Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-930/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X15 Publik Hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X12 Suraxanı rayon Şöbəsinə qarşı “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X12 Suraxanı rayon Şöbəsinə qarşı “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasında hesabdar işləməsi barədə iş stajının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçiərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasında hesabdar işləyib və bu barədə əmək kitabçasında işə qəbul olunduğu tarix qeyd edilsə də, lakin işdən çıxmağı barədə heç bir qeyd olunmayıb. O, azərbaycanlıların deportasiyası ilə əlaqədar olaraq xx xxxxxx 1988-ci ildə yaşadığı Ermənistan Respublikası Ararat rayonu Şidli kəndini məcburi surətdə tərk etmişdir. xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək iş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiyaya çıxmaq üçün lazımdır. O, bu barədə Azərbaycan Respublikası Dövlət X12 Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Şöbəsinin onun müraciətinə verdiyi xx.xx.2019-cu il tarixli cavabında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun 7-ci maddəsinə uyğun olaraq 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin cavabda bildirilmişdir ki, sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X15 Publik Hüquqi şəxsin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, xx xxxxxxxx 1984-cü ildən xx xxxxxx 1988-ci ilədək Ermənistan Respublikası Ararat rayonu, Şidli kəndi, N.Nərimanov adına kolxozun fermasında hesabdar işləmişdir. Onun əmək kitabçasında işə qəbul olunduğu tarix qeyd olunmuş, lakin işdən azad olunması barədə heç bir qeyd olunmamışdır.Hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsində icraata xitam vermə əsasları göstərilmişdir.Həmin maddəyə görə iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır.İş üzrə icraata xitam verilməsi də ərizənin baxılmamış saxlanılması kimi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının üsullarından biridir.İş materiallarındanda görünür ki, ərizəçinin işləməsini təsdiq edən mübahisəli əmək kitabçası vardır. Bu isə həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Göstərilən müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X15 Publik Hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon Nümayəndəliyinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi Ərizəçi və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, əvvəlki məhkəməiclasında şahid qismində dindirilən X9ifadəsində göstərdi ki, o, əvvəllər Ermənistanın Şidli kəndində yaşamışdır. O maldarlıq fermasında hesabdar vəzifəsində işləmişdir. Özü 1968-ci ildən 1988-ci ilə kimi mexanizator kimi işləmişdir. Telman təhsilini bitirdikdən sonra orda işləməyə başlayıb. Həmin vaxt oranın sədrinin Tanrıverdiyev Məcid, 1988-ci ildən isə Məmmədov Eldarın sədr olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Ərizəçi ilə 1966-cı ildən 1988-ci ilədək bir yerdə işləmişdir. Telman hesabdar, o isə iqtisadçı vəzifəsində çalışıb. Kolxozun sədri Müseyib Əliyev olduğunu, ondan əvvəl isə Eldar Məmmədov olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki,Ərizəçi ilə Şidli kəndində yaşamışdır. O, kolxozçu, Telman isə kolxozda hesabdar vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Ərizəçi ünvan 1 A ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X12 Suraxanı rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçi tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İş materiallarına əlavə olunmuş ərizəçi Ərizəçi məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, o xx.xx.1984-cü ildə Şidli kənd N. Nərimanov adına kolxozda fermaya hesabdar qəbul edilmişdir. Həmin kolxozdan işdən çıxmağı barədə məlumat yoxdur. Məhkəməyə təqdim olunmuş şahid X10məxsus əmək kitabçasının kserosurətindənmüəyyən olunur ki, o1966-cıil tarixdən 1978-ciilədək Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozda kolxozçu, 1979-cu ildən əmək üzrəiqtisadçı vəzifəsində işləmişdir. Məhkəməyə təqdim olunmuş şahid X5 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki,o, 1968-ci ildən 1988-ci ilədək Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozda işləmişdir. Məhkəməyə təqdim olunmuş şahidX2na məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, o, 1967-ci ildən 1988-ci ilədək Ararat rayonu Şidli kəndində kolxozçu kimi işləmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-930/2020 saylı qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/316 saylı rəyi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, tədqiqata təqdim edilmiş Ərizəçi adına olan ИТ-İ № ******* saylı Əmək kitabçasındakı 17 saylı xx.xx.1984-cü il tarixli möhür əksinin hissəsinin təsviri sənəd üzərinə bir başa vurulmuşdur. Məhkəmə tələbilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərədə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasında hesabdar işləyib. Əmək kitabçasında işə qəbul olunması qeyd olunub, lakin işdən çıxmağı barədə heç bir qeyd olunmayıb. O, azərbaycanlıların deportasiyası ilə əlaqədar olaraq yaşadığı Ermənistan Respublikası Ararat rayonu Şidli kəndini məcburi surətdə tərk etmişdir. xx.xx.1984-cü ildən 1988-ci ilə qədər iş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiyaya çıxmaq üçün lazımdır. O, bu barədə Azərbaycan Respublikası Dövlət X12 Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət X12 Suraxanı rayon Şöbəsi onun müraciətinə verdiyi xx.xx.2019-cu il tarixli cavabında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun 7-ci maddəsinə uyğun olaraq 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin cavabda bildirilmişdir ki, sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur.Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Ərizəçi onun xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozunda işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçinin ərizəsi ilə bağlı qeyd edir ki,Ərizəçixx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasında hesabdar işləməsi ilə bağlı olaraq sübut mövcud olduğundan xx.xx.1984-cü ildən 1988-ci ilə qədər ilə qədər işləməsi məhkəməyə təqdim edilmiş sənədlərdən və ərizəçi ilə bir yerdə çalışmış şəxslərin, yəni məhkəmə iclasında dindirilmiş şahidlərin məhkəmədə verdikləri ifadələri ilə öz təsdiqini tapır, məhz həmin şahidlərin ifadələrini və həmin şahidlərin həqiqətəndə ərizəçi ilə eyni vaxtda Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasındaişləmələri onlara məxsus əmək kitabçaları ilədə öz təsdiqini tapdığından, məhkəmə bu halları əsas tutaraq, yəni həmin dindirilmiş şahidlərin ifadələrini əsas sübut kimi qəbul edərək, hesab edir ki, ərizəçinin hazırda ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, ərizəçinin əslində məhz xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozdaişləməsi faktı məhkəmədə müəyyən edilməlidir. Məhkəmə maraqlı şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsi ilə razılaşmır, belə ki, ərizəçinin əmək kitabçası mövcud olsa belə, onun işdən çıxması ilə bağlı olaraq əmək kitabçasında qeyd olmadığından ərizəçinin həmin faktı başqa qaydada əldə edə bilməsi qeyri-mümkündür. Odur ki, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ekspertiza tədqiqatının dəyəri – 61.52 manat Ərizəçi dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozdahesabdar işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri – 61.52 manat Ərizəçi dövlət büdcəsi xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-930/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-930/2020
20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver