Məhkəmə qərarları › İş №2(011)-1023/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1023/2021

02.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1023/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “cavabdehin yetkinlik yaşına çatmayan uşaqları və cehiz əşyaları ilə birlikdə mənzildən çıxarılması” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı övladları 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasında yaşamaq hüququnun tanınması və həmin mənzilə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları - 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 və cehiz əşyaları (çarpayı (taxt) - 01 ədəd, paltar dolabı – 01 ədəd, kamot – 01 ədəd, tumba – 02 ədəd, sevant – 02 ədəd, televizor altlığı – 01 ədəd, jurnal stolu – 01 ədəd, stol-stul – 01 dəst, divan – 01 ədəd, kreslo – 02 ədəd) ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 11 noyabr 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə quraraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə yaşamağa başlamışdır, birgə nikahdan 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 anadan olmuşlar, adıçəkilən mənzil nikah bağlanmazdan bir neçə ay əvvəl alınmışdır, İddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə qeydiyyatdadır, lakin cavabdeh və onun anası sözügedən ünvandan istifadəyə maneçilik törədirlər, həmçinin tərəflər arasında nikahın pozulmasına görə Bakı şəhər Xətai Rayon məhkəməsinə müraciət edilib, hal-hazırda iki uşağı ilə birlikdə o, məcburi surətdə evi tərk edərək anasının yanında qalır, İddiaçı 2011-ci ildən fasiləsiz olaraq həmin mənzildə cavabdehin anası və atası ilə birlikdə yaşamış, eyni zamanda əmək fəaliyyəti göstərmişdir, bununla yanaşı mənzilin abadlaşdırılmasında da onun vəsaitindən istifadə olunmuşdur, iddiaçının bütün əmlakı həmin mənzildə yerləşir, onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yeri və maddi imkanları yoxdur, İddiaçı bu mənzildə yaşamaq və ondan istifadə etmək hüquqlarının olmasına baxmayaraq kobud şəkildə hüquqları pozularaq evdən çıxarılmışdır. Sonda Y.B.Məmmmədova ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır, belə ki, Cavabdeh İddiaçı ilə 11 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan övladları - 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 anadan olmuşlar, İddiaçı ona aliment tələbi ilə bağlı iddia qaldırmış və 11.10.2018-ci il tarixli, 2(011)-8103/2018 saylı qətnaməyə əsasən iddia tələbi təmin olunaraq həmin tarixdən hesablanmaqla övladları - 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, cavabdehlə evlilikləri ilk vaxtlarda mehriban olsa da, sonra ailədaxili narazılıqlar ucbatından 22.06.2020-ci il tarixdə o, övladlarını götürərək evi tərk etmişdir, atası evinə getmiş və bir daha geri qayıtmamışdır, 05.10.2020ci il tarixdə tərəflərindən nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmış, 2(011)- 5873/2020 saylı iş Bakı Şəhər Xətai Rayon Məhkəməsinin icraatındadır, lakin bütün bunlara baxmayaraq, İddiaçı 12 oktyabr 2020-ci il tarixdə məhkəmədə Cavabdeh qarşı “mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülməsi” tələbinə dair iddia qaldırmışdır, hesab edir ki, qarşı tərəfin iddiası əsassızdır, təmin edilməməlidir, belə ki, tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur, onların ailə münasibətlərinin belə davam etməsi qeyri-mümkündür, bu səbəbdən də cavabdeh İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmalıdır, artıq cavabdeh İddiaçı müəyyən əşyalarını özü ilə aparmış, hal-hazırda ona məxsus cehiz əşyaları: çarpayı (taxt) 01 ədəd, paltar dolabı - 01 ədəd, kamot - 01 ədəd, tumba - 02 ədəd, servant - 02 ədəd, televizor altlığı - 01 ədəd, jurnal stolu - 01 ədəd, stol-stul - 01 dəst, divan - 01 ədəd, kreslo - 02 ədəd Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin 15 saylı mənzilindədir və həmin əşylar mənzildən çıxarılmalıdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.04.2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzili Cavabdeh mülkiyyətindədir, o, əvvəllər valideynləri ilə birlikdə onun atasının mülkiyyətində olmuş ünvan 2 ünvanında yaşamışdır, 2011-ci ilin aprel ayında atası sözügedən mənzili satdıqdan sonra mübahisəli mənzili almışlar, valideynlərinin razılığı əsasında yeni alınmış mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir, 7 ay sonra isə, yəni həmin ilin noyabr ayında X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, 2012-ci ilin fevral ayında onu mülkiyyətində olan mənzilə qeydiyyata almışdır, belə olan halda, İddiaçı Cavabdeh məxsus mənzilinə istifadə hüququ yaranmır, lakin buna baxmayaraq, o, onu və yaşlı valideynlərini incidərək, “mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülməsi tələbi’nə dair məhkəmədə əsassız iddia qaldırmışdır. Sonda Vəkil1 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan 20.09.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 20.04.2014-cü il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 12.05.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 17.11.2012-ci il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli 2(011)-8103/2018 saylı qətnamədən görünür ki, 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11.09.2018-ci il tarixdən hesablanmaqla hər ay hər biri üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən olunmuş hallardan görünür ki, Cavabdeh ilə İddiaçı 11.11.2011-ci il tarixdən ailə münasibətlərindədirlər. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur, İddiaçı Cavabdeh arvadı,17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 isə tərəflərin birgə nikahdan olan uşaqlarıdır, onlar mübahisəli mənzildə pasport qeydiyyatdadırlar və Cavabdeh ailə üzvləridirlər, İddiaçı 2011-ci ildən etibarən həmin mənzildə ailə üzvü kimi yaşayır, Cavabdeh M.Navazovanın mənzildən istifadəsinə maneələr yaradır, ilkin iddiaçı hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli mənzildə yaşamaması Cavabdeh yaratdığı maneələrlə əlaqədardır. Tərəflər arasında istifadə hüququna dair hər hansı bir razılaşmanın olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, İddiaçı “mənzilə köçürülmə” barədə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2011-ci il tarixdən yarandığından və onlar Cavabdeh ailə üzvü hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsi Cavabdeh tərəfindən yaradılmış maneələrlə əlaqədadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, nə qədər ki, İddiaçı və onun uşaqlarının mübahisəli mənzilə istifadə hüququ mövcuddur, onların həmin mənzildən çıxarılması tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il, 11.07.2014-cü il və 30.11.2018-ci il Qərarları). Konstitusiya Məhkəməsinin başqa bir mövqeyinə görə, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il və 27.05.2008-ci il Qərarları). Beləliklə məhkəmə, iş üzrə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzilə İddiaçı və azyaşlı övladları 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 istifadə hüququ tanınmalı, onlar həmin mənzilə köçürülməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, Cavabdeh ödənilmiş dövlər rüsumunun əvəzi qismində 10 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı, 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin, 15 saylı mənzilinə istifadə hüquqları tanınsın. İddiaçı, yetkinlik yaşına çatmayan uşaqları 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin, 15 saylı mənzilinə köçürülsünlər. Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı, 17.11.2012-ci il təvəllüdlü X5, 20.04.2014cü il təvəllüdlü X4 və cehiz əşyaları (çarpayı (taxt)- 1 ədəd, paltar dolabı- 1 ədəd, kamot- 1 ədəd, tumba- 2 ədəd, servant- 2 ədəd, televizor altlığı- 1 ədəd, jurnal stolu- 1 ədəd, stolstul-1 dəst, divan- 1 ədəd, kreslo- 2 ədəd) ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin, 15 saylı mənzilindən çıxarılması” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar