Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1007/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X5 müraciət etmiş, onun müraciətindən həmin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 05/Q-2580-15 saylı məktubu ilə ərizəçinin doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
2. Ərizənin dəlilləri
3. Ərizəçi xx.xx.1959-cu ildə Qazax rayonu Çaylı kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilərək, ata qrafasında X16, ana qrafasında X2 yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xx.xx.1959-cu ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. X1, atası X12r. Anası 27 sentyabr 2010-cu ildə, atası isə 17 noyabr 2005-ci ildə vəfat etmişdir. Onun doğum haqda şəhadətnaməsi Qazax rayon Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Halhazırda onun doğum şəhadətnaməsi yoxdur və vərəsəlik işlərində mütləq lazım olur. Valideyinlərindən qalmış miras üçün qardaş və bacı arasında vərəsəlik müəyyən edilməlidir. Hazırda qeydiyyat şöbəsinə müraciət etməyinə baxmayaraq doğum haqqında şəhadətnaməsi qeydiyyat şöbəsində aşkar edilməmişdir.
5. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, ərizəçi onun böyük bacısıdır. O, xx.xx.1959-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ərizəçi evdə 2-ci, o isə 5-ci uşaqdır. Bacısı orta məktəbi kənddə oxuyub, sonra texnikoma daxil olub, ailə qurandan sonra isə Arxangelsk şəhərinə köçüb. Atasının adı X16, anasının adı X7 olmuşdur. Hər il sentyabr ayının 1-də bacısının ad günlərini keçiriblər.
11. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır, həm də ərizəçi onun əmisi qızıdır. 1983-cü ildə evləniblər. Evləndikdən sonra onu Rusiyaya aparmış, ordan qayıdandan sonra doğum haqqında şəhadətnaməni tapa bilməmişdir. Həyat yoldaşı xx.xx.1959-cu ildə anadan olmuşdur. Onun doğum gününü hər il həmin tarixdə qeyd etmişlər.
12. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, ərizəçi onun bacısıdır, O, xx.xx.1959-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. X4, anaları X3r. Bacısının xx.xx.1959-cu ildə doğulmasını bilmiş və hər il sentyabr ayının 1-də ad günlərini qeyd etmişlər, yaxud da təbrik etmişdir. Ərizəçinin ad günlərində iştirak edib.
13. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:
17. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
18. İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
20. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə 6 saylı Bakı “Asan xidmət” X8 müraciət etmiş, 6 saylı Bakı “Asan xidmət” X8 tərəfindən xx.xx.2022-ci il tarixli, 05/Q-2580-15 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür.
21. Bu səbədən, ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır (§ 16).
22. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçi xx.xx.1959-cu il tarixdə Qazax rayonunda doğulmuşdur.
23. İş materiallarında olan AR Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri xidməti tərəfindən məhkəməyə təqdim olunmuş fərdi uçot kartoçkasının surəti əsasında müəyyən edilir ki, ərizəçinin doğulduğu yer Qazax rayonu, doğulduğu tarix xx.xx.1959-cu il qeyd edilmişdir.
24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin xx.xx.1959-cu il tarixdə Qazax rayonunda doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Qazax rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atası X16, X1 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı