Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-868/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 və onun yetkinlik yaşına çatmayan övladları X7 və X3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri, ödənilmiş 55 manat mediasiya xərcinin və dövlət rüsumunun alınmaqla ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə Tərtər rayon qeydiyyat şöbəsində nikah bağlanmış və həmin nikahdan X7 və X6 doğulmuşdur. Tərtər rayon məhkəməsinin 2(061)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş azyaşlı övladları onun himayəsinə verilmiş və cavabdehdən uşaqların saxlanılması üçün aliment tutularaq ona verilməsi qət edilmişdir. 2013-cü ilin may ayında cavabdeh ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət hazır tikilmiş fərdi yaşayış evini 12000 ABŞ dollarına almışlar. Aldıqları fərdi yaşayış evi yaşamaq üçün tam hazır olmadığından 1 ay yarım müddətində təmir edərək iyun ayının sonunda evə köçmüşlər. Onun qızıllarının bir hissəsini satmaqla, eyni zamanda faizə pul götürməklə evin təmirini təmin etmişlər. 2023-cü ilin iyun ayına qədər ailəsi ilə sözü gedən fərdi yaşayış evində yaşamışlar. Bu müddətdə evin kommunal təminatları cavabdehin adına qeydiyyata alınmış, yalnız evə çəkilmiş telefon xidməti onun adına qeydiyyata alınmışdır. Bundan əlavə övladları həmin evdə yaşadıqları zaman Bakı şəhəri Təhsil İdarəsinin Suraxanı rayonunda yerləşən M.Mehdiyev adına 280-nömrəli tam orta məktəbdə təhsil almışlar. 2023-cü ilin iyun ayında cavabdehlə aralarında ailə daxili münaqişə yarandığından o məcbur qalıb, uşaqlarla birlikdə Tərtər rayonu Buruc kəndinə valideynlərinin yaşadığı yerə qayıtmalı olmuşdur. Təxminən sentyabr ayının əvvəlinə kimi yaşasa da, övladları Suraxanı rayonunda orta təhsil aldığı üçün Suraxanı rayonunda onlara məxsus olan fərdi yaşayış evinə qayıtmağa məcbur olmuşlar. Təxminən sentyabr ayının sonunadək uşaqlarla birlikdə evdə yaşasalar da, cavabdehlə aralarında davamlı mübahisələr olduğu üçün o məcbur qalıb uşaqları özü ilə götürərək, Tərtər rayon Buruc kəndinə qayıtmalı olmuşdur. Övladlarını təhsildən yayındırmamaq üçün onları Tərtər rayon 1-nömrəli orta məktəbə təhsil almaq məqsədi ilə yazdırmışdır. 2024-cü ilin aprel ayında yuxarıda qeyd edildiyi kimi nikahları pozulmuş və həmin ilin iyul ayının ortalarında ailə yaxınlarından bir nəfər ona bildirmişdir ki, Bakıda Suraxanı rayonunda yerləşən evlərində guya ki, kimlərsə kirayədə yaşayır. Həmin xəbəri eşidən kimi övladlarını da götürüb, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi yaşayış evinə qayıtmışdır. Evə qayıtdıqda qapını döydüyü zaman bir yaşlı kişi qapıya çıxaraq ona bildirmişdir ki, guya ki, bu evi Sərxan adlı şəxsdən almışdır. O dərhal DİN-in 102 xidmətinə zəng etmiş, polislər gələrək onu və həmin şəxsi Hövsan qəsəbəsində yerləşən 30-cu Polis bölməsinə aparmışlar. Polis tərəfindən araşdırma aparıldığı müddətdə mübahisəli evdə kimsənin yaşaması mümkün olmayacaqdır. Buna baxmayaraq, o polisə bildirmişdir ki, evinə gedəcəkdir, onun başqa yaşayış yeri yoxdur. Bütün cehiz əşyaları və ona və övladlarına məxsus həmin əşyalar hazırda həmin evdədir. Bundan sonra polis ona evə getməsinə mane olmamış, evi aldığını iddia edən Rəhman adlı şəxs evdən ona məxsus olan əşyalarını götürmək üçün onunla birlikdə evə qayıdan zaman bildirmişdir ki, o ümumiyyətlə evi almamışdır, Sərxan adlı uzaq qohumları olan kəndçiləri, o müharibə iştirakçısı olduğu üçün hazırkı evə gətirib yerləşdirilmiş, onun evə yerləşdirilməsinin məqsəd isə, gələcəkdə onun bu evdən heç bir pay əldə etməməsi olmuşdur. Rəhman adlı şəxs öz əşyalarını götürərək, ondan və övladlarından üzr istəyərək getmişdir. Hadisədən bir gün sonra kəndçiləri və qohumları olan Sərxan Musayev yaşadıqları evə gələrək, ondan və anasından üzr istəmiş, evdə Rəhman adlı şəxsin yerləşdirilməsini cavabdeh istədiyini və onun məqsədi isə onu gələcək də pay hüququndan məhrum etmək olduğunu bildirmişdir. İşin bu şəkildə olması barədə izahat yazmış, polis tərəfindən hazırki məsələ üzrə araşdırılma aparılsa da sonunda xx.xx.2024-cü il tarixli məktubla hazırki mübahisənin mülki xarakterli olması və məhkəmə orqanlarına müraciət tövsiyə olunmuşdur. Hadisədən sonra övladları ilə onlara məxsus olan fərdi yaşayış evində yaşasa da, cavabdeh və onun ailə üzvləri evə gələrək, mütəmadi olaraq onu təhqir etməklə hədələdikləri üçün yenidən polis orqanlarına müraciət etməyə məcbur olmuşdur. Polis bu barədə onların izahatını almış və xəbərdarlıq etmişdir. Lakin onlar polisə evdə yaşamaq istədiklərini bildirmiş və polis orqanları evin hər ikisinə məxsus olduğundan, onların da bu evdə yaşamaq hüququnu bildirmiş və bu səbəbdən də onlarda həmin evə yerləşdirilmişdir. O təxminən bir- iki gün yaşasa da, lakin onlarla mütəmadi mübahisə yarandığından, polisə yenidən rəsmi ərizə verib, evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda Tərtər rayonu Buruc kəndində valideynlərinə məxsus olan fərdi yaşayış evində övladları ilə birgə yaşayır. Onda olan məlumatlara əsasən ona məxsus olan fərdi yaşayış evini bütün kommunal xidmətlərini anasının adına keçirmişdir. Mübahisə predmeti olan qanunsuz tikili, həm də onun yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Tərəflər həmin yaşayış evini birgə nikah dövründə əldə edərək orada yaşamışlar. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış X8 da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxsin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Göründüyü kimi həmin evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmasa da, iddiaçıya aid bütün əşyalar həmin evdədir və cavabdeh tərəfindən həmin evdə iddiaçının yaşamasına və əşyalarından istifadə etməyə qadağa qoyulub. İddiaçının və onun yetkinlik yaşına çatmayan övladlarının başqa yaşayış yeri yoxdur. Həmçinin yetkinlik yaşına çatmayan övladları yaxınlıqda yerləşən Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə təhsil alırlar və Bakı şəhəri 16 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yetkinlik yaşına çatmayan övladları vaxtlı-vaxtında məktəbə gedə bilmirlər, sağlamlıqlarının qorunması üçün həkin müayinəsinə gedə bilmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə izahat verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 2008-ci il tarixdə Tərtər rayon qeydiyyat şöbəsində nikah bağlanmış və həmin nikahdan iki övladı doğulmuşdur. 2024-cü il tarixdə tərəflər arasındakı nikah pozulmuş azyaşlı övladları isə İddiaçı himayəsinə verilmişdir. 2013-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət hazır tikilmiş fərdi yaşayış evini 12000 ABŞ dollarına almışlar. Aldıqları fərdi yaşayış evi yaşamaq üçün tam hazır olmadığından təmir edərək evə köçmüşlər. Evin təmiri zamanı İddiaçı məxsus qızılların bir hissəsi satılmışdır. 2023-cü ilin iyun ayına qədər ailəsi ilə sözü gedən fərdi yaşayış evində yaşamışlar. Bu müddətdə evin kommunal təminatları cavabdehin adına qeydiyyata alınmış, yalnız evə çəkilmiş telefon xidməti İddiaçı adına qeydiyyata alınmışdır. Övladları həmin evdə yaşadıqları zaman Bakı şəhəri Təhsil İdarəsinin Suraxanı rayonunda yerləşən M.Mehdiyev adına 280-nömrəli tam orta məktəbdə təhsil almışlar. 2023-cü ildə iddiaçı Tərtər rayonunda olarkən ona məlum olmuşdur ki, cavabdeh sözügedən fərdi yaşayış evini başqa bir şəxsin adına qeydiyyatdan keçirmişdir. Həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi yaşayış evinə qayıtmışdır. Evə qayıtdıqda qapını döydüyü zaman yaşlı kişi qapıya çıxaraq ona bildirmişdir ki, guya ki, bu evi Sərxan adlı şəxsdən almışdır. O dərhal DİN-in 102 xidmətinə zəng etmiş, polislər gələrək onu və həmin şəxsi 30-cu Polis bölməsinə aparmışlar. Bundan sonra evi aldığını iddia edən Rəhman adlı şəxs onunla birlikdə evə qayıdan zaman bildirmişdir ki, o ümumiyyətlə evi almamış, Sərxan adlı şəxs –(sonradan müəyyən olunmudur ki, cavabdehin xalası oğludur) Rəhmanın müharibə iştirakçısı olduğu üçün sözügedən fərdi yaşayış evinə gətirib yerləşdirmişdir. Rəhman adlı şəxs öz əşyalarını götürərək, ondan və övladlarından üzr istəyərək getmişdir. Polis tərəfindən bu məsələ üzrə araşdırılma aparılsa da, sonunda xx.xx.2024-cü il tarixli məktubla hazırki mübahisənin mülki xarakterli olması və məhkəmə orqanlarına müraciət tövsiyə olunmuşdur. Hadisədən sonra övladları ilə onlara məxsus olan fərdi yaşayış evində yaşasa da, cavabdeh və onun anası sözügedən fərdi yaşayış evinə köçmüş və onlar arasında mütəmadi mübahisə yaranmışdır. Bu səbəbdən də, İddiaçı polisə yenidən rəsmi ərizə verib, evdən çıxmaq məcburiyyətində qalmışdır. Həmin evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmasa da, iddiaçıya aid bütün əşyalar həmin evdədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh ilə İddiaçı arasında 2008-ci il tarixdə nikah bağlanmış və sözügedən fərdi yaşayış evi isə tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunmuş, lakin təmirsiz vəziyyətdə olduğundan yaşamaq mümkün olmamışdır. 2013cü ildə tərəflər həmin evdə təmir tikinti işləri apararaq orada yaşamışlar. Fərdi yaşayış evi özbaşına tikili olduğundan və ev üzərində heç kəsin mülkiyyət hüququ olmadığından Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilə bilməz. Evə köçürülmə tələbi isə evdən məhrumetmə halı mövcud olduğu zaman mümkündür. Sözügedən mübahisədə isə iddiaçının zorla evdən çıxarılma halı yoxdur. Polis tərəfindən verilmiş məktubdan da müəyyən olunur ki, mübahisə mülki xarakterlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya heç bir zor tətbiq edilməmiş o özü Tərtər rayonu, Buruc kəndinə getmiş, uşaqları isə Tərtər rayon 1№-li məktəbdə təhsil almışlar. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
5. X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan müəyyən olunur ki, Cavabdeh və İddiaçı nümayəndəsi X5 İMS-də iştirak etmiş, İddiaçı tərəfindən 55 manat məbləğində İMS xərci ödənilmişdir.Tərəflər Mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.
6. xx.xx.2024-cü il tarixli Suraxanı rayon 30-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə etdiyi müraciət ətraflı araşdırılaraq AR DİN-nin 015 nömrəli əmrinin 10.22 bəndinə əsasən mülki xarakterli olduğu üçün araşdırılmadan, mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir.
7. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Suraxanı rayon 30-cu Polis Şöbəsinə verilmiş ərizənin surətindən müəyyən olunur ki, keçmiş həyat yoldaşı Cavabdeh yalandan Hövsan qəsəbəsində yerləşən evlərini başqasına satması adı ilə qurma qurmuşdur. Bu barədə qanuni araşdırma aparılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.Mehdiyev adına 280 №li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 285 nömrəli arayışdan müəyyən olunur ki, X7 həqiqətən 2023/2024-cü tədris ilində Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbin Vİİİ sinfində təhsil almışdır və 237 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdən məktəbdən çıxmışdır.
9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.Mehdiyev adına 280 №li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 286 nömrəli arayışdan müəyyən olunur ki, X6 həqiqətən 2023/2024-cü tədris ilində Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbin İİİ sinfində təhsil almışdır və 237 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdən məktəbdən çıxmışdır.
10. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh yaşadığı ünvanda quraşdırılmış sayğacın mənfiyə işləməsi ilə bağlı yeni qaz sayğacı ilə əvəz edilmişdir.
11. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktın surətindən müəyyən olunur ki, Sərxan Musayevin yaşadığı ünvanda quraşdırılmış sayğacın kartı qəbul etməməsi ilə bağlı yeni qaz sayğacı ilə əvəz edilmişdir.
12. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1003 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Zığ qəsəbəsinin, Zığ Bağları y/massivində qeydiyyatsız yaşayır.
13. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19 nömrəli arayışın surətindən müəyyən olunur ki, ***-**-** saylı telefon nömrəsi xx.xx.2013-cü il tarixdən Zığ qəsəbəsi, Bağlar yaşayış sahəsi ünvanına İddiaçı adına sənədləşdirilmişdir. Hal-hazırda həmin ünvanda işləyir və borcu yoxdur.
14. Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Rabitə operatoru” ilə “Abunəçi” arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən müəyyən olunur ki, bu müqavilə bir tərəfdən Bakı Telefon Rabitəsi X2 Qovşağı digər tərəfdən Musayeva (bundan sonra abunəçi adlanacaq) telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə bağlanılır.
İşin faktiki halları.
15. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 2008-ci il tarixdə nikah bağlanmış və həmin nikahdan X7 və X6 doğulmuşdur. Sözügedən fərdi yaşayış evi isə tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunmuş, lakin təmirsiz vəziyyətdə olduğundan yaşamaq mümkün olmamışdır. 2013-cü ildə tərəflər həmin evdə təmir tikinti işləri apararaq orada yaşamışlar. Tərəflər 2023-cü ilin iyun ayına qədər birlikdə həmin fərdi yaşayış evində yaşamışlar. Bu müddətdə evin kommunal təminatları cavabdehin adına qeydiyyata alınmış, yalnız evə çəkilmiş telefon xidməti İddiaçı adına qeydiyyata alınmışdır. Övladları həmin evdə yaşadıqları zaman Bakı şəhəri Təhsil İdarəsinin Suraxanı rayonunda yerləşən M.Mehdiyev adına 280-nömrəli tam orta məktəbdə təhsil almışlar. Tərəflər arasında ailə münaqişəsi yarandığından iddiaçı Tərtər rayonunda yaşayan valideynlərinin yanına getmiş, Tərtər rayonunda olarkən ona məlum olmuşdur ki, cavabdeh sözügedən fərdi yaşayış evini başqa bir şəxsin adına qeydiyyatdan keçirmişdir. Bununla bağlı o fərdi yaşayış evinə qayıdaraq dərhal DİN-in 102 xidmətinə zəng etmiş, polislər gələrək onu və evdə qalan həmin şəxsi 30-cu Polis bölməsinə aparmışlar. Bundan sonra evi aldığını iddia edən Rəhman adlı şəxs onunla birlikdə evə qayıdan zaman bildirmişdir ki, o ümumiyyətlə evi almamış, cavabdehin xalası oğlu Sərxan Rəhmanın müharibə iştirakçısı olduğu üçün sözügedən fərdi yaşayış evinə gətirib yerləşdirmişdir. Rəhman adlı şəxs öz əşyalarını götürərək evdən cıxıb getmişdir. Polis tərəfindən bu məsələ üzrə araşdırılma aparılsa da, sonunda xx.xx.2024-cü il tarixli məktubla hazırki mübahisənin mülki xarakterli olması və məhkəmə orqanlarına müraciət tövsiyə olunmuşdur. Daha sonra tərəflər arasında ailə münaqişəsi yarandığından iddiaçı evdən getmək məcburiyyətində qalmışdır. Həmin evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud deyildir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
20.Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı
4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 2008-ci il tarixdə nikah bağlanmış və həmin nikahdan X7 və X6 doğulmuşdur. Sözügedən fərdi yaşayış evi isə tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunmuş, lakin təmirsiz vəziyyətdə olduğundan yaşamaq mümkün olmamışdır. 2013-cü ildə tərəflər həmin evdə təmir tikinti işləri apararaq orada yaşamışlar. Tərəflər 2023-cü ilin iyun ayına qədər birlikdə həmin fərdi yaşayış evində yaşamışlar. Bu müddətdə evin kommunal təminatları cavabdehin adına qeydiyyata alınmış, yalnız evə çəkilmiş telefon xidməti İddiaçı adına qeydiyyata alınmışdır. Övladları həmin evdə yaşadıqları zaman Bakı şəhəri Təhsil İdarəsinin Suraxanı rayonunda yerləşən M.Mehdiyev adına 280-nömrəli tam orta məktəbdə təhsil almışlar. Tərəflər arasında ailə münaqişəsi yarandığından iddiaçı Tərtər rayonunda yaşayan valideynlərinin yanına getmiş, Tərtər rayonunda olarkən ona məlum olmuşdur ki, cavabdeh sözügedən fərdi yaşayış evini başqa bir şəxsin adına qeydiyyatdan keçirmişdir. Bununla bağlı o fərdi yaşayış evinə qayıdaraq dərhal DİN-in 102 xidmətinə zəng etmiş, polislər gələrək onu və evdə qalan həmin şəxsi 30-cu Polis bölməsinə aparmışlar. Bundan sonra evi aldığını iddia edən Rəhman adlı şəxs onunla birlikdə evə qayıdan zaman bildirmişdir ki, o ümumiyyətlə evi almamış, cavabdehin xalası oğlu Sərxan Rəhmanın müharibə iştirakçısı olduğu üçün sözügedən fərdi yaşayış evinə gətirib yerləşdirmişdir. Rəhman adlı şəxs öz əşyalarını götürərək evdən cıxıb getmişdir. Polis tərəfindən bu məsələ üzrə araşdırılma aparılsa da, sonunda xx.xx.2024-cü il tarixli məktubla hazırki mübahisənin mülki xarakterli olması və məhkəmə orqanlarına müraciət tövsiyə olunmuşdur. Daha sonra tərəflər arasında ailə münaqişəsi yarandığından iddiaçı evdən getmək məcburiyyətində qalmışdır. Həmin evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud deyildir.
23. 2013-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət hazır tikilmiş fərdi yaşayış evi faktiki olaraq 12000 ABŞ dollarına əldə edilmişdir.
24. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət hazır tikilmiş fərdi yaşayış evinin tərəflərin birgə nikahda olduqları dövrdə faktiki olaraq əldə olunması və 2013-cü ildən ər-arvadın həmin evdə yaşaması işin mübahisəsiz halıdır.
25. İş üzrə tərəflər 2008-2024-cü illər aralığında rəsmi nikahda olmuşlar. Tərəflər fərdi yaşayış evi faktiki əldə olunduqdan sonra həmin fərdi yaşayış evində təmir–tikinti işləri aparmışlar və 2023-cü ilə kimi orada uzun müddət yaşamışlar. Həmin evdə aparılmış təmir-tikinti işləri tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına aparılmışdır.
26. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
27. Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbləri üzrə sübut etmə yükü hər iki tərəfin üzərinə düşür. İddiaçı tərəf mübahisəli evin birgə nikah dövründə əldə edilməsini və evdə aparılmış təmir-tikinti işlərinin tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına aparıldığını qeyd etmiş və cavabdeh tərəf məhkəmədə bu halı mübahisələndirməmişdir. Cavabdeh tərəf həmin fərdi yaşayış evinin əldə olunan zaman yararsız olduğunu və ev alındıqdan sonra orada təmir tikinti işlərinin aparıldığını qeyd etmişdir.
28. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olsa da, tərəflərin birgə nikah dövründə əldə etdiyi vəsait hesabına əldə olunmuş, tərəflər həmin fərdi yaşayış evində 2013-2023-cüillər aralığında yaşamış, birgə təsərrüfat apararaq orada tikinti və təmir bərpa işləri aparmışlar.
29. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili hesab olunsa da, hal-hazırda maddi dəyər kimi mövcuddur və tərəflər arasında nikah pozulması səbəbindən iddiaçı həmin evin faydalı xassələrindən istifadə etmək imkanından məhrum olmuş və bu hal onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir.
30. Məhkəmə iddia tələbinin iddiaçının fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının fərdi yaşayış evinə köçürülməsi onun həmin evə istifadə hüququnun yaranmasına və müvafiq dövlət orqanı tərəfindən onun mənzilə qeydiyyata alınmasına əsas hesab oluna bilməz.
Məhkəmə xərcləri.
31. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, iddiaçı azyaşlı övladları X7 və X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməli, iş üzrə ödənilmiş - 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməli və 100 manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları X7 və X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş - 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Leyla Talıbova