Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-959/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 01.07.1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonu, Yeniyol kəndində doğulmağı haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 01.07.1959-cu ildə Ermənistan Respublikası, Amasiya rayonu, Yeniyol kəndində anadan olmuşdur. Bununla bağlı onun adına Yeniyol kənd sovetiliyi tərəfindən doğum haqqında akt qeydi tərtib edilmişdir, hal-hazırda Ermənistan Respublikasında verilmiş doğum haqqında şəhadətnaməni itdiyi üçün ona yenidən doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət edillmişdir. Lakin onun Maraqlı şəxsndə müraciətinə 04.12.2020-ci il tarixli məktubla imtina edilmiş, doğum akt qeydinin bərpası və ona yenidən doğum haqqında şəhadətnamənin verilməsinin yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması bildirilmişdir. O Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək istəmiş, lakin ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Məhz buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə şahid Əhmədova Yetər Əmir qızı ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi oğlu 01.07.1959-cu ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Onun atası X4, anası isə X1r. Onların hər ikisi vəfat etmişdir. Qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsini Ermənistan Respublikasından götürmüş, lakin sonradan itirmişdir. İş üzrə şahid X6 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar ailədə üç qardaş və beş bacıdırlar. Qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsini Ermənistan Respublikasından götürmüş, lakin sonradan itirmişdir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 1229 saylı 04.12.2020-ci il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi imtina edilərək məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 17.07.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 13.05.2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 20.05.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 21.05.1957-ci il tarıxdə anadan olmuş, atası X11, anası X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi 01.07.1959-cu ildə Ermənistanda anadan olmuşdur. Məlum hadisələrlə bağlı Ermənistandan Bakı şəhərinə gəlmişlər. Sonradan onun doğum haqqında şəhadətnaməsi itmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 01.07.1959-cu il tarixdə anadan olmuş Ərizəçi doğumunun Ermənistan Respublikasının Amasiya rayonunda qeydə alınması faktı müəyyən edilməlidir. 01.07.1959-cu il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydindədoğulduğu yer “Ermənistan Respublikasının Amasiya rayonu”, doğum tarixi 01.07.1959-cu il, adı “Nain”, ata adı “Əmir”, soyadı “Vəliyev” valideynləri haqqında qeyddə atası qrafasında “X4”, anası qrafasında “X3” kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01.07.1959-cu il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. 01.07.1959-cu il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan Respublikasının Amasiya rayonu”, doğum tarixi 01.07.1959-cu il, adı “Nain”, ata adı “Əmir”, soyadı “Vəliyev” valideynləri haqqında qeyddə atası qrafasında “X4”, anası qrafasında “X3” kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-959/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-959/2021
21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver