Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-960/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi) “doğum yerinin müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi) “doğum yerinin müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 04.07.20*8-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulmuş, doğumu Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *0.08.2024-cü il tarixdə *0* nömrə ilə qeydə alınmış, X*, atası Akça Alptekin qeyd edilmiş Adem adlı oğlunun doğulduğu yerin Suriya Ərəb Respublikasının İdlib şəhəri olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 04.07.20*8-ci ildə Akça Alptekin ilə faktiki nikah münasibətlərindən Adem adlı oğlan uşağı dünyaya gətirmişdir. Oğlu Adem 04.07.20*8-ci il tarixdə Suriyada doğulmuşdur. Oğlunu *0.04.2023-cü ildə verilmiş Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi əsasında gətirmişdir. Həmin zaman uşağın doğumunu Suraxanı rayon qeydiyyat şöbəsi qeydiyyata almaqdan imtina etdiyi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2***/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, “X*”, atası “Akça Alptekin” olmaqla X5 04.07.20*8-ci ildə Suriyada doğulması faktı müəyyən edilmiş və qeyd edilmişdir ki, bu məhkəmə qətnaməsi ilə X*, atası Akça Alptekin olmaqla, X5 04.07.20*8-ci ildə Suriyada doğulması faktının müəyyən edilməsi müvafiq dövlət orqanı tərəfindən həmin faktın qeydə alınması üçün əsasdır. Hal-hazırda Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2***/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvəyə minmişdir və Adem adlı uşağa doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə ilə uşağın atası Akça Alptekin və o, uşağa atasının vətəndaşı olduğu Türkiyə Respublikasında şəxsiyyət vəsiqəsini almaq üçün Türkiyə Respublikasının Azərbaycanda olan səfirliyinə müraciət etdikdə müraciətin təmin olunmasından imtina edilmişdir ki, uşağın doğum haqqında şəhadətnaməsində məlumatlar natamamdır. Belə ki, uşağın Suriyanın hansı bölgəsində, hansı şəhərində doğulmağı haqqında qeyd göstərilməmişdir. Bildirilmişdir ki, mütləq qaydada doğum haqqında şəhadətnamədə uşağın doğulduğu şəhər göstərilməlidir. Göründüyü kimi, onun 04.07.20*8-ci il tarixdə dünyaya gətirdiyi Adem adlı oğlan uşağının doğulduğu şəhərin də müəyyən edilməsi zərurəti yaranmışdır. O, Adem adlı uşağının Suriyanın İdlib şəhərində doğulması faktını başqa yol ilə müəyyən edə bilməyəcəyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)- 2***/2024 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X3 doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, X*, atası Akça Alptekin olmaqla X5 04.07.20*8-ci il tarixdə Suriyada doğulması faktının müəyyən edilməsi qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *0.08.2024-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 979397 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 (atası Akça Alptekin, X*) 04.07.20*8-ci il tarixdə Suriya Respublikasında doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *0.08.2024-cü il tarixdə *0* nömrə ilə qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 30.**.2024-cü il tarixdə verilmiş 7776*93 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
8. Üç ədəd fotoşəkildən ikisindən tək uşaq, birindən isə üç uşağın fotosunun çəkildiyi, üç uşağın çəkildiyi fotoşəklin “İ (ürək simvolu) İdlib” yazısının qarşısında çəkilmiş olduğu görünür. Şahid ifadəsi.
9. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş Fatma Akça bildirmişdir ki, Ərizəçi onun gəlinidir. Oğlu ilə gəlini Suriyada işləmişlər və orada tanış olmuşlar. Uşaq da Suriyanın İdlib şəhərində doğulmuşdur. Uşağın doğumu evdə baş tutmuş, həmin vaxt onlar görüntülü olaraq telefonla danışmışlar. Ərizəçinin hamiləliyi dövrü və uşağın doğumu İdlib şəhərində olmuşdur. Onların mütəmadi telefon əlaqələri olduğundan bunlardan xəbəri var.
İşin faktiki halları.
*0. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə anası X*, atası Akça Alptekin olmaqla X5 04.07.20*8-ci il tarixdə Suriyada doğulması faktı müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
**. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *66. Doğumun qeydə alınması qaydası. *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir.
*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
Məhkəmənin mövqeyi.
*4. İşin faktiki hallarından görünür ki, ərizəçinin oğlu Adem Alptekinin 04.07.20*8-ci il tarixdə Suriyada (Suriya Ərəb Respublikası) doğulması fakı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Bu qətnamə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən uşağın doğumu haqqında qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə uşağın doğum yeri qətnamədə qeyd edildiyi kimi Suriya olaraq göstərilmişdir. *5. Lakin hazırkı ərizədən görünür ki, uşağa Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsinin alınması üçün (uşağın atası həmin ölkənin vətəndaşıdır) onun doğulduğu ölkədən əlavə, həm də doğulduğu şəhər müəyyən edilməlidir. Yuxarıda istinad edilmiş Ali Məhkəmənin Plenum qərarında da qeyd edilmişdir ki, doğum faktının müəyyən edilməsinə dair qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. *6. Hazırkı iş üzrə məhkəmə araşdırması gedişində ifadəsi dinlənilmiş şahid Fatma Akça uşağın nənəsi olmaqla, nəvəsi X*0 Ərəb Respublikasının məhz İdlib şəhərində doğulması faktını təsdiqləmişdir. Bundan əlavə, məhkəməyə uşağın fotoşəkli təqdim edilmişdir ki, bu fotoşəklin “İ (ürək simvolu) İdlib” yazısının qarşısında çəkilmiş olduğu görünür. Uşağın Suriyada doğulması faktı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizəçinin 04.07.20*8-ci il təvəllüdlü oğlu X*2 Respublikasının İdlib şəhərində doğulması faktını müəyyən etməyə kifayət qədər əsas vardır. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*7. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 04.07.20*8-ci il təvəllüdlü X5 Suriya Ərəb Respublikasının İdlib şəhərində doğulması faktı müəyyən edilməlidir. *8. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 04.07.20*8-ci il təvəllüdlü X5 Suriya Ərəb Respublikasının İdlib şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva