Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-928/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən dekabr 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”a və 28.07. 1994-cü il tarixli “AKT”a əsasən ünvan 3 (keçmiş Orcenikidze yaşayış məntəqəsi, 4-cü Mədən küçəsi, ev 8) ünvanında yerləşən fərdi həyət evinə dair Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən dekabr 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”a əsasən ünvan 2 ünvanında yerləşən fərdi həyət evi X4 məxsus olmuşdur. X5 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçi vəfat etməmişdən öncə o, 1987-ci ildə göstərilən evə pasport qeydiyyatına düşmüşdür. Həmin vaxtlar o, öz ailə üzvləri ilə (valideyinləri və bacı qardaşları) ilə birlikdə Rusiya Federasiyasının Voronej Vilayətində yaşamışlar. Mərhum X5lə, razılığa gəlmişlər ki, onun burdakı evi ilə onların Voronej Vilayətində olan evlərini birbiri ilə dəyişdirsinlər. Ancaq mənzillərin dəyişdirilməsi mülkiyyətçinin vəfat etməsi ilə əlaqədar alınmamış və o xx.xx.1994-cü ildə X4 məxsus evi o, vəfat etdiyindən mərhumun arvadı Cavabdeh 5 000 000 rus rubluna, 800 ABŞ Dollarına, 100 000 AZN-ə qonşuların iştirakı ilə “AKT”a əsasən almışdır. Bu barədə müvafiq “AKT” tərtib edilərək iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Eyni zamanda ona mərhumun arvadı tərəfindən də X3 ölüm haqqında arayışı təqdim edilmişdir ki, evin sənədləşmə işlərini apara bilsin. Daha sonra o, ailə qurmuş, övladları xx.xx.1988-ci il təvəllüdlü X7, xx.xx.1991-ci il təvəllüdlü X6 və xx.xx.1994-cü il təvəllüdülü X8 ünvan 3 ünvanına pasport qeydiyyatına düşmüşlər. Mənzilin bütün kommunal xidmətləri su, işıq, qaz onun adınadır. 37 ildir ki, mərhum X4 məxsus evə sahiblik edir və onun ailə üzvlərinin istifadəsindədir. Göstərilənlərə əsasən də hesab edir ki, ünvan 4 ünvanına dair Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməlidir. Tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin (X:Y) yazılı formada təqdim olunması barədə ********** saylı xx.xx.2023-cü il tarixli 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş ərizəə əsasən İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə sözügedən torpaq sahəsinə dair döngə nöqtələri kordinatları (Y:X) yazılı formada ona təqdim edilmişdir. Bundan başqa ünvan 3 ünvanında yerləşən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasına dair xx.xx.2023-cü il tarixli ********** saylı təkrar daxil olan ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və özünün **********12773 nömrəli məktubu ilə bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”da torpaq sahəsi ilə perimetrik ölçü və sahə fərqi mövcuddur. Həmçinin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir. Bundan başqa Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport digər şəxsə məxsusdur və texniki pasportda qeyd olunan şəxslə ərizəçi arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Əlavə olaraq, təqdim edilmiş etibarnamənin müddəti bitmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin məkublarına əsasən də müəyyən olunur ki, həqiqətən Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sözügedən torpaq sahəsi X4 məxsus olması və etibarnamənin müddətinin bitməsi mübahisə doğurmur. Ancaq, 1 saylı Bakı Ərazi İdarəsinin mülkiyyətçi ilə sözügüdən torpaq sahəsinə dair əlaqələndirici sənədin olmaması və torpaq sahəsinin Neft Şirkətinin istifadəsində olması əsasları ilə razı deyildir. Belə ki, işdən göründüyü kimi etibarnamənin müddəti bitsə də, bu onların aralarında əlaqələndirici sənəd sayıla bilər, eyni zamanda, mülkiyyətçinin ölüm haqqında arayışının ona verilməsi, həmin evə dair mərhumun arvadı ilə aralararında alqı-satqı barədə “AKT”-ın təsdiq edilməsi, onun həmin evə 1987-ci ildə pasport qeydiyyatına düşməyi, bütün bunlar əlaqələndirici sənədlər sayıla bilər. Bundan başqa onun və ailə üzvlərinin həmin evə və torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının mövcud olması yuxarıda göstərilən sənədlərlə birmənalı müəyyən edilir. Həmçinin onun qonşuları yaşadıqları evlərə çıxarışlar almış və mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmişlər. Bu isə onu deməyə əsas verir ki, 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinin Neft Şirkətinin istifadəsində olmasına istinad etməsi də əsassızdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş etmişdir.
Tərəflərin izahatı.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, onların Rusiya Federasiyasında evləri olmuşdur. İlk əvvəl 1987-ci il tarixdə Bakı şəhərinə gəlmişlər. X3 bacısı, Rusiya Federasiyasının Voronej Vilayətində yaşamışdır. Onlar razılığa gəlmişlər ki, X3 buradakı evi ilə onların Voronej Vilayətində olan evlərini bir-biri ilə dəyişdirsinlər. Lakin 1988-ci il tarixdə onun(İddiaçı) bir uşağı dünyaya gəlmiş, daha sonra isə X5 vəfat etdiyindən evlərin dəyişdirilməsini rəsmiləşdirə bilməmişlər. Daha sonra 1994cü il tarixdə gələrək “raspiska(qəbz)” ilə pulu Cavabdeh verərək sözügedən fərdi yaşayış evini almışlar. X3 həyat yoldaşı Cavabdeh pulu aldıqdan sonra ona etibarnamə və X3 ölüm kağızını vermişdir. Həmin etibarnamə ona üç il müddətinə verilmiş, lakin 1997-ci ildə ağır xəstəlik keçirdiyindən evin sənədlərini rəsmiləşdirə bilməmiş və etibarnamənin müddəti bitmişdir. X5 özü sağ olduğu dövrdə onu həmin evə pasport qeydiyyatına aldırmışdır. 1994-cü il tarixdə evi aldıqdan sonra Rusiya Federasiyasından köçüb Azərbaycan Respublikasına gəlmişlər və onun ailə üzvləri sözügedən fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. Həmin vaxtdan hal-hazıradək o və onun ailə üzvləri mübahisəli evdə qeydiyyatdadırlar və yaşayırlar. Mənzilin bütün kommunal xidmətləri su, işıq, qaz onun adınadır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir
Şahid ifadələri
6. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçı ilə 33 ildir ki, qonşudur. İddiaçı iki oğlu, yoldaşı və ailə üzvləri orada yaşayırlar. İddiaçı və onun ailə üzvləri həmin evə köçməmişdən öncə mübahisəli evdə rus milliyətindən olan bir ailə yaşamış, onlar Rusiya Federasiyasına köçüb getmişlər. O, özü sözügedən ünvanda 1992ci ildən yaşayır.
7. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı ilə təxminən 30 ildir ki, qonşudur. Evləri aralarındakı məsafə 10 metrdən azdır. İddiaçı sözügedən ünvanda ondan daha əvvəl yaşayır. O həmin ünvanda ancaq iddiaçının və onun ailə üvlərinin yaşamasını görmüşdür.
8. Guluev Asad məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı ilə 25-30 ildir ki, qonşudur. Onların yaşadıqları evlər arasında məsafə yaxındır. İddiaçı sözügedən evi pul vəsaiti verərək almışdır. Evin alğı-satqısı zamanı o da, iştirak etmişdir.
İş materialları.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin (X;Y) yazılı formada təqdim olunması barədə ********** nömrəli, xx.xx.2023-cü il tarixlii ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları ( X;Y) yazılı formada təqdim edilir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 8/6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin KOORDİNATLARİ
X Y
1. 415850.6326 4474403.4380
2. 415839.0346 4474415.6612
3. 415846.0069 4474420.5229
4. 415856.1371 4474409.8018
5. 415855.4338 4474408.4769
6. 415855.9225 4474407.2151
10. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 277 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Gülməməd qızı xx.xx.1987-ci il tarixdən ünvan 7 ünvanda qeydiyyatdadır.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatından görünür ki, İddiaçı Gülməməd qızı “sol ağciyər sirrotik, vərəmi, Xrr hepatit, T.ç İİ dərəcə” diaqnozu” ilə ikinci dərəcəli əlillik verilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-581/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Belə ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə perimetrik olçü və sahə fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan başqa, Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasport digər şəxsə məxsusdur və texniki pasportda qeyd olunan şəxslə ərizəçi arasında əlaqələndirici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunmuş etibarnamənin müddəti bitmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının genişlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, 18 aprel 2025-ci il tarixli 2(010)-928/2025 nömrəli məktuba cavab olaraq bildirilir ki, Cavabdeh İddiaçı verdiyi xx.xx.1994-cü il tarixli 1703 reyestr nömrəli etibarnamə xx.xx.2003-cü il tarxili sənədlərin və işlərin məhvə ayrılması haqqında akta əsasən notariat ofisinin arxivində məhv olunmuşdur.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh İddiaçı verdiyi xx.xx.1984-cü il tarixli etibarnamənin əslinin istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, notariat qaydasında təsdiq edilmiş etibarnamələr arxivə təhvil verilmir və məhv edilənədək həmin dövlət notariat ofisinin arxivində saxlanılır. Cavabdeh tərəfindən Bakı şəhəri 10 saylı dövlət notariat ofisində xx.xx.1984-cü il tarixdə deyil, xx.xx.1994-cü il tarixdə 1703 reyestr nömrəsi ilə etibarnamənin verildiyi müəyyən edilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Suraxanı rayon məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, X5 və Cavabdeh nikahı xx.xx.1949-cu il tarixdə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır.
17. xx.xx.1988-ci il tarixli, 29 nömrəli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X5 xx.xx.1988-ci il tarixdə ölmüşdür.
18. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən evin sahibi X1.
19. Etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.1984-cü il tarixdə, İddiaçı bir sıra hüquqlara dair etibarnamə verilmişdir.
İşin faktiki halları.
20. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən ünvan 10 ünvanda yerləşən evin sahibi X2muşdur. İddiaçı Rusiya Federasiyasının Voronej Vilayətində yaşamış və orada özünə məxsus olan evi Azərbaycan Respublikasında olan evlə dəyişmək qərarına gəlmişdir. Bunun üçün 1987-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. X3 bacısı, Rusiya Federasiyasının Voronej Vilayətində yaşadığından qərara gəlmişlər ki, Bakı şəhərində yerləşən X4 məxsus evlə İddiaçı məxsus Rusiya Federasiyasının Voronej Vilayətində yerləşən evləri dəyişsinlər. X5 özü sağ olduğu dövrdə onu həmin evə pasport qeydiyyatına aldırmışdır. Lakin 1988-ci il tarixdə onun(İddiaçı) bir uşağı dünyaya gəlmiş, daha sonra isə X5 vəfat etdiyindən evlərin dəyişdirilməsini rəsmiləşdirə bilməmişlər. Daha sonra xx.xx.1994-cü il tarixdə X3 həyat yoldaşı Cavabdeh tərəfindən qonşuların iştirakı ilə mənzilə görə İddiaçı pul alması ilə bağlı qəbz verilmişdir. X3 həyat yoldaşı Cavabdeh pulu aldıqdan sonra ona etibarnamə və X3 ölüm kağızını vermişdir. Həmin etibarnamə iddiaçıya üç il müddətinə verilmiş, lakin iddiaçı evin sənədlərini öz adına rəsmiləşdirə bilməmiş və etibarnamənin müddəti bitmişdir. 1994cü ildən iddiaçı ailə üzvləri iləə birlikdə mübahisəli evdə yaşayırlar və qeydiyyatdadırlar.
Tətbiq edilən hüquq.
21. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi.
27. İşin faktiki hallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən ünvan 10 ünvanda yerləşən evin sahibi X2muşdur. İddiaçı Rusiya Federasiyasının Voronej Vilayətində yaşamış və orada özünə məxsus olan evi Azərbaycan Respublikasında olan evlə dəyişmək qərarına gəlmişdir. Bunun üçün 1987-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. X3 bacısı, Rusiya Federasiyasının Voronej Vilayətində yaşadığından qərara gəlmişlər ki, Bakı şəhərində yerləşən X4 məxsus evlə İddiaçı məxsus Rusiya Federasiyasının Voronej Vilayətində yerləşən evləri dəyişsinlər. X5 özü sağ olduğu dövrdə onu həmin evə pasport qeydiyyatına aldırmışdır. Lakin 1988-ci il tarixdə onun(İddiaçı) bir uşağı dünyaya gəlmiş, daha sonra isə X5 vəfat etdiyindən evlərin dəyişdirilməsini rəsmiləşdirə bilməmişlər. Daha sonra xx.xx.1994-cü il tarixdə X3 həyat yoldaşı Cavabdeh tərəfindən qonşuların iştirakı ilə mənzilə görə İddiaçı pul alması ilə bağlı qəbz verilmişdir. X3 həyat yoldaşı Cavabdeh pulu aldıqdan sonra ona etibarnamə və X3 ölüm kağızını vermişdir. Həmin etibarnamə iddiaçıya üç il müddətinə verilmiş, lakin iddiaçı evin sənədlərini öz adına rəsmiləşdirə bilməmiş və etibarnamənin müddəti bitmişdir. 1994-cü ildən iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayırlar və qeydiyyatdadırlar.
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-581/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Belə ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə perimetrik olçü və sahə fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan başqa, Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasport digər şəxsə məxsusdur və texniki pasportda qeyd olunan şəxslə ərizəçi arasında əlaqələndirici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunmuş etibarnamənin müddəti bitmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının genişlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
29. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ona görə imtina vermişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə perimetrik olçü və sahə fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan başqa, Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasport digər şəxsə məxsusdur və texniki pasportda qeyd olunan şəxslə ərizəçi arasında əlaqələndirici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunmuş etibarnamənin müddəti bitmişdir.
30. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən ünvan 7 ünvanda qeydiyyatda alınmış və faktiki olaraq 1994-cü ildən ailə üzvləri ilə həmin mənzildə yaşayır. Mübahisəli ünvan 9 ünvanda yerləşən evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport X3 adına verilmişdir. Həmin şəxs öldükdən sonra X3 həyat yoldaşı Cavabdeh tərəfindən qonşuların iştirakı ilə mənzilə görə İddiaçı pul alması ilə bağlı qəbz verilmişdir.
31. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
32. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
33. Beləliklə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olsa da, onun üzərində yerləşən ev texniki pasporta əsasən başqa bir şəxsin adınadır. Həmin şəxs öldükdən sonra onun həyat yoldaşı tərəfindən evin qeyri-rəsmi satılması barədə iddiaçıya qəbz verilmiş və iddiaçı faktiki olaraq 1994-cü ildən həmin fərdi yaşayış evində yaşayır.
34. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir, belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi texniki pasportun başqa şəxsə məxsus olması səbəbindən daşınmaz əmlakı iddiaçının adına dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Lakin təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı 30 il ərzində həmin fərdi yaşayış evində yaşamaqla həmin evə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı tərəfindən təqdim olunan şahidlər də iddiaçının uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamasını və həmin evə faktiki olaraq sahiblik etməsini təsdiq etmişlər.
35. Məhkəmə hesab edir ki, iddiaçı uzun müddət ərzində mübahisəli evdə yaşamaqla ondan istifadə ilə yanaşı faktiki sahibliyi həyata keçirmiş və həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq barədə qanuni gözləntiyə malik olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
Məhkəmə xərcləri.
36. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən və tələb faktın müəyyən edilməsi ilə bağlı olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı istifadə və sahiblik hüquqları tanınmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya aid olmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin olunsun. ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı istifadə və sahiblik hüquqları tanınsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova