Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-916/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evinin əri X*0 vərəsəsi kimi miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, miras qoyan X7 qaynatası, yəni əri X*0 atasıdır. İddiaçı X2* ilə *3 dekabr *975-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurduğu dövrdən əri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yaşamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evi qaynatası X20 məxsus olmuşdur. X23 *7 dekabr *979-cu ildə vəfat etmişdir. Qaynatası öləndə o, əri ilə birlikdə qaynatasına məxsus Bakı şəhəri Suraxanı rayonu. Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evində yaşayırdı. X23 öləndən sonra, iddiaçının əri X2* Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evini fakitiki olaraq miras qismində qəbul etmiş və həmin evdə ölən günədək, yəni 07 aprel 2009-cu ilədək yaşamışdır. Əri öləndən sonra da, həmin evi o, ərinin vərəsəsi kimi irsi transmisiya ilə faktiki qəbul etmişdir. Miras qoyan X*7 4 vərəsəsi olmuş, lakin onlardan yalnız əri, X2* mirası faktiki qəbul etmişdir. Belə ki, X*7 arvadı, X24 mirası faktiki qəbul etsə də, o, 30 avqust *992-ci ildə vəfat etmişdir. X3, X*5 03 mart *97*ci ildən köçüb başqa ünvanda yaşamış, miras qoyan öldükdən sonra, o mirası nə faktiki nə də ki, rəsmi qəbul etməmiş və *0 dekabr 2020-ci ildə vəfat etmişdir. X* Bahadur Süleyman oğlu ondan əvvəl, yəni 27 iyul *975-ci ildə 20 yaşında vəfat etmişdir. İddiaçının əri həmin miras əmlakı faktiki qəbul edib yaşamasına və əri öləndən sonra həmin miras irsi transmisiya ilə ona keçməsinə baxmayaraq, mirasın onun adına keçməsi üçün notariusa müraciət etdiyi zaman, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusu onun müraciətimdən imtina edərək, əsas kimi miras əmlakı qəbul etməyi üçün müddəti ötürdüyünü göstərmişdir. Qeyd edilən yaşayış sahəsinin miras qismində ona keçməsi faktının müəyyən edilməsi ona həmin yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi üçün lazımdır. O, bu faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. İşin məhkəmə baxışı zamanı ərizəçi qismində izahatı alınmış Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İş materialları: 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 22.*2.2022ci il tarixli, 2694 saylı məktubdan görünür ki, Ərizəçi *7.*2.*979-cu il tarixdə vəfat etmiş X*7 adına onun müraciəti əsasında V-598/2022 saylı vərəsəlik işi açıldığı və *7.*2.*979-cu il tarixdə vəfat etmiş ərinin atası X*7 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş əri X*0 öldüyü tarixdən 6 ay keçdiyindən, Zeynal Orucovun atası Süleyman Orucovdan mirasın qəbulu faktı və onun əri Zeynal Orucovdan mirası qəbul etmə faktı müəyyən edilmədiyindən mirasın qəbul edilməsi faktı ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.**.2022-ci il tarixli, 43 saylı arayışdan görünür ki, *9*2-ci il təvəllüdlü X23 həqiqətən doğulduğu tarixdən vəfatına (*7.*2.*979) kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Həmin arayışda həmçinin X*7 həyat yoldaşı X*6 və onların birgə nikahlarında anadan olmuş X5, X*0 və X8 da həmin ünvanda qeydiyyatda olmaları və yaşamaları qeyd olunmuşdur. Bakı şəhəri Orconokidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən *980-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 480495 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X23 *7.*2.*979-ci il tarixdə İİİ dərəcəli qan təzyiqi xəstəliyi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.0*.*980-ci il tarixdə *2 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən *7.07.20*0-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 384305 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X2* xx.xx.2009-cu il tarixdə ürək-damar çatışmazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *7.07.20*0-cu il tarixdə 67* nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.*2.20**-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 503*98 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X24 30.08.*992-cı il tarixdə kəskin ürək qan-damar çatışmazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.*2.20**-cı il tarixdə **45 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 287302 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X** *0.*2.2020-cı il tarixdə endometrin bədxassəsi yeni törəməsi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *7.*2.2020-cı il tarixdə **44 nömrə ilə qeyd edilmişdir. Rusiya Federasiyası Moskva vilayəti Balaşıxa şəhər VVAQ Şöbəsi tərəfindən 29.07.*975-ci il tarixdə verilmiş İ-İK seriyalı, 44*963 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*8 27.07.*975-ci il tarixdə suda boğulma nəticəsində yaranan mexaniki asfiksiya səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.07.*975-cu il tarixdə 532 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Orconokidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən *5.*2.*948-ci il tarixdə verilmiş İE seriyalı, 084888 nömrəli evlənmə haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X23 və X22 arasında *5.*2.*948-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 568 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. Bakı şəhəri Orconokidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən *3.*2.*975-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 34*076 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X2* və X25 arasında *3.*2.*975-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 539 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. Bakı şəhəri X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş *6.06.*967-ci il tarixli, * nömrəli kitabın 48-ci səhifəsində qeydə alınmış çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Axundov küçəsində yerləşən *8 saylı ev X20 məxsusdur. "xxxx" ASC, "xxxx" ASC və X33 və Bülbülə bələdiyyəsinə ödənilmiş qəbzlərin surətlərindən görünür ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanı üzrə həmin kommunal xərclər Ərizəçi tərəfindən ödənilmişdir. Şahid ifadələri. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X29 bildirmişdir ki, Ərizəçi qohumudur, özü də həmin həyətdə böyümüşdür. Ərizəçi *975-ci ildən indiyədək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evində yaşayır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X*9 və X26 bildirmişdir ki, Ərizəçi qonşuları, ərizəçinin yoldaşı rəhmətə gedib. Ərizəçi qayınanası, yoldaşı və uşaqları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evində yaşayırdı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X30 bildirmişdir ki, ərizəçi ilə bir yerdə işləmiş və uzun müddətdir ki, onun ailəsi ilə dostluq edir. Ərizəçi 48 ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evinə gəlin köçmüş, həyat yoldaşı *5 ildən çoxdur ki, vəfat etdiyindən o, hazırda həmin evdə uşaqları ilə birgə yaşayır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X*2 bildirmişdir ki, ərizəçini *970-ci illərdən tanıyır. Onun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində yerləşən *8 saylı fərdi yaşayış evi ünvanında yaşadığının şahididir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243-cü maddəsi: maddə *243. Mirasın qəbul edilməsi. *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli 03 saylı Qərarının *0-cu bəndi: *0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. *0.*.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. *0.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”-ının 99-cu bəndi:
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə qeyd edir ki, mərhum Zeynal Orucovun atası X*3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən evin (miras əmlakın) faktiki olaraq qəbul etməsi və mərhum X9 miras qalmış həmin əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul etməsi sübut olunduğundan iddia əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən ev Bakı şəhəri X6 icraiyyə komitəsi tərəfindən verilmiş *6.06.*967-ci il tarixli, * nömrəli kitabın 48-ci səhifəsində qeydə alınmış çıxarışa əsasən X20 məxsusdur. X23 *7.*2.*979-ci il tarixdə vəfat etmişdir. Onun uşaqları X*5, X2* və X*8, onun arvadı isə Orucova (Eyvazova) Zeynab Hümbət qızı olmuşdur. Bu şəxslərdən X*5 *2.*0.2020-ci il tarixdə, X2* xx.xx.2009-cu il tarixdə, X*8 27.07.*975-ci il tarixdə, Orucova (Eyvazova) Zeynab Hümbət qızı isə 30.08.*992-ci tarixdə ölmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən ev Bakı şəhəri X6 icraiyyə komitəsi tərəfindən verilmiş *6.06.*967-ci il tarixli, * nömrəli kitabın 48-ci səhifəsində qeydə alınmış çıxarış əsasında mərhum X20 məxsus olmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, Ərizəçi xx.xx.2009-cu il tarixdə ölmüş X2* ilə *3.*2.*975-ci il tarixdə nikaha daxil olmuş, həmin vaxtdan qayınatası X20 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən evdə yaşamışlar. Mərhum əri X2* atası X*7 ölümündən sonra atasından miras qalmış həmin evə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir. Öz növbəsində Ərizəçi da əri Zeynal Orucovun 2009-cu ildə ölümündən sonra miras qalmış evə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir. Ərizəçi həmin ünvanda qeydiyyatdadır və hazırda yaşayır. İş materiallarında olan kommunal xidmətlərə dair ödəniş qəbzlərində görünür ki, sözügedən ünvanda telefon, işıq və su xidmətləri üzrə abonent Ərizəçidır. Eyni zamanda, iş materiallarında ifadəsi dinlənilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsində qeydiyyatda olan şahidlərin hamısı evin sahibi X*7 ölümündən sonra miras əmlaka onun oğlu Zeynal Orucovun faktiki sahiblik etməsi, Zeynal Orucovun ölümündən sonra isə onun arvadı Ərizəçi əmlaka faktiki sahiblik etməsi ilə bağlı qeyd edilənləri təsdiqləmişlər. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4-cü il *8 iyul tarixli Qərarı). Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə müvafiq miras əmlakın əvvəlcə ərizəçinin mərhum əri, daha sonra ərizəçinin özü tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X*4 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən evin (miras əmlakın) X2* tərəfindən qəbul edilməsi faktı və mərhum X9 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən evin (miras əmlakın) Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Axundov küçəsi, ev *8 ünvanında yerləşən ev (miras əmlak) mərhum X*7 vərəsəsi olan X*0 vərəsəsi kimi miras əmlak qismində Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva