Məhkəmə qərarları › İş №2(011)-10144/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-10144/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-10144/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-10144/2024 QƏRARDAD Bakı şəhəri Xətai Rayon Məhkəməsi 23 dekabr 2024-cü il Bakı şəhəri Bakı şəhər Xətai rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməmiş və buna əsas olaraq da əlilliyini təsdiq edən vəsiqəsinin surətini iddia ərizəsinə əlavə etmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş vəsiqənin surətindən görünür ki, iddiaçı ikinci qrup əlildir, əlillik dərəcəsi iddiaçının xəstəliklə əlaqədar sağlamlıq qabiliyyətinin itirilməsi ilə bağlı verilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən, iddiaçı məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan iddiaçılar kateqoriyasına aid olmadığından, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsi onun verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–nin 155, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar