Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-996/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə xx.xx.2022-ci il tarixində keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə təxirə salınmış və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə keçirilərək mülki işə məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Suraxanı rayon məhkəmənin 2(010)-996/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3911/2022 saylı qərardadı ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(010)-996/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilərək şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-996/2022 saylı qərardadı ilə Suraxanı rayon məhkəmənin 2(010)-996/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Suraxanı rayon məhkəmənin 2(010)-996/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-996/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə keçirilərək, mülki işin məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclası iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə keçirilərək məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2022-ci il tarixdə, saat 15:00-a keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümü olaraq İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-996/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-996/2022
14.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver