Məhkəmə qərarları › İş №2(010)-913/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-913/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-913/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh qızının və onun vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızının ona aid (iddiaçıya) Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, onun Bakı şəhəri, Naximov küçəsi,ev 41 mənzil 21-də üç otaqlı evi olmuş və həmin evi 2012-ci ildə satmışdır. Həmin vaxt mübahisəli Bakı şəhəri, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evini almışdır. Evin rəsmi sənədləri olmadığından bu günə kimi mübahisəli evə qeydiyyata düşə bilməmiş və özəlləşdirə bilməmişdir. Mübahisəsi olunan ev keçmiş sahibi tərəfindən 2011-ci ildə tikilmiş və təmiri 2012 ildə ev yaşamağa yararlı vəziyyətə təmir edilmişdir. Həmin ildə də o, və ailə üzvləri ilə köçüb yaşamışlar. Oğlu Ramil ilə cavabdeh 2013-cü ilin yanvar ayında tanış olmuşlar və cavabdeh 2013-cü ilin aprel ayının 14-də mübahisəli evə gəlin gəlmişdir. Onlar ailə qurub onun evinə gələn vaxt onlarla belə bir razılaşması olub ki, cavabdeh və onun əri özlərinə ev alanadək onun (iddiaçının) evində yaşayacaqlar, onlar ev alandan sonra həmin evdən getməlidirlər. Son bir ildə demək olar ki, cavabdeh və onun əri ilə birlikdə yaşamaq qeyri-mümkün olmuşdur. Cavabdeh əri ilə boşanma barədə məhkəməyə ərizə verdikdən sonra mütəmadi olaraq onu alimenti ödəməklə, əks təqdirdə oğlunu həbs etdirməklə təhdid etmişdir. O cavabdehlə birlikdə yaşaya bilmədiyindən məcbur olub öz evindən çıxıb digər oğlunun evinə sığınmışdır. Mübahisəli ev onun (iddiaçının) şəxsi vəsaiti hesabına alındığından, texniki pasportu onun adına olduğundan, cavabdehin mübahisəli evə gəlin gələrkən onunla cavabdehin arasında nikah müqaviləsi bağlanmadığından və ən nəhayət cavabdehin onunla davranışından hesab edir ki, cavabdeh onun evində yaşaya bilməz. Cavabdeh yataqxanada qeydiyyatdadır, dövlətimiz onun ailəsinin köçkün olmasını nəzərə alaraq onlara yataqxanada yaşamaq üçün yer ayırmışdır və cavabdeh qeydiyyatda olduğu yaşayış sahəsində yaşamalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh qızı izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, qeyd olunan mənzilə 2012-ci ildə gəlin gəlmiş və iddiaçının oğlu ilə ailə qurduğu vaxtdan qeyd olunan mənzildə yaşamışdır. Həmin mənzilin yerləşdiyi torpaq sahəsi isə qaynanasının adına olub. O məcburi köçkündür və hal-hazırda onun yaşamağa başqa yaşayış sahəsi yoxdur. İddiaçı özü evdən çıxıb getmişdir. Hal-hazırda o başqa övladının yanında qalır. İddiaçının oğlu isə narkomandır və özü evdən çıxıb getmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi, İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh qızı və azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonu E.Qaranzadə adına 270 №-li orta tam məktəbi tərəfindən verimiş arayışdan müəyyən olunur ki, X5 və X6 1-ə sinifində təhsil alırlar. İş materiallarına əlavə edilmiş Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2ünvanında qeydiyyatdadır. iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 ünvan 2ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh qızı arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4828/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh qızı ilə cavabdeh X7 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində qeydə alınmış 519 nömrəli nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. X3, anası Cavabdeh qızıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. X3, anası Cavabdeh qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ciil tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (x xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olmuş və x xxxxxxx 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mülki işin materiallarından və tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evi qanunsuz tikintidir və cavabdeh 2012-ci ildə həmin mənzilə gəlin köçmüş, ailəsi ilə birlikdə yaşamış və birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikah pozulsa da, Cavabdeh qızı və azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayırlar. Hazırda azyaşlı uşaqlar Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı orta məktəbdə təhsil alırlar. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı mülkiyyətində olmayan evdən cavabdehin çıxarılmasını tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar