Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-94/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı Sadıqova (Osmanova) Rəfı̇ qə Abdulqədı̇ r qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Sadıqova (Osmanova) Rəfı̇ qə Abdulqədı̇ r qızının cavabdehlər Cavabdeh1 Əlı̇ mı̇ rzə oğlu, Yusı̇ fova Gülnarə Əlı̇ mı̇ rzə qızı, Bayramov Şahı̇ n Məhərrəm oğlu və İsmayılova Esmı̇ rə Sabı̇ r qızına qarşı yaşayış sahəsinin naturada bölünməsi və pay hissəsinin ayrılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlmirzə qızına, Cavabdeh3 və X4 qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsində payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Yusifova (Balayeva) Gülnarə Əlimirzə qızı, Cavabdeh3, X6 ilə paylı mülkiyyətlərində olan ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 173.9 kv.m yaşayış sahəsi. 257.2 kv.m ümumi sahəsi olan olan 10 otaqlı evin natura şəklində bölünərək 2 otaqlı 38.7 kv.m əsas sahə 19.5 kv.m köməkçi sahə olmaqla pay hissəsinin ona ayrılması və həmin hissəyə çıxarış verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-94/2023, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Sadıqova (Osmanova) Rəfı̇ qə Abdulqədı̇ r qızının cavabdehlər Cavabdeh1 Əlı̇ mı̇ rzə oğlu, Yusı̇ fova Gülnarə Əlı̇ mı̇ rzə qızı, Bayramov Şahı̇ n Məhərrəm oğlu və İsmayilova Esmı̇ rə Sabı̇ r qızına qarşı yaşayış sahəsinin naturada bölünməsi və pay hissəsinin ayrılması tələbinə “çıxarış verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi” hissəsində xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızı xx.xx.2000-ci il tarixli 096525 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X5 Bakı şəhəri. Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 4 saylı evin ümumilikdə 58.7 kv.m hissəsini almışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 173.9 kv.m yaşayış sahəsi 257.2 kv.m ümumi sahəsi olan olan 10 otaqlı 4 saylı evin 38.7 kv.m hissəsi 2 iki yataq otağı olmaqla Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızının paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən məlum olur ki, Bakı şəhəri. Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 173.9 kv.m hissəsi Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızının, 1/2 hissəsinin - 38.7 kv.m hissəsi İddiaçı, 1/2-in hissəsinin - qalan hissəsi isə X3, X8, Yusifova (Balayeva) Giilnarə Əlimirzə qızıın, 1/4 hissəsi - Cavabdeh3, 1/4 hissəsi isə - Bayram Sarank oğluna məxsusdur. Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsi tərəfindən tərtib edilmiş bölgü sxemindən məlum olur ki, evin texniki cəhətdən bölgüsü mümkündür. Belə ki, həmin sxemə əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 173.9 kv.m yaşayış sahəsi. 257.2 kv.m ümumi sahəsi olan olan 10 otaqlı evin evin B tikilisindən 1 otaq yaşayış sahəsi - 18 kv.m. 1 tikilisi və 187 kv.m torpaq sahəsi Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızının istifadəsindədir. Həmin bölgü sxeminə əsasən evin 1/8 hissəsi Bayram Sarank oğluna 1/8 hissəsi X4 1/4 hissəsi Cavabdeh3 2/4 hissəsədən qalan hissənin bir hissəsi Cavabdeh1 B tikilisindən 1 otaq yaşayış sahəsi 17.4 kv.m və 187 kv.m sahəsindən 17.4 kv.m torpaq sahəsi Yusifova (Balayeva) Gülnarə Əlimirzə qızının payındadır. İddiaçı özünə məxsus paya ayrıca mülkiyyət sənədi almaq istəyir. Belə ki, onun mülkiyyətində olan payın ayrıca giriş-çıxış qapısı var. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edilib. Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsi tərəfindən əmlak bölgü sxemi tərtib edilib, lakin paylı mülkiyyətçilərdən Bayram Sarank oğlu və X11 rəhmətə getdiyindən və onların vərəsəsi müəyyən olunmadığından iddiaçı əmlak bölgü sxemini notariusda təsdiqlədə bilmir. Ona cavabdehlərlə iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 173.9 kv.m yaşayış sahəsi, 257.2 kv.m ümumi sahəsi olan olan 10 otaqlı 4 saylı evin naturada bölünməsinə, payların ayrılması məsələsinə məhkəmə qaydasında baxılmalıdır. İddiaçının payınının digər payçılarla bir qeydiyyat vəsiqəsində olmağı onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçı Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Əlı̇ mı̇ rzə oğlu, Yusı̇ fova Gülnarə Əlı̇ mı̇ rzə qızı, Bayramov Şahı̇ n Məhərrəm oğlu və İsmayilova Esmı̇ rə Sabı̇ r qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2000-ci il tarixli, 096525 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alıcı Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızı satıcı X5 Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Çaparidze (Mirzə Əsədulla) küçəsindəki 4 saylı evin ümumilikdə 58.7 kv.m hissəsini almışdır. - Qeydiyyat nömrəsi 80113700, qeydiyyat tarixi xx.xx.2001-ci il, Seriya FM № 005721 olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsindəki 173.9 kv.m yaşayış sahəsi, 257.2 kv.m ümumi sahəsi olan olan 10 otaqdan ibarət 4 saylı fərdi yaşayış evindən X7 ¼ hissə, digər paylar üzrə Cavabdeh3 ¼ hissə, qalan 2/4 hissədən X2 19.5 kv.m köməkçi hissə və 38.7 kv.m yaşayış sahəsi olmaqla 2 otaq, eləcə də, qalan paylar üzrə Cavabdeh1, X8 və X1 payları müəyyən edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli Bölgü sxemindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Çaparidze (Mirzə Əsədulla) küçəsindəki, 173.9 kv.m yaşayış sahəsi, 257.2 kv.m ümumi sahəsi olan, 10 otaqlı, 4 saylı fərdi yaşayış evinin B tikilisindən 1 otaq yaşayış sahəsi - 18 kv.m, E tikilisi və 187 kv.m torpaq sahəsi (istifadə) Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızına məxsusdur. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4712 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsindəki 173.9 kv.m yaşayış sahəsi, 257.2 kv.m ümumi sahəsi olan 10 otaqlı evin İddiaçı payı 2 otaqlı 38.7 kv.m əsas sahə, 19.5 kv.m köməkçi sahə olmaqla payların naturada ayrılması texniki cəhətdən mümkündür.Faktiki olaraq fərdi yaşayış evinin iddiaçıya məxsus olan hissəsi ayrılmış və ayrıca giriş-çıxış qapısı vardır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılmasına heç bir əsas görmür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə obyekti olan daşınmaz əmlakın bir hissəsi Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızına məxsusdur. Hazırki iddia tələbində iddiaçı onun payına düşən hissənin naturada ayrılmasını tələb edir. İş materiallarında olan bölgü sxemi və ekspert rəyindən görünür ki, iddiaçının payına düşən hissənin texniki cəhətdən naturada ayrılması mümkündür. Cavabdeh tərəfindən iddia tələbinin əleyhinə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (1-3-cü bəndlər). Eyni Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair qərarına əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan normalardan göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi qanunvericiliklə müəyyən edilmiş mərhələləri gözləməklə öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, payın naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə onu da qeyd edir ki, hazırki iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4712 nömrəli ekspert rəyində də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsindəki 173.9 kv.m yaşayış sahəsi, 257.2 kv.m ümumi sahəsi olan 10 otaqlı evin İddiaçı payı 2 otaqlı 38.7 kv.m əsas sahə, 19.5 kv.m köməkçi sahə olmaqla payların naturada ayrılmasının texniki cəhətdən mümkün olması öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı və cavabdehlərin əmlakla bağlı hansısa şəkildə razılığa gəlməkləri də iş materialları ilə müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçıya məxsus payın naturada bölgüsü məhz bölgü sxemində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Əlı̇ mı̇ rzə oğlu, Yusı̇ fova Gülnarə Əlı̇ mı̇ rzə qızı, Bayramov Şahı̇ n Məhərrəm oğlu və İsmayilova Esmı̇ rə Sabı̇ r qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmətikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızı ilə cavabdehlər Cavabdeh1 Əlı̇ mı̇ rzə oğlu, Yusı̇ fova Gülnarə Əlı̇ mı̇ rzə qızı, Bayramov Şahı̇ n Məhərrəm oğlu və İsmayilova Esmı̇ rə Sabı̇ r qızının paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze (Mirzə Əsədulla) küçəsində yerləşən və 173.9 kv.m yaşayış sahəsi olmaqla ümumi sahəsi 257.2 kv.m olan 10 otaqli evin 2 otaqlı 38.7 kv.m əsas sahə, 19.5 kv.m köməkçi sahə olmaqla pay hissəsi naturada bölünərək iddiaçı Sadıqova (Osmanova) Rəfiqə Abdulqədir qızına ayrılsın. Yaşayış evinin göstərilən hissəsinin naturada bölgüsü bölgü sxeminə uyğun olaraq həyata keçirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Əlı̇ mı̇ rzə oğlu, Yusı̇ fova Gülnarə Əlı̇ mı̇ rzə qızı, Bayramov Şahı̇ n Məhərrəm oğlu və İsmayilova Esmı̇ rə Sabı̇ r qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-94/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-94/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver