Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-884/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, iddiaçı-cavabdehİddiaçı və vəkili və nümayəndəsi X3, cavabdeh-iddiaçı Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, **-SX-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz GL450” markalı avtomobilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı-cavabdehin vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş **-SX- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL450” markalı avtomobilin satışından əldə edilmiş 28.000 manat pulun ½ hissəsinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddiasının təmin edilməməsi və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin, bugünkü bazar qiyməti nəzərə alınaraq 25000 manatının İddiaçı alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onlar birgə nikahda olduqları dövrdə xx.xx.2019-cu ildə maşın almışlar. Daha sonra münasibətləri korlanmış və onların nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamədə də qeyd olunmuşdur ki, o, 24 sentyabr 2019-cu il tarixindən evdən çıxıb getmiş, cavabdeh isə onun xəbəri olmadan birgə nikah dövründə aldıqları maşını xx.xx.2019-cu ildə öz əmisi oğlu Cavabdeh2 satmışdır. O, yalnız nikahları rəsmi pozulduqdan sonra maşının satılmasından xəbərdar olmuşdur. Cavabdeh ilə olan nikahları isə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pozulmuşdur. Cavabdeh guya maşını sataraq borcunu bağladığını bildirsə də, qeyd olunanlar yalandır, çünki cavabdehin heç bir borcu olmayıb, daha əvvəl heç bir söhbət əsnasında da borcu olduğunu bildirməmişdir. Cavabdehin borclu olduğunu bildirdiyi şəxs Bağıyev Əvəzxanı tanıyır, belə ki, o, fəhlədir və onun 30000 manat məbləğində pulunun olması inandırıcı deyil. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə ərizə əsassızdır. Belə ki, ilkin torpaq sahəsinin alınmasında o qızıllarını sataraq pulunu torpaq sahəsinin alınmasına vermişdir. Qızıllar təxminən 1200 manat dəyərində olmuş və onlar da torpağı 2400 manata almışlar. Həmin ev onun atasının pulu ilə tikilib və hazırda o, həmin evdə yaşayır. Elməddin özünə maşın aldığı üçün kredit borcunu ödəyirdi və bu səbəbdən ev üçün xərc çəkməmişdir. Ümumilikdə, ev 2008-ci il tarixdə tikilib və həmin vaxta uyğun materialların qiyməti nəzərə alınsa, bəlkə də bəzi materialların qiyməti ekspertiza rəyində artıq yazılıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
5. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək qeyd etdi ki, cavabdeh tərəf evin tikintisinə xərclənən pulun yarısını tələb etsə də, həmin xərclərin çəkilməsinə dair heç bir əsaslı sübut gətirməmiş, o cümlədən sənəd-sübut təqdim etməmişdir. Bundan əlavə, qarşı tərəf məhkəmə iclasında dəfələrlə yalan izahatlar verərək, ilk öncə avtomobilin dəyərinin 20.000, sonra isə 24.000 manat olduğunu bildirmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, cavabdeh hökmdə, cinayət işi ilə əlaqəli izahat verən zaman avtomobilin 28.000 manata satıldığını bildirmişdir. Buradan görünür ki, qarşı tərəf yalan, həqiqətə uyğun olmayan məlumatları məhkəməyə bildirir və heç bir əsaslı sübut olmadan həmin əmlakın bölgüsü ilə bağlı iddia irəli sürür. Həmçinin onlar tərəfindən dəvət olunmuş şahid bildirmişdir ki, evin tikinti xərclərini o, özü qarşılamış, materialları özü almışdır. Bu səbəbdən də qarşı tərəfin şahid qismində gətirdiyi ustalar tərəfindən evin tikilməsi ilə razılaşmamışdır. İlkin iddia ilə bağlı isə onu bildirdi ki, avtomobilin dəyəri qarşı tərəfin hökmdə bildirdiyi kimi 28.000 manatdır. Belə ki, o, avtomobili ilk olaraq 29.000 manata təklif etmiş, sonda isə 28.000 manata satmışdır. Avtomobil satılarkən isə iddiaçının razılığı olmamışdır, çünki təqdim olunmuş qətnamədən də görünür ki, tərəflər arasındakı münasibətlər korlanandan sonra qarşı tərəf qərəzli şəkildə avtomobili satmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdeh-iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, torpaq Bələdiyyənin torpağıdır. Əvvəllər kommunal onun adına idi, sonradan isə yeznəsinin adına keçirtmişdir. Bütün ödənişlər də onun adından edilirdi. Qaz və su sayğacları da onun adına idi, hətta 400 manat cərimə də ödəmişdir. Ekspertizanın rəyi ilə razı deyil və tikinti materialları çox aşağı qiymətləndirilməklə yanaşı, rəy verilən zaman evin yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmamışdır. İlkin iddia tələbinə münasibətdə isə bildirdi ki, onun 2018-ci ildə 30000 manat məbləğində borcu yaranmışdı. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə maşını 24.000 manata əmisioğlu Sadiqə sataraq borcunu ödəmişdir. Maşın satılan vaxt artıq boşanma ərəfəsində olduqları üçün yoldaşı ilə birlikdə yaşamırdılar. Xəyalənin onun borcundan xəbəri var idi, lakin maşının satacağı barədə məlumatsız idi. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
7. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, həqiqətən də mübahisə predmeti olan avtomobil tərəflərin birgə nikah dövründə alınmış və sonra Cavabdeh1 tərəfindən satılmışdır. Məhkəmə iclası zamanı məlum oldu ki, tərəflər birgə nikahda olduqları zaman Cavabdeh1 Əvəzxan Bağıyevə tikinti işləri ilə əlaqəli 30.000 manat borcu yaranmışdır. Əvəzxan Bağıyev dəfələrlə öz borcunu tələb etdikdə, Cavabdeh1 həmin avtomobili sataraq borcunu ödəmişdir. Mülki Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Göründüyü kimi tərəflər arasında nikah müqaviləsi yoxdur və başqa hal nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin avtomobilin satılaraq borcun ödənilməsi tamamilə qanuni və əsaslıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı isə cavabdeh qızılları sataraq torpaq sahəsi aldığını bildirsə də, bununla əlaqəli heç bir sübut təqdim etməmişdir. Onların gətirdiyi şahidlər isə həmin evin tikintisinin Cavabdeh1 tərəfindən çəkilməsini bildirmişlər. Evin dəyəri isə çəkdiyi xərclərə görə Elməddin tərəfindən 35000 manat məbləğində dəyərləndirilib. Lakin hazırki bazar qiymətinə görə evin dəyəri 50000 manatdır. Bu səbəbdən həmin məbləğin yarısı onlar tərəfindən tələb edilir. Lakin ekspert rəy verən zaman çox aşağı qiymətləndirmə etmiş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qiymətini nəzərə almamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X11 bildirdi ki, Elməddin ilə tikinti işində tanış olmuşlar. Belə ki, 2018-ci ildə onlar birlikdə Rusiyaya işləməyə getmişlər. Bir müddət keçdikdən sonra işdə problem yaşandığı üçün Elməddin ondan borc almışdır. Sonradan isə həmin borc məbləğini ona qaytarmışdır. Elməddinin özünün dediyinə görə maşını sataraq ona olan borcunu qaytarmışdır.
9. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X8 bildirdi ki, 2007-2008-ci ildə xalasıoğlu Etibar adlı şəxs ilə ev tikirdilər. Elməddinin evini də onlar tikmişlər. Onlar işləyirdilər, pullarını isə Elməddin verirdi. Nə material lazım olurdusa, Elməddin gətirirdi, lakin nə qədər xərc çəkdiyini bilmirdi.
10. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X12 bildirdi ki, Cavabdeh1 evdən köçənədək onun qonşusu olmuşdur. O, ev ustasıdır və alçipan, kafel-metlax işləri, elektrik-santexnik işləri görür. O, 2007-ci ildə ailə quraraq orada yaşayan zaman Elməddinin evi yox idi. Elməddin ondan sonra həmin evə köçmüşdür. Elməddin evi öz zəhmət haqqısı ilə tikdirmişdir. O, bir usta kimi orada işləmiş, qonşu kimi yanında olmuşdur. Elməddin ilə hər zaman danışırdılar və hardan nə qədər material aldığını, evə nələr aldığını, nə qədər xərci çıxdığını ona deyirdi. Evin kombisinin çəkilməsi və digər müəyyən işləri o görmüşdür.
11. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X13 bildirdi ki, Elməddin və Xəyalə xanım onun qonşusudur, həmin evi Elməddin tikib və xərcini də özü çəkib. Evin tikintisində o iştirak etməmişdir. Elməddinin torpaq sahəsi ilə onunku yanaşıdır. O sadəcə evin tikildiyini görmüş və hətta Elməddinə evin pəncərəsinin onun həyətinə baxmamasını bildirmişdir.
12. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X9 bildirdi ki, 2008-ci ildə qızı Xəyalə qızıllarını sataraq Hövsan qəsəbəsində torpaq almışdır. Yoldaşı Novxanıda təndir mağazasında işləyirdi və onlar ikisi köməkləşərək həmin torpaq sahəsində qızına ev tikmişdir. Evin tikintisinin xərcinin demək olar ki, 70%-ni onlar, qalan 30%-ni isə qarşı tərəf çəkmişdir. Həm yoldaşı, həm də o, evin tikintisinə xərcləmək üçün qızları Xəyaləyə həm nağd şəkildə pul vermişlər, həm də taxta, şifer lazım olduqda özü almış, çardağı isə özü dülgər olduğu üçün düzətmişdir.
İş materialları.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin çıxarışından görünür ki, “Mersedes Benz GL450” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına şəhadətnamə verilmiş, xx.xx.2019-cu il tarixdə isə onun adından çıxarılaraq, Cavabdeh2 adına şəhaətnamə verilmişdir.
14. xx.xx.2022-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, X2 Elməddin Həsrət oğlu ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə ona olan 30.000 manat borc pulun onun tərəfindən tam şəkildə ödənildiyini və Cavabdeh1 hal-hazırda ona hər hansı borcu olmadığını bildirmişdir.
15. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-72/2020 nömrəli iş üzrə qəbul etdiyi 23 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə X6 arasında 08 aprel 2005-ci il tarixdə bağlanmış və Kürdəmir rayonunun Şirvan kəndi üzrə nümayəndəliyində 11 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
16. X14, X13 və X12 tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış notarial ərizədən görünür ki, onlar Cavabdeh1 uzun müddətdir tanıyırlar, onunla qonşuluq etmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D saylı ev təxminən 2008-ci illərdə Cavabdeh1 tərəfindən, onun şəxsi vəsaitləri hesabına, bünövrədən başlayaraq tikilmişdir və Cavabdeh1 son dövrlərə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinin inşaası zamanı aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 18.334,0 manat məbləğində dəyəri müəyyən olunur.
İşin faktiki halları.
18. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 ilə X6 arasında 08 aprel 2005-ci il tarixdə nikah bağlanmış və məhkəmə qətnaməsi əsasında 23 iyul 2020-ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikah dövründə, xx.xx.2019-cu il tarixdə “Mercedes Benz GL450” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 satılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evi də həmçinin tərəflərin birgə nikah dövründə 2008-ci ildə tikilmişdir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
22. İddia tələbindən göründüyü kimi tələb iki hissədən ibarətdir: 1) Birgə nikah dövründə əldə olunmuş avtomobilin satışından əldə edilmiş 28.000 manat pulun ½ hissəsinin ilkin iddia üzrə cavabdehdən tutulması; 2) Fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin, bugünkü bazar qiyməti nəzərə alınaraq 25000 manatının qarşılıqlı iddia üzrə cavabdehdən tutulması.
23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.
24. Belə ki, ilk növbədə, birinci tələbə münasibət bildirən məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan avtomobil xx.xx.2019-cu il tarixdən cavabdeh-iddiaçı Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixdə isə onun tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini sataraq X7 olan borcunu ödədiyini bildirmiş, ilkin iddia üzrə İddiaçı isə nəqliyyat vasitəsinin satılmasından və ümumiyyətlə Cavabdeh1 borcundan xəbəri olmadığını bildirmişdir. Məhkəmə qeyd olunan tələbə münasibət bildirərək hesab edir ki, mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olması inandırıcı deyil. Bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun yarısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.
25. Tutulacaq pulun dəyərinə münasibətdə isə məhkəmə hesab edir ki, qeyd olunan avtomobil həmin avtomobilin mülkiyyətçisi olmuş, hazırki iddia tələbi üzrə cavabdehin özünün məhkəmə iclasında etdiyi etirafa əsasən 24.000 manata satıldığından, iddiaçı tərəf isə həmin qiymətlə razılaşdığından, avtomobilin dəyəri ilə bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət qalmamış və həmin avtomobilin dəyərinin yarısı 12.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında hökm təqdim edərək həmin hökmə əsasən avtomobilin 28.000 manata satıldığını və buna görə də həmin pulun yarısını tələb etsə də, məhkəmə həmin tələblə razılaşmır. Belə ki, hökmdə mübahisə predmeti olan avtomobilin Elvin adlı şəxsə satılması məhz 2020-ci ilin yanvar ayının əvvəllərində baş vermiş və həmin zaman maşın ümumiyyətlə cavabdehin mülkiyyətdə olmamışdır.
26. Bundan əlavə, cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və həmin müddətdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq bu münasibətlərin iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətini mübahisələndirməsi ilə bağlı hissəyə münasibət bildirirək qeyd edir ki, göstərilənlər əsassızdır. Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə.Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir.
27. İkinci, yəni qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə inşa edilmişdir. Lakin, həmin ev özbaşına tikili olmaqla hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Bu səbəbdən evin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflərin arasında bölünməsi mümkün deyildir.
28. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilsə də faktiki olaraq hazırki tələb üzrə cavabdehin istifadəsindədir. Yəni, tərəflər evin tikintisinə birgə vəsait sərf etsələr də ev cavabdehdə qalmışdır. Belə olan halda evin dəyərinin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin evin yenidənqurma və tikinti-təmir işlərinin təqribi bazar dəyəri 18.334 manat müəyyən edildiyindən, həmin məbləğin yarısı, 9.167 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəf qeyd olunan rəy ilə razılaşmayaraq, evin yerləşdiyi torpaq sahəsinin dəyərinin rəy verilən zaman nəzərə alınmadığını və materialların qiymətinin aşağı göstərildiyini bildirsə də, torpaq sahəsinin dəyəri ilə və ya evin tikintisinə sərf olunan materiallarla əlaqəli hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verən məhkəmə hesab edir ki, evin tikintisinə çəkilən xərclərin kim tərəfindən qarşılanmasına baxmayaraq, tərəflərin birgə nikah dövründə tikilmişdir və həmin evin tikintisinə sərf olunmuş pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünməlidir.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Hər iki iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir.
31. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun müştərək qaydada İddiaçı və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, "Mercedes Benz GL 450" minik markalı, **- SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin 1/2 hissəsi –12.000 manat cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı xeyrinə, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin yarısı olan 9.167 manat iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 xeyrinə tutulmalı, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə rədd edilməlidir.
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. "Mercedes Benz GL 450" minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin 1/2 hissəsi –12.000 (on iki min) manat cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin yarısı olan 9.167 (doqquz min bir yüz altmış yeddi) manat iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 xeyrinə tutulsun. İlkin və qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun müştərək qaydada İddiaçı və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.