağlığında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23, 405 saylı mənzili qardaşı X13 ailəsi ilə birlikdə bağışlamış və həmin bağışlama müqaviləsinə o, Bakı şəhər 15 saylı Notariat Ofisində rəsmi qaydada etirazının olmadığını bildirmişdir. Eyni zamanda anası X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 14a saylı binanın 23 saylı mənzilini ailəsi ilə birlikdə ona vermişdir. Bu baxımdan iddiaçının iddia ərizəsində qeyd etdirdikləri tamamilə əsassızdır. Özü ailəsi ilə birlikdə 10 ildən çoxdur ki, həmin mənzildə yaşayır. İddiaçının Keşlə qəsəbəsində evi ola-ola onun yaşadığı mənzili də istəyir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında göstərdi ki, o, iddiaçının əridir və yoldaşının mübahisəli mənzilə köçürülməsini istəyir. İş materialları 5 saylı Bakı Asan xidmət xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X14 arasında nikah xx.xx.2019-cu ildə bağlanmışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 15 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, bu Sərəncama əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.85 m2, yaşayış sahəsi 41.29 m2 olan 2 otaqlı 23 saylı mənzil 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh oğlu, 1988-ci il təvəllüdlü oğlu X17) 1960-cı il təvəllüdlü şəhid ailəsi X4 adına rəsmiləşdirilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1318/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X9 Cavabdeh (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti) qarşı “mənzilə köçürülmə" tələbinə dair İddiası qismən təmin edilmiş, iddiaçı X17 xx.xx.2021-ci il təvəllüdlü X24 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1318/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a mənzil 23 ünvanına gəlinmiş, mənzilin giriş qapısını iş üzrə borclu Cavabdeh açdı. İş üzrə tələbkar ilə icra yerinə gəlinmiş, tərəflərlə birlikdə sözügedən mənzilə daxil olundu. İcra səndinin mahiyyəti və tələbi tərəflərə izah olundu. Bundan əlavə tərəflərə birgə istifadə qaydaları izah olunaraq profilaktiki söhbət aparılmışdır. X3, X24 ilə birlikdə sözügedən mənzilə köçürülmüşdür. İşin faktiki halları İddiaçı əri və Cavabdeh qardaşdır. Onların atası X11 xx.xx.1994-cü il tarixdə X8 şəhid olmuşdur. Bundan sonra, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.85 m2, yaşayış sahəsi 41.29 m2 olan 2 otaqlı 23 saylı mənzil hazırkı iş üzrə tərəflərin anası X4 adına rəsmiləşdirilmişdir. Ailə tərkibi hazırkı iş üzrə cavabdeh və onun qardaşından ibarət olmuşdur. Lakin bu mənzildə Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. X6 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı cavabdehin qardaşı X17 ilə 2019-cu ildə nikaha daxil olmuş, həmin vaxtdan ailəsi ilə birlikdə Yasamal rayonunda yerləşən mənzildə yaşamış, daha sonra isə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mənzilə köçərək orada yaşamışdır. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçının əri X9 hazırki iş üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə" tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X9 xx.xx.2021-ci il təvəllüdlü X24 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, iddianın hazırki mülki iş üzrə İddiaçı münasibətdə isə həmin şəxsin iddia ərizəsində iddiaçı kimi qeyd edilməməsi və əri ilə birlikdə iddiaçı statusunu almaması əsası ilə təmin edilməmişdir. Hazırda İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə onun da yaşamaq hüququ olduğunu bildirərək həmin mənzilə köçürülməsini istəyir. Cavabdeh isə iddia tələbi ilə razılaşmır və etirazını onunla əsaslandırır ki, iddiaçının həyat yoldaşı olan qardaşı Əfəndiyev Rəşad ilə onun arasında şifahi razılıq əldə olunmuş və bu razılığa əsasən Bakı şəhəri, Nizami rayonunda yerləşən və onlara məxsus başqa bir mənzil qardaşının adına özəlləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. Mənzil hüququ. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17. Mənzil fondu. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 70. Müvəqqəti başqa yerə getmiş yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və onun ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı əri və Cavabdeh qardaşdır. Onların atası X11 xx.xx.1994-cü il tarixdə X8 şəhid olmuşdur. Bundan sonra, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a-da yerləşən 23 saylı mənzil hazırkı iş üzrə tərəflərin anası X4 adına rəsmiləşdirilmişdir. Ailə tərkibi hazırkı iş üzrə cavabdeh və onun qardaşı Əfəndiyev Rəşaddan ibarət olmuşdur. Lakin bu mənzildə Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. X6 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı cavabdehin qardaşı X17 ilə 2019-cu ildə nikaha daxil olmuş, həmin vaxtdan ailəsi ilə birlikdə Yasamal rayonunda yerləşən mənzildə yaşamış, daha sonra isə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mənzilə köçərək orada yaşamışdır. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçının əri X9 hazırki iş üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə" tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X9 xx.xx.2021-ci il təvəllüdlü X24 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a-da yerləşən 23 saylı mənzilə köçürülməsi, iddianın hazırki mülki iş üzrə İddiaçı münasibətdə isə həmin şəxsin iddia ərizəsində iddiaçı kimi qeyd edilməməsi və əri ilə birlikdə iddiaçı statusunu almaması əsası ilə təmin edilməmişdir. Hazırda İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə onun da yaşamaq hüququ olduğunu bildirərək həmin mənzilə köçürülməsini istəyir. Cavabdeh isə isə iddia tələbi ilə razılaşmır və etirazını onunla əsaslandırır ki, iddiaçının həyat yoldaşı olan qardaşı Əfəndiyev Rəşad ilə onun arasında şifahi razılıq əldə olunmuş və bu razılığa əsasən Bakı şəhəri, Nizami rayonunda yerləşən və onlara məxsus başqa bir mənzil qardaşının adına özəlləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli mənzilə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddiaçının buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə iddiaçının mübahisəli mənzilə köçürülməsi ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi, iddaçı İddiaçı köçürülməsini istədiyi mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin ailə üzvünə aid deyil, eləcə də kirayəçi tərəfindən həmin evə köçürülməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçıya münasibətdə subyektiv hüququn yuxarıda qeyd edilən üç elementindən birincisi mövcud olmadığından məhkəmə cavabdehin iddia tələbinə etirazına qiymət verməyə zərurət qalmadığı qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar