Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-91/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəzər İnşaat XXİ Əsr MTK-dən mənzil almaq üçün ilkin ödəniş olaraq iddiaçıdan borc aldıqları 14815 (on dörd min səkkiz yüz on beş) manat məbləğində pul müştərək qaydada iddiaçının xeyrinə tutulması və Quba rayonu Zizik kəndində aldığı 0,12 ha və 0,10 ha torpaq sahələri cavabdeh X2 mükiyyətindən naturada alınıb iddiaçının mülkiyyətinə verilməsi, əks təqdirdə hər iki torpaq sahəsinə görə ödədiyi 17000 (on yeddi min) manat məbləğində pul, 30 manat ödədiyi dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına dəfələrlə gəlməmişlər, iddiaçı xəstə olunması ilə əlaqədar teleqram göndərsə də, xəstə olduğu və yaxud müalicə aldığı ilə bağlı hər hansı sübut göndərməmişdir. Digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X3 isə məhkəmə iclasında iştirak etmiş, lakin işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləlikdə, iddiaçı İddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-91/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-91/2022
03.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver