Məhkəmə qərarları › İş №2(011)-1001/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1001/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1001/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərin tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 28 saylı evin 111 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair 20.10.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ 22.10.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir. Cavabdehlər hal-hazırda mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1984-cü il tarixdə Rusiya Federasiyasının Belqorod vilayətində anadan olmuşdur. Hazırda yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ünvan 2a yerləşən mənzil onun mülkiyyətindədir. Bu barədə adına çıxarış da verilmişdir. Həmin mənzili cavabdehlərdən Cavabdeh3 ilə həmin mənzilin alqı-satqısı ilə əlaqədar olaraq aralarında 20 oktyabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqısı barədə AN-1№ ******* saylı müqavilə bağlanmış və həmin müqavilə notariat qaydasında təsdiq edildikdən sonra həmin sənədlər əsasında həmin mənzili mülkiyyətinə keçirərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da almışdır. Müqavilə imzalanarkən mənzilin əvvəlki mülkiyyətçisi-satıcı 1 ay müddətində həmin mənzildə olan ailə üzvləri ilə birlikdə mənzilə olan qeydiyyatdan çıxacaqlarını bildirsə də, hazırkı vaxta kimi onun mənzilindən qeydiyyatdan çıxmamışdır. Bunu dəqiqləşdirməkdən ötrü ASAN xidmətinin 6 saylı xidmətinə müraciət edərək xahiş etmişdir ki, ona məxsus mənzildə kimlər qeydiyyatdadır, bu barədə ona çıxarış versinlər. Onlar da ona məxsus mənzildə qeydiyyatda olan şəxslər barədə çıxarış verdilər. Çıxarışa baxdıqda ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus mənzildə qeydiyyatdadırlar. Onların onun evində qeydiyyatı formal xarakter daşıyır. Mənzil tam mülkiyyət hüquqi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdır. Cavabdehlərin onun mülkiyyətimdə olan evdən qeydiyyatdan çıxarılması üçün ərazi üzrə polis şöbəsinə yaxınlaşmış və oradan ona bildirimişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması özünün ərizəsi və ya məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin şəxslər də könüllü olaraq ona məxsus mənzildən qeydiyyatdan çıxmadıqlarından hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının onun həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında Mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla onun Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh3 həmin Mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh3 özü və ailə üzvlərinin 20.11.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmalarını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə mülkiyyət hüququ yarandığı andan Cavabdeh3 mənzilə dair mülkiyyət hüququnu itirmişdir. Bu halda onun Mənzilə dair istifadə hüququ da saxlanıla bilməz. Məhkəmə hesab edir ki, digər cavabdehlərə aid hissədə iddia tələbinin qanuni əsasını yeni Mənzil Məcəlləsinin 30-cu maddəsi təşkil edir. Belə ki, mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh3 mənzilə dair mülkiyyət hüquq 21.10.2015-ci il tarixdə yaranmışdır. Yeni Mənzil Məcəllsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İşin yuxarıda qeyd edilən hallarından və Mənzil Məcəlləsinin göstərilən müddəalarından göründüyü kimi, digər cavabdehlər Cavabdeh3 ailə üzvü – uşaqları olduğu üçün onların mənzildən istifadə hüquqları yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə aid hissədə də təmin edilməlidir. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. İşin hallarından göründüyü kimi, digər cavabdehlər həmin Mənzildən köçüb getmiş və faktiki olaraq başqa yaşayış sahəsində yaşamaqla, iddiaçıya məxsus Mənzildən istifadə hüquqları ilə bağlılığını kəsmişdir. İddiaçı da həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlərin iddiaçıya məxsus Mənzildən istifadə hüquqları itirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 28 saylı evin, 111 saylı mənzilinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar