Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-88/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı "X5 Kompani S.A" Şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X5 Kompani S.A" Şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.3-cü maddələrinə əsasən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, "X5 Kompani S.A" Şirkəti tərəfindən xx xxxxxx 2017-ci ildə verilmiş Ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan X2 qərarı ilə Şirkətin Azərbaycan Respublikasında Nümayəndəliyinə direktor(menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı X3 adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. Hazırki iddia ərizəsi "X5 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin icraçı direktor Arzu Sarıbalayev tərəfindən imzalansa da, Şirkətin və eləcə də Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından Arzu Sarıbalayevə iddia ərizəsi vermək və onu imzalamaq səlahiyyət verilməmiş və bununla bağlı sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş X1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli etibarnamə isə Şirkətin adından yox, Pervaiz Naveed tərəfindən verilmiş və həmin etibarnamə Bakı şəhəri 50 saylı notariat kontorunda 7E-19037 nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən,hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və259.0.3cümaddələrinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;– iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "X5 Kompani S.A" Şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-88/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-88/2020
10.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver