Məhkəmə qərarları › İş №2(011)-1017/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1017/2021

09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1017/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək oğlu X5 xx.xx.2005-ci ildə anadan olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə vətəndaş qrafasında “X9”, doğum tarixi “xx.xx.2005-ci il”, doğum yeri “Berlin Friedrichshain-Kreuzberg”, respublika qrafasında “Almaniya, Berlin”, atası qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı”, anası qrafasında “X4”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan üç övladı dünyaya gəlmişdir. xx.xx.2002-ci il təvəllüdlü X7, xx.xx.2007ci il İbrahimova Röya Elçin qızı və xx.xx.2005-ci il təvəllüdlü X9. Uzun müddət Almaniyanın Berlin şəhərində yaşamışdır. Hər üç övladı Almaniyada anadan olmuşdur. Doğum haqqında şəhadətnamələri də Berlin-Fridrixshayn-Kroyçburq VVAQ İdarəsi tərəfindən verilmişdir. İki övladına Azərbaycanda şəxsiyyət vəsiqəsi verilmişdir. Ailəsi ilə bərabər artıq neçə illərdir ki, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 5, mənzil 13/7 ünvanında yaşyır. X14 hazırda Y.Yusifov adına 265 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Hazırda ölkədə Covid-19 infeksiyası ilə əlaqədar məktəblərdə dərslər onlayn qaydada keçrilir. Dərslərə qatılmaq üçün şagirdlər şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçdikləri halda, oğlu hazırda doğum haqqında şəhadətnamə təqdim edib şəxsiyyət vəsiqəsini ala bilmədiyi üçün dərslərə qatıla bilmir. Eyni zamanda bir neçə aydan sonra keçiriləcək 9 illik orta təhsil haqqında imtahanda iştirak edə bilməyəcək. Oğlunun doğum haqqında şəhadətnaməsi də Almaniyada verilmiş və həmin şəhadətnamə burda Bakı şəhərində tərcümə edilib və notarial təsdiq edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surəti Xətai rayon VVAQ Şöbəsinə təqdim olunsa da, imtina verilmişdir. İimtina olunan zaman bildirilmişdir ki, xarici ölkədə alınmış doğum haqqında şəhadətnamə leqallaşması barədə həmin ölkə tərəfindən qeydlər şəhadətnamədə öz əksinin tapmalı idi. Şəhadətnamədə leqallaşma barədə qeydlərin əlavə olunması üçün həmin dövlətə getməsı lazımdır ki, mövcud vəziyyətdə xarici ölkələrə gediş gəliş dayandırılmış və uçuşların nə zaman həyat keçirilməsinin bərpa olunacağı məlum deyil. X1 doğum faktının təsdiq olunmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və İbrahimova Rövşanə İsrafil qızı ifadə verərək ərizəçinin ərizədə göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, 16429825 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Vİİ-JQ seriyalı, 382815 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah xx.xx.2000-ci il tarixdə bağlanmış və 441 nömrə ilə qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2005-ci il Almaniyanın Berlin şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X2r. Xətai rayonu, Y.Yusifov adına 265 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X9 həmin məktəbin 8-ci sinfində oxuyur. Bakı şəhəri Maraqlı şəxs 05/15-369 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi X5 doğumunun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.4 və 2.6-cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli olduğu, göstərilərək imtina olunmuş, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalıfaktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi oğlu, X5 xx.xx.2005-ci ildə anadan olması faktı iş üzrə araşdırılmış sübutlarla təsdiq edildiyinə görə ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.2005-ci ildə anadan olması faktı müəyyən olunsun. X6 vətəndaş qrafasında “X9”, doğum tarixi “xx.xx.2005-ci il”, doğum yeri “Berlin Friedrichshain-Kreuzberg”, respublika qrafasında “Almaniya, Berlin”, atası qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı”, anası qrafasında “X4”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar