Məhkəmə qərarları › İş №2(010)-975/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-975/2023

18.05.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-975/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *8.*2.*978-ci il təvəllüdlü X3 22.09.20*4-cü il tarixində X7 Raqqa şəhərində hərbi əməliyyatlar nəticəsində ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 30 dekabr 2004-cü ildə X*0 ailə həyatı qurmuş, birgə nikahları Suraxanı Rayon Qeydiyyat şöbəsində qeydə alınmış və birgə nikahlarından 08 oktyabr 2006-cu il təvəllüdlü X** və 22 iyun 20*0-cu il təvəllüdlü X*4 dünyaya gəlmişdir. X*0 ilə birlikdə 20*4-cü ilin avqust ayında Türkiyə Cümhuriyyətinə getmişdir. Bir müddət sonra da o, uşaqları ilə birlikdə yaşamaq üçün Türkiyə Cümhuriyyətinə getmişdir. Bir müddət orada yaşadıqdan sonra yoldaşı onu məcburi olaraq Suriyaya ərazisinə aparmışdır. Həmin vaxt Suriya ərazisində hərbi əməliyyatlar getdiyindən 22.09.20*4-cü il tarixində Rakka şəhərinin aviasiya bombalanması nəticəsində uçqun altında qalaraq həyatını itirmişdir. Həyat yoldaşı həyatını itirəndən sonra o, uzun müddət yetkinlik yaşına çatmamış uşaqları ila birlikdə Suriya ərazisindən çıxmağa çətinlik çəkmiş və qohumlarımla əlaqə saxlayaraq, onların vətənə qaytarılmaqları üçün Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına müraciət etməyi xahiş etmişdir. Nəhayət ki, müraciətlər müsbət nəticə vermiş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidmət ) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə vətənə-Azərbaycan Respublikasına gətirilmişlər. Hal- hazırda da uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. Sonradan o, Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı rayon Məhkəməsinin 2(0*0)-3075/20*6 saylı qətnaməsi ilə nikahı pozulmuş və 08 oktyabr 2006-cu il təvəllüdlü X** və 22 iyun 20*0-cu il təvəllüdlü X*4 onun yanında saxlanılmışlar. Nikah pozulan zaman Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya 2*.04.20*6-cı il tarixli 7/840 saylı məktubla cavab olaraq bildirilmişdir ki, *8.*2.*978-ci il təvəllüdlü X.S.Həsənovun sonuncu dəfə *9.03.20*3-cü il tarixdə Azərbaycan Respublikasına girişi, *3.08.20*4-cü il tarixdə isə Azərbaycan Respublikasında çıxması barədə məlumat İAMAS bazasında qeydə alınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, keçmiş həyat yoldaşı Xəqani dindar olub, İŞİD-ə qoşulub və həmişə Suriyaya getmək arsuzunda olub. 20*4-cü ilin avqust ayında ailəsi ilə birlikdə Turkiyəyə, oradan da Suriyaya keçiblər. Həmin vaxt orada müharibə olmuş, sentyabr ayında isə Xəqani onun gözünün önündə vəfat etmişdir. Həmçinin keçmiş həyat yoldaşını onun gözü önündə Raqqa şəhərində dəfn olunmuşdur. Orada heç bir ölüm haqqında sənəd almaq mümkün olmamışdır. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 bildirdi ki, ərizəçinin qızıdır. 20*4-cü ildə onun 8 yaşı olmuşdur. Onlar atası X*0 ilə birlikdə Suriyaya getmişlər. Orada olduqları zaman məscidə bomba düşmüş və atası rəhmətə getmişdir. Atasının cəsədini öz gözləri ilə görmüşdür. İş materialları. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 99-05/75 saylı cavab məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığından və ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ərizənin təmin edilməsi mümükün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 4092*0 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X*0 arasındakı nikah Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş bu barədə doğum haqqında akt qeydləri kitabında 03.06.20*6-cı il tarixdə *65 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3075/20*6 nömrəli 03.05.20*6-cı il tarixli qətanməsinə əsasən X*0 ilə X8 arasında 30 dekabr 2004-cü il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabında *069 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş 08.*0.2006-cı il təvəllüdlü X*3 və 22.06.20*0-cu il təvəllüdlü X9 anası X2 himayəsində saxlanılması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3776/20*7 nömrəli *9.*0.20*7-cı il tarixli qətnaməsinə əsasən yetkinlik yaşlarına çatanadək 08.*0.2006-cı il təvəllüdlü X*3 və 22.06.20*0-cu il təvəllüdlü X*5 atası X3 razılığı olmadan anaları X8 ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti gedib-gəlmələrinə icazə verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 4*. Fiziki şəxsin ölmüş elan edilməsi 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:... 305.*.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;... Maddə 3*3. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 3*5. Məhkəmənin ərizə üzrə qətnaməsi ...3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Maddə 3*6. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. ...9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəçi keçmiş həyat yoldaşı X4 22.09.20*4-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçi tərəfindən ərizənin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin təqdim etdiyi şahidin (ərizəçinin qızının) məhkəmə iclasında verdiyi ifadəsi mötəbər sübut qismində qiymətləndirilə bilməz. Məhkəmə iclasında şahid və ərizəçi X5 onların yanında vəfat etdiyini bildirsələr də, bu heç də *8.*2.*978-ci il təvəllüdlü X3 22.09.20*4-cü il tarixində ölməsini sübut etmir. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Lakin, ərizəçinin məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, o, həyat yoldaşının ölümü ilə bağlı heç bir orqana müraciət etməmişdir. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin "...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Ərizəçinin təqdim etdiyi sübutlarla X* beş il ərzində axtarılması təsdiq edilmir. Ərizəçinin deməsinə görə, X*0 Azərbaycan Respublikasını tərk edib Türkiyə Cumhuriyyətinə oradan isə Suriya ərazisinə getmiş və orada vəfat etmişdir. Lakin ərizəçi, X.Həsənovun Raqqa şəhərində olan hadisələrlə bağlı vəfat etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, ərizəçi 20*6-cı ildə məhkəmədə X6 qarşı “nikahın pozulması” tələbinə dair, 20*7-ci il tarixdə isə “uşaqların atasını razılığı olmadan ölkədən çıxarılması” tələbinə dair iddialar qaldırmış, həmin iddialara məhkəmədə baxılaraq təmin olunmaları barədə qətnamələr qəbul edilmişdir. Həmin müddətdə ərizəçi həyat yolşanın vəfat etməsini bilmiş, lakin onun ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə yuxarıda göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ərizəçinin hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün əsası yalnız yaşadığı ünvan üzrə rayon polis idarəsinə müraciət etdikdən beş il keçdikdən sonra yarana bilər. Daha dəqiq desək, ərizəçidə X3 Türkiyəyə daha sonra Suriyaya getməsi barədə məlumat olsa da, sonuncunun qanunla nəzərdə tutulmuş qaydada son beş il ərzində nə ölkə ərazisində, nə Türkiyə Cumhuriyyəti, nə də ki Suriya ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar