Məhkəmə qərarları › İş №2(011)-1058/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1058/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1058/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin ləğv olunması, pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh1 MMC-yə qarşı məhkəmədə cavabdehlə aralarında 20 iyul 2017-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsini və ödədiyi 19000 manat məbləğin qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 20 iyul 2017-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsini və ödədiyi 19000 manat məbləğin cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulması qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, onunla Cavabdeh1 MMC arasında 20 iyul 2017- ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MMC-nin direktoru X1 tərəfindən İddiaçı Bakı şəhər, Xətai rayonu, M.Hadi küç, 2337-ci məhəllədə yerləşən 156 nömrəli mənzili 65000 manat məbləğində bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı 25 iyun 2017- ci il tarixdə 7000 manat, daha sonra 20 iyul 2017-ci il tarixdə 13000 manat, 30 sentyabr 2017-ci il tarixdə isə 1000 manat pul ödəmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarından öz təsdiqini tapır. Daha sonra cavabdeh X1 tərəfindən ödədiyi məbləğin bir qismi (2000 manat) müxtəlif vaxtlarda ödənmişdir. Lakin ödədiyi məbləğin böyük hissəsi qalmışdır. Odur ki, iddiaçı yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. İddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: iş materiallarında olan Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilməkdə olan binanın 14-cü mərtəbəsində yerləşən 109.2 kv.metr olan və 2 otaqdan ibarət olan mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və müqavilə ilə şərtləşdirilmiş 65000 manat məbləğində pulu MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə Cavabdeh1 MMC-nin direktoru C.H.Alışov və payçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 20 iyul 2017-ci maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur. Həmin binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 109,2kv.metr olan 2 otaqlı. 156 saylı mənzilin pay dəyərinin 13000 manatı İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən arayış Cavabdeh1 MMC-nin sədri C.H.Alışov tərəfindən imzalanmışdır. Həmin arayışdan görünür ki, 25 iyun 2017-ci il tarixdə 7000 manat əlavə ödənildi. İddiaçı 156 saylı mənzilə görə MMC-yə 52000 manat borcu qalır. Yenə də, həmin maliyyə arayışından görünür ki, İddiaçı 156 saylı mənzilə görə MMC-yə 45000 manat borcu qalır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 30 sentyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur. Həmin binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 109,2kv.metr olan 2 otaqlı. 156 saylı mənzilin pay dəyərinin 1000 manatı İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən arayış Cavabdeh1 MMC-nin sədri C.H.Alışov tərəfindən imzalanmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh Yüksəliş-C” MMC-yə müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421-ci maddəsinə (“müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlanan 4-cü paraqrafı) əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilməkdə olan binanın 14-cü mərtəbəsində yerləşən 109.2 kv.metr olan və 2 otaqdan ibarət olan mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və müqavilə ilə şərtləşdirilmiş 65000 manat məbləğində pulu MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı – onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilə əsasında mübahisəli mənzilə görə müqavilə ilə müəyyən olunmuş pul vəsaitindən 21000 manat ödəmişdir. İddiaçı tərəfindən göstərilən məbləğdə vəsaitin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin cavabdeh bu məbləğdan 2000 manatı iddiaçıya geri qaytarmışdır. Məhkəmə eyni zamanda iddia tələbinin alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin 19000 manat məbləğin cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə yalnız Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməlidir. Belə ki, müqavilə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli müqavilə ləğv edilsin. 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar