Məhkəmə qərarları › İş №2(010)-926/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-926/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-926/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə” dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də ərizə icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin, ərizəçi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməyib. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərinizə çatdırıram ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ərizəçi ərizəsində “qaçqın” statusuna malik olmasını qeyd etsə də buna dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Kommisarlığının Azərbaycandakı nümyəndəliyi tərəfindən verilmiş himayət sənədinin etibarlılıq müddəti isə 01 dekabr 2022-ci il tarixdə bitmişdir. Bu səbəbdən də ərizəçinin qaçqın olması iş materialları ilə müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 267 – 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar