Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-99/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mamo qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən, qanunsuz tikilmiş evdən və anbardan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən kimyəvi məişət plastik zavodunun həyətindəki qanunsuz zəbt edilmiş torpaq sahəsindən və qanunsuz tikilmiş tikilidən çıxarılmaqla, tikilinin sökülməsi barədə, eyni zamanda həmin torpaq sahəsindəki “D” tikilidən Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək mediasiyada barışıq sazişi əldə edildiyini, bu səbəbdən də iddiadan imtina etdiyi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mamo qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən, qanunsuz tikilmiş evdən və anbardan çıxarılma” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də həmin iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 261.0.4.-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mamo qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən, qanunsuz tikilmiş evdən və anbardan çıxarılma” tələbinə dair mülki işlə bağlı xx.xx.2025-ci il tarixli iddiadan imtinası qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mamo qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən, qanunsuz tikilmiş evdən və anbardan çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-99/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-99/2025
07.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver