Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-101/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan torpaq sahəsinə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən “A” və “D” tikililərə (yaşayış evləri) aid torpaq sahəsində istifadə qaydaların müəyyən edilməsi və fərdi evlərinə daxil olmaq üçün həyətə giriş qapısının ümumi istifadədədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən və ümumi istifadədə olan torpaq sahəsi üzrə istifadə qaydaları müəyyən edilməklə həmin həyətə olan giriş-çıxış qapısı ümumi istifadədə saxlanılmaqla həmin qapıdan “D” tikilisinin giriş qapısınadək uzunluğu 19 metr, eni 5,6 metr olan sahənin istifadəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvnda yerləşən yaşayış evi “A” və “D” tikililərdən ibarətdir. Həmin yaşayış evinin “A”tilikisi X1, “D”tikilisi isə iddiaçının xüsusi mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində 26.07.201 7-ci il tarixdə ********** nömrə altında qeydə alınmışdır.Qeyd edilən hər iki tikili eyni ünvan nömrəsi altında qeyd edilsə də, əslində fiziki (naturada) bir-birindən ayrı olan yaşayış sahəsindən (fərdi evdən) ibarətdir. Hər iki fərdi evə aid həyətyanı torpaq sahəsi vardır ki, həmin sahə üzrərində hüquqlarını birgə istifadə qaydasında həyala keçirmişlər. Həmin ünvanda fərdi ev inşa edən Ramazan Zəki oğlu olmuşdur .Onun ərizəsi əsasında Xətai rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə ünvan 4 ünvanda yerləşən 3 otaqdan ibarət yaşayış sahəsi 65, 6kv.m. köməkçi sahəsi 20.9kv.m. torpaq sahəsi 431,6kv.m.olan torpaq sahəsi xüsusi mülkiyyət kimi onun adına ilkin qeydiyyata alınmışdır. Ramazan Zəki oğlu xx.xx.2005-ci il tarixdə qeyd edilən ünvanda yerləşən özünə məxsus evindən ümumi sahəsi 43, 30kv.m,yaşayış sahəsi 19,30kv.m.olan "D" hissəsini alqı-satqı müqaqviləsi əsasında alıcı X5 mülkiyyətinə verir. Qeyd edilən "D”tikilisində ifadə olunan əmlak alıcı X5 adına xüsusi mülkiyyət kimi ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydə alınır. RX seriyalı ******* nömrəli ÇİXARİŞda qeyd edildiyi kimi ev yanı torpaq sahəsinə mülkiyyət hüququ dövlətə aid edilməklə müddətsiz olaraq ümumi istifadələrində saxlanılmışdır. "D" tikilisinin mülkiyyətçisi X6 (iddiaçının anası) xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsi qeyd edilən daşınmaz əmlakı bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verir və bu əmlak ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında müvafiq reyestrdə iddiaçının adına qeydə alınmışdır. Mübahisəli torpaq sahəsinə bir giriş qapısı olmaqla ümumi istifadəmizdədir, həmin ümumi qapı ümumi həyətə giriş-çıxış qapısıdır. Həmin qapı vasitəsi ilə həyətə və evlərinə daxil olurlar. Uzun müddətdir ki, sözügedən torpaq sahəsi üzərində birgə istifadə hüquqlarını qarşılıqlı anlaşma qaydasında həyata keçirmişlər. Son vaxtlar cavabdeh davamlı olaraq m iddiaçıya və ailə üzvlərinə birgə istifadələrində olan torpaq sahəsindən istifadə etməsinə və həmin torpaq sahəsinə açılan həyətə olan giriş-çıxış qapısından istifadə etməyə son qoymağı tələb edir. Cavabdeh özünün bu qanuna zidd tələbini özünü həyətin tam mülkiyyətçi olması ilə əsaslandırmaqla üstünlük hüququna malik olmasına istinad edir, halbuki hər iki tikiliyə aid olan hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin ümumi istifadədə olması müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh sözügedən fərdi evə aid torpaq sahəsindən iddiaçının istifadə hüquqlarını realizə etməyimə maneçilik törədir, cavabdehlə iddiaçının arasında torpaq sahəsindən istifadəyə dair hüquqi mübahisə yaranmışdır ki, bu mübahisə məhkəmə müstəvisində torpaqdan istifadə qaydaları müəyyən etməklə həll edilməlidir. Fərdi evlərinə aid həyətyanı torpaq sahəsi üzrə mövcud vəziyyət ondan ibarətdir ki, həmin həyətdə kiçik ölçüdə divar hörməklə istifadə qaydası müəyyən etmək texniki cəhətdən mümkündür. Mübahisənin həlli üçün həmin divarın hörülməsi vəzifəsini iddiaçı üzərinə götürür. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, hazırda mübahisəli olan sözügedən torpaq sahəsi biz mülkiyyətçilərin mənzil hüququnun təmin edilməsi məqsədilə zamanında dövlət tərəfindən verilmişdir, həmin torpaq sahəsində istifadə hüququnu müəyyən etməkdə iddiaçının məqsədi həm cavabdehlə münasibətini qanun səviyyəsində qurmaq həm də ki, istifadəsində qalacaq torpaq sahəsi üzrə dövlətlə müvafiq hüquq münasibətlərimi nizamlamaqdır. Mülki iş üzrə müvafiq ekspertiza keçirilmişdir. Ekspert tərəfindən qərardadla onun qarşısına qoyulmuş suallara cavab olaraq əlavə qeyd edilən ünvanda yerləşən "A" va "D"tikililər və sözügedən torpaq sahəsi faktiki olaraq bir tərəfdən küçə ilə, üç tarafdan isə qonşu sahələri ilə əhatə olunduğu,torpaq sahəsinə isə bir girişçıxış yolunun (darvaza,dəmir qapı) olması müəyyən etmişdir.Həmçinin ekspert tarafindən "D" literli fərdi yaşayış evinin iddiaçının, "A"literli fərdi yaşayış evinin,həmin həyətdə "B"literli qaraj tikilisinin və "V"literli sanitar qovşağ tikilisinin isə cavabdehin istifadəsində olması müəyyən etmişdir. Ekspert tərəfindən qarşısında qoyulmuş suala cavab olaraq həmin ünvanda torpaq sahəsinin faktiki olaraq ümumi ölçüsünün 471,1kv.metr olduğu, torpaq sahəsi üzərində yerləşən hər iki fərdi yaşayış evinin, "A"tikilisinə və ona aid qaraj va sanitar qovşağın altına düşən torpaq sahənin 196,5kv.metr müəyyən edilmişdir. Həmçinin "A" literli fərdi yaşayış evinə aid olan "V"literli sanitar qovşağı Likilisinin arxa divarı asas (sarhad) götürülməklə həyətə olan ümumi giriş qapısından, "D" literli fərdi yaşayış evinin giriş qapısanadək olan məsafənin eninin 5,6 metr uzunluğunun isə 19,0 metr olduğu müəyyən edilmişdir. Ekspert tərəfindən həmçinin torpaq sahəsininn üzərində inşa edilmiş iki ədəd fərdi yaşayış evinin,sanitar qovşağı va qaraj tikilisinin altına düşən sahələr)çıxarıldıqda,həyətyanı (sərbəst) torpaq sahəsinin faktiki ölçüsünün 274,6kv.metr təşkil etməsi müəyyən edilmişdir.(471,1kv.m.- 196,5kv.m-274,6kv.m). Ekspert qeyd edilən torpaq sahəsində istifadə qaydaların müəyyən olunmasını texniki cəhətdən mümkün olmamasını müəyyən etmişdir. Ekspert öz rəyini onunla əsaslandırmışdır ki, "həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s. tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır,yəni bölgü zamanı və yaxud istifadə qaydası müəyyən edilərkən tərəflərin hər birinin sərancamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün girişçıxış olmalıdır. Mübahisəli torpaq sahəsində rəydə qeyd edilən bu şərtlər olmadığından torpaq sahəsinin bölünərək istifadə qaydasının müəyyən edilməsini qeyri mümkün hesab etmişdir. Rəyin torpaq sahəsinin texniki cəhətdən bölünməsinin qeyri mümkünlüyü haqda hissəsini ekspert hüquqi mənbəyi kimi Azərbaycan Dövlət Tikinti normalar 2.6-1-nin "Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəlləriin tələbləri ilə əsaslandırmışdır. Aşağıda göstərilən hüquqi məsələlərə görə, iş üzrə ekspertin 30 may 2024-cü il tarixli, 3-16-16/2- 10/8577 nömrəli rəyi iş üzrə yekun qərar çıxarılarkən sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspertin istinad etdiyi normativ hüquqi sənəddə müəyyən edilmiş tələblər hazırki mübahisənin predmeti olan torpaq sahəsi üzərində istifadə qayadaların müəyyən edilməsində hüquqi mənbə kimi istifadə edilə bilməz. Belə ki, həmin normativ sənədin 1-ci bəndində sənədin tətbiqi sahəsi müəyyən edilmişdir. Həmin normativ hüquqi sənədə Əsasən AzDTN 1.6-2 "Tikintinin təşkili" Azərbaycan Respublikasının dövlət tikinti normaları (bundan sonra - AzDTN) müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların (bundan sonra tikinti obyektləri) inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına va sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına va mühəndis hazırlığına şamil olunur. Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında, avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış zolaqlarda bu növ obyektlar inşa edilərkən əlavə olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır. Dövlət Tikinti normaları 2.6-1-nin "Şəhər-qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində şəhər küçə və yolların hesabi parametrləri ilə əlaqədar texniki şərtlər müəyyən edilmişdir. Məlum olduğu kimi cavabdehlə olan mübahisənin predmeti torpaq sahəsinin istifadə qaydaların müəyyən edilməsi ilə əlaqədardır. Bu torpaq sahəsi ayrıca hasarlanmış ərazidə yerləşir, normativ hüquqi sənəddə nəzərdə tutulan abadlaşdırma, yenidən qurulması, sökülməsi, yol infrastrukturun salınması və s. hər hansı əlaqəsi yoxdur və rəydə göstərildiyi kimi faktiki olaraq bir tərəfdən küçə ilə, üç tərəfdən isə qonşu sahələrilə əhatə olunduğu,torpaq sahəsidir və bir ədəd ümumi giriş-çıxış yoluna malkidir. Mübahisəli torpaq sahəsində tikinti-planlaşdırma işləri, habelə küçə və yol şəbəkələrin salınması habelə tikinti obyekti kimi yenidən qurulması və sökülməsi ilə bağlı işlər aparılmadığından AzDTN 1.6-2 "Tikintinin təşkili" Azərbaycan Respublikasının dövlət tikinti normalarında nəzərdə tutulan və ekspert tərəfindən istinad edilən texniki tələblər tətbiq edilə bilməz. Digər tərəfdən ekspert rəyi həm də tam deyildir,belə ki, iddia tələbinin predmeti "həyətə ümumi giriş-çıxış qapısı ümumi istifadədə saxlanılmaqla həmin qapıdan "D" tikilisinin giriş qapısınadək olan sahə üzrə istifadə qaydasının müəyyən edilməsi barədədir. Ekspert tərəfindən mübahisəli torpaq sahəsinin parametrləri, torpaq sahəsinin yüklülüyü yəni tikililər altında olan və sərbəst ümumi istifadədə olan torpaq sahəsinin ölçülərini müəyyən etmişdir bundan əlavə həmin torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilmişdir. Mübahisənin həllinə ekspert tərəfindən və məhkəmə baxışı nəticəsində müəyyən edilən faktiki ölçülər və faktiki hallardan sübut kimi istifadə edilərək mübahisənin həllinə dair dair müvafiq qərar çıxarılmalıdır. Müəyyən olunduğu kimi mübahisəli torpaq sahəsinə girişçıxış üçün bir ümumi istifadədə olan olan həyət qapısı (darvaza) mövcuddur. İddia tələbi isə həmin qapı ümumi istifadədə qalmaq şərti ilə və cavabdehin istifadəsində olan yardımçı tikilinin arxa divarı sərhəd kimi götürməklə həmin darvazadan iddiaçının evinin giriş qapısanadək olan məsafənin iddiaçının istifadəsinə verilməsi təşkil edir. Ekspert tərəfindən tikililərin altında olan və həyat yanı torpaq sahəsnin ümumi ölçülərini 471 kv.m., hər iki evin və həyətdə cavabdehə aid yardımçı tikililərin altında olan torpaq sahəsinin 196,5 kv.m və hǝyǝt darvazasından iddiaçının evinin giriş qapısınadək olan məsafənin ölçüsünü 19m.x 5,6m.müəyyən etmişdir. Beləliklə ekspertin müəyyən etdiyi ölçülərə istinad edərək belə nəticəyə gəlmək mümkündür ki,qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin ümumi sahəsi 471,1 kv.m.-dir.bu ölçüdən tikililərin altında olan 196,5 kv.m.çıxıldıqda boş həyətyanı və ümumi istifadədə olan sahə kimi 274,6kv.m.qalır və bu həyətyanı sahəyə giriş kimi darvazadan evin giriş qapısınadək olan məsafənin uzunluğu 19 metr eni isə 5,6 kv.metr təşkil edir. (19x 5,6m.=106,4m). İddia tələbinin predmetini cəmi 106,4 kv.metr olmasını nəzərə alıb ümumi istifadədə olan torpaq sahəsindən 106,4 kv.metr çıxılıb iddiaçının istifadəsinə verildikdə 168,2 kv.metr cavabdehin istifadəsində qalır.(471,1kv. m 196,5kv.m. =274,6kv.m.-106,4kv.m.-168,2kv.m). Qətnamə çıxarılarkən digər bir faktiki hal olaraq nəzərə alınmalıdır ki, iddia edilən torpaq sahəsindən cavabdeh onsuz da istifadə etmir və cavabdehə aid həmin torpaq sahəsində hər hansı bir tikili və ya digər istifadə obyekti yoxdur. Azərbaycan Respublikası MPM-nin 103.1. maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə ekspertin iş üzrə verilmiş rəyi mülki iş üzrə sübut kimi qəbul edilə bilməz, belə ki, ekspert tərəfindən istinad edilən hüquqi mənbəy yəni maddi hüquq norması kimi səhv tətbiq edilmişdir, həmin normativ hüquqi sənəddə göstərilən şərtlər və qaydalar sənədin adından göründüyü kimi başqa tamamilə ayrı hüquq münasibətlərina tətbiq edilir, işin bu halı baxımından (rəydə istinad edilən normativ hüquqi sənəd) sübut kimi və maddi hüquq norması kimi qətnamənin asası kimi qəbul edilə bilməz. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, mübahisəlndirilən torpaq sahəsinin faktiki ümumi istifadədə olan hissəsindən başqa İddiaçı tərəfindən qanunsuz olaraq inşa edilməklə faktiki sahibliyində olan tikililərin altında olan torpaq sahəsi var. Həmin hissədə iddiaçı torpaq sahəsini faktiki olaraq ümumi istifadədən əsassız olaraq şəxsi istifadəsinə götürmüş, bundan sonra qalan hissənin ümumi istifadədə olan sahə hesab etməklə bölünməsini tələb edir. Belə olan halda, cavabdehin hüquqları faktiki olaraq pozulmuş olur, cavabdeh gələcəkdə istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı tədbirlər görmək istəyir, əgər iddiaçının onun haqqı olmayan sahəyə istifadə hüquqları tanınarsa, bu cavabdehin mülkiyyət hüququ ilə bağlı gözləməyə haqqı çatanlardan məhrum olmasına gətirib çıxaracaq, buna görə də onlar Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı Yuriyevnanın mülkiyyətində olan “D” tikilisinə qanununsuz olaraq inşa edilmiş əlavə tikililərin cavabdehin hesabına sökülərək “D” tikilisinin əvvəlki vəziyyətinə qaytarılması tələb edilmişdir. Həmin iddia ərizəsi üzrə 2(011)- 423/2024 saylı mülki iş Xətai Rayon Məhkəməsində hakim Samirə Eyvazovanın icraatındadır. Həmin mülki iş üzrə qanunsuz tikililərin müəyyən edilməsi məqsədilə tikintitexniki ekspertizası təyin edilmiş və 21 iyun 2024-cü il tarixdə ekspertiza baxışı keçirilmişdir. 2(011)-423/2024 saylı mülki işin mübahisəsi olan predmet mübahisəli torpaq sahəsinin ölçüsü ilə birbaşa bağlıdır. Belə ki, həmin mülki iş üzrə iddia tələblərinin təmin edilməsi halında ümumi istifadədə olan torpaq sahəsinin ölçüsü faktiki mövcud olan ölçülərdən daha böyük həcmdə olacaq. Bundan əlavə məhkəmənin mülki iş üzrə təyin etmiş olduğu ekspertiza tərəfindən verilmiş ekspert rəyində ümumi istifadədə olan torpaq sahəsi kimi, faktiki torpaq sahəsi deyil, texniki pasportda əks edilən ölçülər üzrə torpaq sahəsi əks edilmişdir, yəni həmin həyətyanı sahədə rəydə qeyd ediləndən daha az ümumi sahə mövcuddur və iddiaçının tələb etdiyi hissə 19*5.6 kv.m onun istifadəsinə veriləcəyi təqdirdə, cavabdehə bundan daha az sahə qalacaqdır, 2(011)-423/2024 saylı mülki iş üzrə keçirilmiş baxış zamanı, həm faktiki torpaq sahəsinin ölçülərində uyğunsuzluqların mövcud olduğu, həm də “D” tikilisinə texniki pasportda əks edilməyən tikililərin artırıldığı müəyyən edildi. Həmin əlavə tikililərin mövcud olduğunun tərəfinizdən mübahisəli ünvanda tərəfinizdən keçirilmiş yerli baxışda da şahidi olmuşduq. Həmçinin ekspert öz rəyində müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini və digər texniki göstəricilərini (giriş-çıxış qapısının bir ədəd olduğunu, üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğunu) nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin bölgüsü (istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir, yəni mübahisəli həyətyanı sahənin iddiaçının tələb etdiyi qaydada bölünməsi və onun istifadəsinə verilməsi mümkün deyil, bundan başqa cavabdehlər faktiki olaraq həmin ərazidə yaşamırlar və iddiaçının sərbət şəkildə həmin ərazidən istifadə etməsinə heç bir maneə törətmirlər. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 12/5 ünvanında yerləşən “A” tikilisi xx.xx.2013-cü il taixdən Cavabdeh, “B” tikilisi 2607.2017-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin yerləşdiyi ünvan 5 ünvanda yerləşən həyətyanı sahəyə bir girişin olduğu, həmin girişdə ümumi istifadə də olan darvaza müşahidə olunmuş, darvazadan həyat yanı sahəyə daxil olarakən tikinti daşı ilə inşa edilmiş iki fərdi ev, dəmir qaraj, ev heyvanlarının saxlanılması məqsədi ilə inşa edilmiş tikili, həyat yanı sahəsinin mərkəzində tikinti daşı ilə inşa edilmiş sanitar qovşaq, həmin sanitar ovşağın arxasında üstü şiferlə örtülmüş iki tərəfi açıq qaraj kimi istifadə olunan sahə var. Həyət yanı sahədə yerləşən fərdi yaşayış evlərində yaşayış olduğu müşahidə olunmuşdur. İddiaçı məxsus olan fərdi yaşayış evinə daxil olarkən evin 60 sm enində olan dar uzun dəhlizlə başqa ünvana çıxışı olduğu qapı vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/8577 saylı Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin faktiki olaraq ümumi sahəsinin 0,04711 ha (471,1 kv.m) olduğu, torpaq sahəsinin üzərində yerləşən iki ədəd fərdi yaşayış evinin, sanitar qovşağı və qaraj tikilisinin altına düşən sahənin 0,01965 ha (196,5 kv.m) təşkil etdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin ümumi sahəsindən (0,04711 ha (471,1 kv.m)) həmin torpaq sahəsinin üzərində inşa edilmiş iki ədəd fərdi yaşayış evinin, sanitar qovşağı və qaraj tikilisinin altına düşən sahələr (0,01965 ha (196,5 kv.m)) çıxarıldıqda, həyətyanı torpaq sahəsinin faktiki sahəsinin 0,02746 ha (274,6 kv.m) təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini və digər texniki göstəricilərini (giriş-çıxış qapısının bir ədəd olduğunu, üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğunu) nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin bölgüsü (istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin ortasında «A» literli fərdi yaşayış evinə aid olan «V» literli sanitar-qovşağı tikilisinin arxa divarı əsas götürülməklə torpaq sahəsinin ümumi giriş qapısından, «D» literli fərdi yaşayış evinin giriş qapısına qədər olan məsafənin eninin 5,6 m, uzunluğunun isə 19,0 m olduğu müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş “ekspert xərclərinə dair” Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 12/5 ünvanında yerləşən fərdi yaşayış evi “A” tikilisi Cavabdeh, “B” tikilisi İddiaçı adına olmaqla paylı mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmışdır, həmin ünvandakı fərdi evlərin küçəyə çıxışını təmin edən bir əsas giriş-çıxış qapısı vardır və “ünvan 6 ünvanı həmin qapıya aiddir, iddiaçıya məxsus fərdi evin 60 sm enində olan dar və uzun dəhlizlə başqa ünvana çıxışı vardır, tərəfərə məxsus evlərin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 12/5 ünvanındakı həyətyanı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, üzərində tərəflərin istifadə hüququ vardır, həyətyanı torpaq sahəsinin faktiki ümumi sahəsi 471,1 kv.m, orada inşa edilmiş fərdi evlərin, eləcə də, sanitar qovşaq və qaraj tikilisinin altına düşən sahə 196,5 kv.m, qalan həyətyanı torpaq sahəsinin faktiki sahəsi 274,6 kv.m təşkil edir, həmin həyətyanı torpaq sahəsi tərəflərdən heç birinin xüsusi mülkiyyətində deyil və ümumi istifadədə olan sahə olmuş, iddiaçı və cavabdeh həmin sahədən birlikdə istifadə etmişlər, iddiaçı girişçıxış qapısından və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsini tələb edir, cavabdeh həmin sahədən istifadə etmədən də öz evinə sərbəst şəkildə girib-çıxa bilir. Bununla belə, tərəflərdən hər hansının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması, onların həmin sahədən ümumi istifadə etməsini istisna edən hallar müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, mübahisəli giriş-çıxış qapısı (darvaza) paylı mülkiyyətdə olan evlərin və ümumi istifadədə olan torpaq sahəsinin küçəyə çıxışını təmin edən əsas qapıdır, iddiaçıya məxsus fərdi evin 60 sm enində olan dar və uzun dəhlizlə başqa ünvana çıxışı olsa da, həmin çıxış daimi və əsas istifadə üçün əlverişli olmamaqla (eni 60 sm) yanaşı, həm də tərəflərin evlərinin ünvanı (ünvan 7übahisə predmeti olan həyətyanı torpaq sahəsi tərəflərdən heç birinin mülkiyyətində deyil və onların ümumi istifadəsində olmaqla həmin sahəyə dair tərəflərdən hər hansının üstünlük hüququ yoxdur, üçüncüsü, iddiaçının istifadə etmək istədiyi tələb etdiyi sahə 106,4 (19*5,6) kv.m ümumi istifadədə olan həyətyanı torpaq sahəsinin (274,6 kv.m) daha az hissəsini təşkil edir və iddiaçı əvvəllər də həmin ərazidən tələb etdiyi qaydada istifadə etmişdir, o cümlədən həmin 106,4 kv.m sahənin iddiaçının istifadəsində olması cavabdehin oradan istifadə etməsini (iddiaçının istifadəsinə mane olmamaq şərtilə) istisna etmir, dördüncüsü, cavabdehin küçəyə giriş-çıxış üçün həmin sahəyə zəruri və mütləq ehtiyacı yoxdur, yəni həmin sahə olmadan da cavabdehin küçəyə sərbəst giriş-çıxış imkanı vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə olan giriş-çıxış qapısı ümumi istifadədə qalmaqla həmin qapıdan “D” tikilisinin giriş qapısınadək uzunluğu 19 metr, eni 5,6 metr olan sahə İddiaçı istifadəsində saxlanılmalıdır. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməklə, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və məhkəmə-trasaloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayonu, Yavər Əliyev küçəsi ev 12/5 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə olan giriş-çıxış qapısı ümumi istifadədə qalmaqla, həmin qapıdan “D” tikilisinin giriş qapısınadək uzunluğu 19 metr, eni 5,6 metr olan sahə İddiaçı istifadəsində saxlanılsın. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-101/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-101/2024
11.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver