Məhkəmə qərarları › İş №2(010)-973/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-973/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-973/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı – Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi – *922-ci il təvəllüdlü, 03.0*.2002-ci ildə vəfat etmiş atası X* doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydində atasının adının “X4”, təvəllüdü “*922”, doğulduğu yer “Gədəbəy rayonu”, ata adı “X5”, ana adı “X2”, milliyətinin “türk” yazılması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizədən görünür ki, ərizəçi atası X* doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, lakin ərizəsinə həmin faktın təsdiq edilməsi barədə sənədləri başqa qaydada ala bilməməsini təsdiq edən sənədləri əlavə etməmiş və bununla da, mübahisənin məhkəməyə qədər nizama salınmasına dair qaydaya riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etməmişdir. Ərizədən və ərizəyə əlavə olunmuş səndədlərdən görünüdüyü kimi, ərizəçi ərizəsinə atasının doğum faktının tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının (qeydiyyat şöbəsi) arayışını əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin *52.*.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iş materiallarına X3 dair ölüm haqqında şəhadətnamə və SSRİ vətəndaşının pasportu əlavə edilmişdir. Göstərilən hal ona dəlalət edir ki, X* doğumu artıq qeydə alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *62-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi müvafiq faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyini təsdiq edən sənədləri ərizəsinə əlavə etmədiyindən onun ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilməmişdir. Göstərilənlərə əsasən ərizəçinin ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş *00 manat məbləğində pul ona geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci madəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən Məcəllənin **4.*.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilən Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in *52, 263-264, 268ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Ərizəçi tərəfindən "xxxx" ASC vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hesabına 27.*2.2022-ci il tarixdə (qəbzin nömrəsi – 27532, əməliyyat İD *********) ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ünsüyyət Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar