Məhkəmə qərarları › İş №2(010)-92/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-92/2025

10.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-92/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh4, Cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının vəkili Vəkil* iştirakları ilə, İddiaçı cavabdehlər Quba rayonu İcra və Probasiya Şöbəsinə, “X* Mərkəzi” MMCyə, Cavabdeh3na, Cavabdeh4, Cavabdeh5, Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ”hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. *.İddiaçı cavabdehlər Quba rayonu İcra və Probasiya Şöbəsinə, “X* Mərkəzi” MMCyə, Cavabdeh3na, Cavabdeh4 və üçüncü şəxslər Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, Susay kəndində, 3.5 ha tikintialtı torpaq sahəsinin “X* Mərkəzi” MMC-nin 2* avqust 2*23-cü il tarixli açıq hərrac *4/** saylı Protokolun ləğvi və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddiaya əlavə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək “Gülmalıyeva Gülnar Babaş qızı və AR ƏMDK yanında DƏDRX-nın 5 saylı Xaçmaz İdarəsinin iddia tələbində üçüncü şəxs qismində” yazılmasını texniki səhv qəbul edərək, hər birinin ayrı-ayrılıqda cavabdeh qismində düzəliş edilməklə, iddianın qeyd edilən dəyişikliyə uyğun qəbul edilməsini və həmin tərəflərin cavabdeh qismində iştirakının təmin edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin *4.*8.2**2-ci il tarixli 2(**9)-*475/2**2 saylı, qanunu qüvvəsini almış *7 sentyabr 2**2-ci il tarixli Qətnaməsinə əsasən, Səbail rayon Məhkəməsinin qərarı ilə verilmiş 3* dekabr 2**5ci il tarixli icra sənədinə əsasən, həyat yoldaşı Cavabdeh4 Cavabdeh5 xeyrinə 5*62* manat pul tutulması qərara alınmışdır. 3* yanvar 2*24-cii il tarixdə Cavabdeh*nə ərizə ilə müraciət edərək müvafiq məhkəmə aktlarını almış və Səbail rayon Məhkəməsinin 3* dekabr 2**5-ci il tarixli iş № 8(**9)-262*/2**5 saylı icra işi üzrə Səbail rayon Məhkəməsinin 3* dekabr 2**5-ci il tarixli Qərardadının ləğv edilməsi barədə Səbail rayon Məhkəməsinə şikayət ərizəsi təqdim etmişdir. İşin faktiki və hüquqi halları belədir ki, borclu həyat yoldaşı Cavabdeh4 *7.*2.2**5-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək mülkiyyətində Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinin mövcud olduğunu bildirmişdir. Borc məbləğinin mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Mübahisələndirilən pul tələbi, həyat yoldaşı Cavabdeh4 borc tələbinin birgə mülkiyyətlərində olan Quba rayonu, Susay kəndində 3,5 ha torpaq sahəsinə yönəldilməsi ilə bağlı onun məlumatı və razılığı olmamışdır. “X* Mərkəzi” MMC-nin 2* avqust 2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı Protokola görə Cavabdeh* *4*434/*7-*3 “5*52” saylı, 24.*7.2*23-cü il tarixli sifariş məktubu Səbail rayon Məhkəməsinin 2(**9)- *475/2**2 saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsinin və Səbail rayon Məhkəməsinin 8(*98)-262*/2**5 saylı, 3*.*2.2**5-ci il tarixli qərardadının icrasına əsasən hərrac təşkil olunmuşdur. İş materiallarından bəlli olur ki, Cavabdeh* sifarişi ilə "xxxx" MMC tərəfindən bu torpaq sahəsinin *9.*9.2**9-cu il tarixə bazar dəyəri 245**.* (iyirmi dörd min beş yüz) manat müəyyən edilmişdir. (QR-2468) Cavabdeh* sifarişi əsasında tikinti təyinatlı Quba rayonu Susay kəndində yerləşən ümumi sahəsi 3,5 ha olan bu torpaq sahəsi birgə mülkiyyətdə olmağına baxmayaraq, “X* Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi ilə bağlı satışa çıxarılmışdır. “X* Mərkəzi” MMC-nin qeydiyyat ünvanı AZİ *33 ünvan 1ənzil 23 VÖEN **********. 2*.*8.2*23-cü il tarixdə hərracda iştirak edən ** saylı alıcı Gülmalıyeva Gülnar Babaş qızı Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinə 24.745 manat təklif edərək hərracın qalibi olmuşdur. İş materiallarında olan borc məbləğinin özü və borcun birgə mülkiyyətlərində olan torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin hərraca satışa çıxarılması barədə onun heç bir məlumatı olmamış və ümumiyyətlə yaşadığı ünvanda bu proseslər barədə heç bir bildiriş və ya rəsmi çağırış almamışdır. Eyni zamanda həyat yoldaşı Cavabdeh4 tərəfindən məlumatlandırılmamışdır. Onun birgə nikah dövründə aldıqları, ümumi mülkiyyətləri olan Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinə həyat yoldaşı Cavabdeh4 şəxsi və ailəyə aid olmayan borcunun yönəldilməsi ilə bağlı heç bir razılığı nə yazılı, nə də şifahi şəkildə olmamışdır. Odur ki, torpaq sahəsinin hərrac yolu ilə ondan xəbərsiz satılması ilə mülkiyyət hüquqları pozulmuşdur. Pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpasına zərurət yaranmışdır.

Tərəflərin izahatları.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh4 arasında nikah 24.**.*992-ci il tarixdə bağlanmışdır. Tərəflərin birgə nikahda olduqları dövrdə, yəni *4.*2.2**6-cı il tarixdə Cavabdeh4 Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsini torpaqların alqı-satqısına dair akta əsasən 35** manat haqq ödəməklə əldə etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(**9)-*475/2**2 saylı, *5.*8.2**2-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh4 Cavabdeh5 xeyrinə 5*.6** manat borcun və 2* manat ödənilmiş dövlət rüsumunun, cəmi 5*.62* manat tutulması qət edilmişdir. Daha sonra Bakı şəhər Səbail rayon Məhkəməsinin 8(**9)-262*/2**5 saylı, 3*.*2.2**5-ci il tarixli qərardadı ilə Səbail Rayon İcra Şöbəsinin təqdimatı qismən təmin olunaraq Cavabdeh4 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin əmlak İcra Şöbəsi tərəfindən qiymətləndirilmiş və “X* Mərkəzi” MMC tərəfindən hərrac təşkil olunmuş və 2*.*8.2*23-cü il tarixli “Açıq hərracın nəticələri haqqında” *4/** saylı protokola əsasən hərracda satılan əmlak Cavabdeh4 məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin tam dəyəri 24.745 manat məbləğində qiymətləndirilmişdir və alıcı Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən alınmışdır. İddiaçı işin bu hallarından məlumatı olmamış və tərəflər arasında 3*.*7.2*23-cü il tarixdə Barışıq Sazişi bağlanmış və Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi tərəflər arasında bölünmüşdür. Barışıq sazişinə əsasən tərəflər razılığa gəlir ki, bu Sazişin 2-ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı)-üçdə iki nisbətdə, ikinci tərəf (Cavabdeh4)- üçdə bir nisbətdə, birinci tərəfin payı(hissəsi)-torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi)-həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir. Bundan əlavə Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Rəydə torpaq sahəsinin müəyyən edilmiş qiyməti ilə onun satış qiyməti arasında olan fərq çox böyükdür. Hərrac, qanunvericiliyin tələblərini və mülkiyyətçilərin hüquqlarını pozmaqla keçirilmişdir. Belə ki, qiymətləndiricinin rəyinə əsasən həmin torpaq sahəsinin bazar dəyəri 7** *** manat təşkil etsə də, 24.745 manat məbləğinə satılması qeyrimümkündür. Qeyd olunanlara əsasən hesab edir ki, həmin daşınmaz əmlak birgə nikah dövründə əldə olunduğundan əvvəlcə tərəflərin payları müəyyən edilməli, daha sonra ona tutma yönəldilməli idi. Qeyd olunanlara əsasən iddiaçının mülkiyyət hüquqları pozulduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsini 2**6-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Onun Cavabdeh5 borcu yaranmış və Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(**9)-*475/2**2 saylı, *5.*8.2**2-ci il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh5 xeyrinə 5*.6** manat borcun və 2* manat ödənilmiş dövlət rüsumunun, cəmi 5*.62* manat tutulması qət edilmişdir. Daha sonra Bakı şəhər Səbail rayon Məhkəməsinin 8(**9)- 262*/2**5 saylı, 3*.*2.2**5-ci il tarixli qərardadı ilə Səbail Rayon İcra Şöbəsinin təqdimatı qismən təmin olunaraq Cavabdeh4 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin əmlak İcra Şöbəsi tərəfindən qiymətləndirilmiş və “X* Mərkəzi” MMC tərəfindən hərrac təşkil olunmuş və 2*.*8.2*23-cü il tarixli “Açıq hərracın nəticələri haqqında” *4/** saylı protokola əsasən hərracda satılan ona məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin tam dəyəri 24.745 manat məbləğində qiymətləndirilmişdir və alıcı Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən alınmışdır. O, Quba rayon Məhkəməsinə qiymətləndirmə rəyinin ləğv edilməsi ilə bağlı müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(*27)-***5/2*2* saylı, *3.*2.2*2*-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh4 cavabdehlər ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə, Cavabdeh*nə və Azərbaycan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onu nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Lakin o əməliyyat olunması səbəbindən qiymətləndirmə rəyinin ləğvi ilə bağlı qətnamədən kassasiya şikayəti verə bilməmişdir. Borcun birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə yönəlməsindən nə onun, nə də İddiaçı xəbəri olmamışdır. 2*24-cü il tarixdə Quba rayon Polis İdarəsi tərəfindən ona bildirilmişdir ki, torpaq başqa şəxsin adınadır. Sözügedən torpağın sahəsi 35* sotdur. İddiaçı ona qarşı qaldırdığı iddia tələbini tam qəbul etdiyini bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir.

6. Cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil* əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, qarşı tərəf əmlakın birgə nikah dövründə əldə olunması ilə bağlı müvafiq sənədlər təqdim etmişdir. Quba rayonu, Susay kəndində yerləşən əmlakın, birgə nikah dövründə əldə olunmuş əmlak olsa belə, onun üzərində pay hüquqları müəyyən olunmamışdır. Bu baxımdan hesab edir ki, İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı həyat yoldaşı Cavabdeh4 borcunun olduğunu bilməməsi də mümkün deyildir. Cavabdeh4 Quba rayon məhkəməsinə müraciət etmiş, lakin onun iddia tələbi rədd olunmuşdur. Onun hərracın keçirilməsindən xəbəri olmuş, bununla bağlı dəfələrlə icra şöbəsinə çağrılmışdır. Əmlakın real qiymətinin 24*** manat olduğu ona deyilmişdir. Gülmalıyeva Gülnar Babaş qızı sözügedən əmlakı çıxarış aldıqdan sonra təhvil götürsə də, mübahisə olduğundan bütün hərəkətlər onlar tərəfindən dayandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

8. 3*.*7.2*23-cü il tarixli Barışıq Sazişinin surətindən müəyyən olunur ki, 2**6-cı ildə Qubay rayonu Susay kəndində 3,5 hektar torpaq sahəsi alınmışdır və tərəflər razılığa gəlir ki, bu Sazişin 2-ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı)-üçdə iki nisbətdə, ikinci tərəf (Cavabdeh4)- üçdə bir nisbətdə, birinci tərəfin payı(hissəsi)-torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi)-həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir.

9. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ***4253 saylı çıxarışın surətindən müəyyən olunur ki, Quba rayonu, Susay kəndi ərazisində yerləşən 3.5 ha torpaq sahəsi 2*.*2.2**6-cı il tarixdə Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının *55 nömrəli vərəqində qeydiyyata alınmışdır. **. Dnepropetrovsk VVAQ tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə İddiaçı 24.**.*992-ci il tarixdə 85* nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova, ərə Məmmədov soyadı verilmişdir. **. “X* Mərkəzi” MMC-nin 2*.*8.2*23-cü il tarixli “Açıq hərracın nəticələri haqqında” *4/** saylı protokolun surətindən müəyyən olunur ki, hərracda satılan əmlak Cavabdeh4 məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin tam dəyəri 24.745 manat məbləğində qiymətləndirilmiş və alıcı Gülmalıyeva Gülnar Babaş qızıdır. *2. Bakı şəhər Səbail rayon Məhkəməsinin 8(**9)-262*/2**5 saylı, 3*.*2.2**5-ci il tarixli qərardadından müəyyən olunur ki, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı qismən təqdim edilmiş, Cavabdeh4 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. *3. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(**9)-*475/2**2 saylı, *5.*8.2**2-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh4 Cavabdeh5 xeyrinə 5*.6** manat borc, 2* manat ödənilmiş dövlət rüsumu, cəmi 5*.62* manat tutulması, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. *4. Torpaqların alqı-satqısına dair 25*8 nömrəli, *5.*2.2**6-ci il tarixli aktın surətindən müəyyən olunur ki, bu akta görə ünvan 2 ünvanda yaşayan Cavabdeh4 Quba rayon, bələdiyyə orqanına 4 dekabr 2**6-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Susay bələdiyyə ərazisində 3.5* ha torpaq sahəsinin satılması barədə 2**6-cı il *4 dekabr tarixli 24 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh4 tərəfindən Quba rayon Kapital Bankın 2*33*8 saylı hesabına əvvəlcədən 35** manat haqq ödənilmişdir.( Qəbz №37) *5. Quba Rayon Susay bələdiyyəsinin *4 dekabr 2**6-ci il tarixli 24 saylı qərarın surətindən müəyyən olunur ki, Bakı şəhər sakini Cavabdeh4 3.5 ha torpaq sahəsinin alınması məqsədi ilə “Torpaq alqı-satqı” qaydalarına uyğun mülkiyyətinə torpaq sahəsi almaq barədəki ərizə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınması, Susay bələdiyyəsinin ehtiyat fondundan Bakı şəhər sakini Cavabdeh4 təbii bulaq sularının qablaşdırılması və istehsalı müəssisəsinin tikintisi məqsədilə Susay kəndinin ərazisindən 3.5 ha torpaq sahəsinin satılmasına icazə verilməsi, Cavabdeh4 satılan torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunə arayışın verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi, Bakı şəhər sakini Cavabdeh4 tapşırılsın ki, satılacaq torpaq sahəsinin dəyərini Susay bələdiyyəsinin xüsusi hesabına köçürməsi və qəbzin surətini Dövlət Torpaq və Xəritəkmə Komitəsinin Quba rayon şöbəsinə təqdim etməsi, Dövlət Torpaq və Xəritəkmə Komitəsinin Quba rayon şöbəsindən xahiş edilsin ki, satılmasına icazə verilmiş torpaq sahəsinin dəyəri ödənildikdən sonra “Torpaqları alqı-satqısı” qaydalarına əlavədə göstərilən torpaqların alqı-satqısına dair aktı 3 nüsxədə tərtib edilməsi və qeydiyyat alması, satın alınmış torpaq sahəsində tikinti işləri rayon İH-nin tikinti və memarlıq şöbəsi ilə razılaşdırılmış layihə əsasında aparılması, qərarın icrasına nəzarət bələdiyyənin torpaq komissiyasına tapşırılması qərara alınmışdır. *6. Susay bələdiyyəsinin sədri cənab B.Mərdanova ünvanlanmış Bakı şəhər sakini Cavabdeh4 3.5 ha təbii bulaq sularının qablaşdırılması və istehsalı məqsədi ilə torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə Rəydən müəyyən olunur ki, DT və XK-nin Quba rayon şöbəsi bildirir ki, Bakı şəhər sakini Cavabdeh4 3.5 ha təbii bulaq sularının qablaşdırılması və istehsalı məqsədi ilə ayrılmış torpaq sahəsi Susay bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsinin bu məqsədlə satılması mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğundur. *7. *57№ Arayışın surətindən müəyyən olunur ki, Susay bələdiyyəsinin *4 dekabr 2**6-ci il tarixli 24 saylı qərarı ilə Cavabdeh4 3.5* ha torpaq sahəsi təbii bulaq sularının qablaşdırılması və istehsalı müəssisəsi tikintisi üçün tapşırılmışdır. Satılacaq torpaq sahəsi Qusar-Qonaqkənd rayonuna aiddir. Həmin torpaq sahəsi 62 ballı İİ keyfiyyət qrupuna aid olmaqla cəmi 3.5* hektardır və normativ qiyməti *952 manat 5* qəpik manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. *8. *4 dekabr 2**6-cı il tarixli, 37№ qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh4 tərəfindən Susay Bələdiyyəsinin hesabına 35** manat məbləğində pul köçürülmüşdür. *9. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(***)-*475/*2 saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh4 Cavabdeh5 xeyrinə 5*.6** manat borc, 2* manat ödənilmiş dövlət rüsumu, cəmi 5*.62* manat tutulması qərara alınmışdır. 2*. İcraata Başlamaq haqqında *8.*5.2**7-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Quba rayon icra şöbəsinin icra məmuru X3 *8.*5.2**7-ci il tarixdə icraatına daxil olmuş, Səbail rayon məhkəməsi tərəfindən verilmiş *4.*8.2**2-ci il tarixli, 2(**9)-*475/2**2 saylı icra sənədinə baxaraq iş üzrə icraata başlamaq qərar qəbul etmişdir. 2*. *5.*8.2*23-cü il tarixli, ** saylı “Açıq hərracın keçirilməsi barədə bildiriş”in surətindən görünür ki, əmlakın (daşınmaz) açıq hərracdakı ilkin satış qiyməti 245** manat olmaqla hərracı keçirilmə tarixi 2*.*8.2*23-cü il tarixə saat *5:** (növbəlilik əsasında) radələrinə təyin olunmuşdur.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *6.**.2*22-ci il tarixli 2(**5)-973/2*22 nömrəli qərardadının surətindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2*22-ci il tarixli, 2(**5)-973/2*22 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh4 verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

23. “Qiymətləndirmə Xidməti Mərkəzi MMC” tərəfindən Cavabdeh* rəisi Elçin Hacıyevə ünvanlanmış *9.*9.2**9-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, Səbail rayon Məhkəməsinin 2(**9)-*475/2**2 saylı, *4.*8.2**2-ci il tarixli icra sənədi ilə Cavabdeh* 29.*8.2**9-cu il tarixli Qərarı və *4*434/*7-*3 saylı 29.*8.2**9-cu il tarixli müraciətinə əsasən təqdim edilmiş sənədlər və qiymətləndirmə obyektinə aid məlumatları nəzərə alaraq Cavabdeh4 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi bazar dəyərinə uyğun qiymətləndirilmiş və *9.*9.2**9-cu il tarixə bazar dəyəri 245** (iyirmi dörd min beş yüz) manat müəyyən edilmişdir.

24. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi *7.**.2*23-cü il tarixdən xüsusi mülkiyyət hüququ üzrə Gülmalıyeva Gülnar Babaş qızına məxsusdur.

25. Quba Rayon Məhkəməsinin 2(*27)-***5/2*2* saylı, *3.*2.2*2*-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh4 cavabdehlər ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə, Cavabdeh*nə və Azərbaycan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

26. "xxxx" MMC tərəfindən verilmiş 2* may 2*25-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyindən müəyyən olunur ki, təqdim edilmiş hüquqi sənədlərə əsasən Quba rayonu, Susay kəndində yerləşən, 3.5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti 2* may 2*25-ci il tarixinə: Bazar dəyəri: 7**,*** manat, Likvid dəyəri: 63*,*** manat təşkil edir. İş üzrə qiymətləndiricinin xidmət haqqı 25* manat təşkil edir.

İşin faktiki halları.

27. Cavabdeh4 ilə İddiaçı 24.**.*992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə torpaqların alqı-satqısına dair *5.*2.2**6-ci il tarixli, 25*8 nömrəli akta əsasən Cavabdeh4 tərəfindən Quba rayon, bələdiyyə orqanına 4 dekabr 2**6-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Susay bələdiyyə ərazisində 3.5* ha torpaq sahəsinin satılması barədə 2**6-cı il *4 dekabr tarixli 24 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh4 tərəfindən Quba rayon Kapital Bankın 2*33*8 saylı hesabına əvvələcədən 35** manat haqq ödənilmişdir.(Qəbz №37)

28. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ***4253 saylı çıxarışa əsasən Quba rayonu, Susay kəndi ərazisində yerləşən 3.5 ha torpaq sahəsi 2*.*2.2**6-cı il tarixdə Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının *55 nömrəli vərəqində qeydiyyata alınmışdır.

29. Bakı şəhər Səbail rayon Məhkəməsinin *5.*8.2**2-ci il tarixli 2(**9)-*475/2**2 saylı qətnaməsinə əsasən Cavabdeh4 Cavabdeh5 xeyrinə 5*.6** manat borc, 2* manat ödənilmiş dövlət rüsumu, cəmi 5*.62* manat tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 8(**9)-262*/2**5 saylı, 3*.*2.2**5-ci il tarixli qərardadına əsasən Səbail Rayon İcra Şöbəsinin təqdimatı qismən təqdim edilmiş, Cavabdeh4 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(**9)-*475/*2 saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında *8.*5.2**7-ci il tarixli qərar qəbul edilmişdir. 3*. “X* Mərkəzi” MMC-nin 2* avqust 2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı Protokola görə Cavabdeh* *4*434/*7-*3 “5*52” saylı, 24.*7.2*23-cü il tarixli sifariş məktubunun, Səbail rayon Məhkəməsinin 2(**9)-*475/2**2 saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsinin və Səbail rayon Məhkəməsinin 8(*98)-262*/2**5 saylı, 3*.*2.2**5ci il tarixli qərardadının icrasına əsasən hərrac təşkil olunmuşdur. Hərracda satılan əmlak Cavabdeh4 məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin tam dəyəri 24.745 manat məbləğində qiymətləndirilmiş və alıcı Gülmalıyeva Gülnar Babaş qız tərəfindən alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Gülmalıyeva Gülnar Babaş qızına məxsusdur. 3*. 3*.*7.2*23-cü il tarixli Barışıq Sazişinin surətindən müəyyən olunur ki, 2**6-cı ildə Qubay rayonu Susay kəndində 3,5 hektar torpaq sahəsi alınmışdır və tərəflər razılığa gəlir ki, bu Sazişin 2-ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı)-üçdə iki nisbətdə, ikinci tərəf (Cavabdeh4)- üçdə bir nisbətdə, birinci tərəfin payı(hissəsi)-torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi)-həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir.

32. 2* may 2*25-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyinə əsasən, təqdim edilmiş hüquqi sənədlərə əsasən Quba rayonu, Susay kəndində yerləşən, 3.5 kv ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti 2* may 2*25-ci il tarixinə: Bazar dəyəri: 7**,*** manat, Likvid dəyəri: 63*,*** manat təşkil edir.

Tətbiq edilən hüquq.

33. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 3*. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 3*.*. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 3*.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.*. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.*. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[24] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.*. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.*. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə *39-*. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar *39-*.*. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: *39-*.*.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi 224.*. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.*. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 4*4. Müqavilənin hərracda bağlanması 4*4.*. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 4*4.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 4*5. Hərracın təşkili və keçirilmə qaydası 4*5.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 4*5.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 4*6. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 4*6.*. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 4*6.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

36. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X2” Azərbaycan Respublikası Qanununun *ci, 5-ci və *2-ci maddələrinin şərh edilməsinə dair 2* dekabr 2**2-ci il tarixli qərarı.

Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

37. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.*3.2*24-cü il tarixli qərarı

3.3. Beləliklə, Mülki Məcəllənin 225.* və Ailə Məcəlləsinin 32.*-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4 Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.*2. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 5.*2. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə, mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin *4.*-ci və *67.*-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **7. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

39. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh4 ilə İddiaçı 24.**.*992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə torpaqların alqı-satqısına dair *5.*2.2**6-ci il tarixli, 25*8 nömrəli akta əsasən Cavabdeh4 tərəfindən Quba rayon, bələdiyyə orqanına 4 dekabr 2**6-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Susay bələdiyyə ərazisində 3.5* ha torpaq sahəsinin satılması barədə 2**6-cı il *4 dekabr tarixli 24 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh4 tərəfindən Quba rayon Kapital Bankın 2*33*8 saylı hesabına əvvəlcədən 35** manat haqq ödənilmişdir.(Qəbz №37) 4*. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ***4253 saylı çıxarışa əsasən Quba rayonu, Susay kəndi ərazisində yerləşən 3.5 ha torpaq sahəsi 2*.*2.2**6-cı il tarixdən Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının *55 nömrəli vərəqində qeydiyyata alınmışdır. 4*. Bakı şəhər Səbail rayon Məhkəməsinin *5.*8.2**2-ci il tarixli 2(**9)-*475/2**2 saylı qətnaməsinə əsasən Cavabdeh4 Cavabdeh5 xeyrinə 5*.6** manat borc, 2* manat ödənilmiş dövlət rüsumu, cəmi 5*.62* manat tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 8(**9)-262*/2**5 saylı, 3*.*2.2**5-ci il tarixli qərardadına əsasən Səbail Rayon İcra Şöbəsinin təqdimatı qismən təqdim edilmiş, Cavabdeh4 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(**9)-*475/*2 saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında *8.*5.2**7-ci il tarixli qərar qəbul edilmişdir. 42.“X* Mərkəzi” MMC-nin 2* avqust 2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı Protokola görə Cavabdeh* *4*434/*7-*3 “5*52” saylı, 24.*7.2*23-cü il tarixli sifariş məktubunun, Səbail rayon Məhkəməsinin 2(**9)-*475/2**2 saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsinin və Səbail rayon Məhkəməsinin 8(*98)-262*/2**5 saylı, 3*.*2.2**5ci il tarixli qərardadının icrasına əsasən hərrac təşkil olunmuşdur. Hərracda satılan əmlak Cavabdeh4 məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin tam dəyəri 24.745 manat məbləğində qiymətləndirilmiş və alıcı Gülmalıyeva Gülnar Babaş qız tərəfindən alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Gülmalıyeva Gülnar Babaş qızına məxsusdur.

43. 2* may 2*25-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyinə əsasən, təqdim edilmiş hüquqi sənədlərə əsasən Quba rayonu, Susay kəndində yerləşən, 3.5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti 2* may 2*25-ci il tarixinə: Bazar dəyəri: 7**,*** manat, Likvid dəyəri: 63*,*** manat təşkil edir.

44. 3*.*7.2*23-cü il tarixli Barışıq Sazişinə əsasən 2**6-cı ildə Qubay rayonu Susay kəndində 3,5 hektar torpaq sahəsi alınmış və tərəflər razılığa gəlir ki, bu Sazişin 2-ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı)-üçdə iki nisbətdə, ikinci tərəf (Cavabdeh4)- üçdə bir nisbətdə, birinci tərəfin payı(hissəsi)-torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi)-həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir.

45. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qətnamə üzrə verilmiş icra sənədinin icraya yönəldilməsindən sonra icra məmurunun sifarişi əsasında torpaq sahəsinin “X* Mərkəzi” MMC tərəfindən hərraca çıxarılması təşkil edilmişdir. 2*.*8.2*23-cü il tarixdə təyin edilmiş hərracın baş tutmasından sonra torpaq sahəsi alıcı Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən alınmışdır. Hazırda İddiaçı iddia edir ki, həmin torpaq sahəsi birgə nikah dövründə əvəzli olaraq əldə olunmuş və həmin əmlak ümumi birgə mülkiyyətdə olduğundan onun payı müəyyən olunmamışdır. İddiaçı həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə olunduğunu, əmlak üzərində əvvəlcə tərəflərin paylarının müəyyən edilməli olduğunu, daha sonra isə ona tutmanın yönəldilməli olduğunu bildirmiş və bununla bağlı hərracın keçirilməsindən öncə barışıq sazişi bağlayaraq həmin torpaq sahəsinin üçdə iki hissəsinin ona məxsus olmasını bildirmişdir.

46. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələbinə əsasən kreditor borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna malik olsa da, bu hüquqdan istifadə etməmiş və icra məmuru həmin torpaq sahəsinin satışa çıxarılması zamanı onun ümumi mülkiyyətdə olub-olmamasını araşdırmamış və borcun cavabdehin payına uyğun hissəyə tutma yönəldilməsini təşkil etməmiş, bütövlükdə əmlakı açıq hərracda satışa çıxartmışdır.

47. Bundan əlavə məhkəmə hesab edir ki, hərracın nəticələrinə əsasən həmin torpaq sahəsi 24.745 manat məbləğində qiymətləndirilərək satışa cıxarılsa da, Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyinə əsasən, Quba rayonu, Susay kəndində yerləşən, 3.5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti 2* may 2*25-ci il tarixinə: Bazar dəyəri: 7**,*** manat, Likvid dəyəri: 63*,*** manat təşkil etmişdir. Məhkəmə bu məbləğlər arasında həddən artıq fərqin yaranmasını ağlabatan hesab etmir.

48. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilməlidir.

49. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hərraca çıxarılan mübahisəli əmlak birgə nikah dövründə əvəzli qaydada əldə olunmuş, hərracdan öncə tərəflərin ümumi birgə mülkiyyətində olmuş və hərracdan satılmamışdan öncə tərəflər barışıq sazişi bağlayaraq həmin əmlak üzərində paylarını müəyyənləşdirmişlər. Əmlak hərraca çıxarılan zaman İddiaçı payı nəzərə alınmadan satılmış və nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. 5*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddia tələbi ilə bağlı mübahisələndirilən hərracın nəticəsinin etibarsız hesab olunması və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv olunması qənaətinə gəlir.

Məhkəmə xərcləri.

5*. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün *** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İş üzrə qiymətləndiricinin xidmət haqqı 25* manat təşkil edir.

52. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

53. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, "X* Mərkəzi” MMC-nin Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqları barədə keçirilmiş 2*.*8.2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu etibarsız hesab edilməli, açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu əsasında Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının adına verilmiş *7.**.2*23cü il tarixli Çıxarış ləğv edilməlidir. Həmin əmlak üzərində Cavabdeh4 mülkiyyət hüquqlarının bərpasına dair qeydlər aparılmalıdır. İş üzrə ödənilmiş *** (yüz) manat dövlət rüsumu və 25* (iki yüz əlli) manat xidmət xərci cavabdehlər Cavabdeh4 və Gülmalıyeva Gülnar Babaş qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Daşınmaz əmlaka (torpaq sahəsi) dair hərracda ödənilən 24 745 (iyirmi dörd min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti Gülmalıyeva Gülnar Babaş qızına qaytarılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 2*4, 2*6-22*, 238-253, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin olunsun. "X* Mərkəzi” MMC-nin Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqları barədə keçirilmiş 2*.*8.2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu etibarsız hesab edilsin. Açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu əsasında Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının adına verilmiş *7.**.2*23-cü il tarixli Çıxarış ləğv edilsin. Daşınmaz əmlaka (torpaq sahəsi) dair hərracda ödənilən 24 745 (iyirmi dörd min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti Gülmalıyeva Gülnar Babaş qızına qaytarılsın. Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair Cavabdeh4 mülkiyyət hüquqlarının bərpasına dair qeydlər aparılsın. İş üzrə ödənilmiş - *** (yüz) manat dövlət rüsumu və 25* (iki yüz əlli) manat xidmət xərci cavabdehlər Cavabdeh4 və Gülmalıyeva Gülnar Babaş qızından müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar