Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1074/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Ərizəçi xx.xx.1963-cü il tarixində Ermənistan Respublikası, Amasya rayonu, Quzu kəndində anadan olmuşdur. 1988-ci il tarixində Ermənistan Respublikası, Amasya rayonunda həyat yoldaşı ilə rəsmi nikaha daxil olmuş, 1988-ci il tarixndə Bakı şəhərinə qaçqın kimi gəlmişdir. Hal-hazırda o, Azrbaycan Respublikası vətəndaşıdır və ünvan 1 ünvanında yaşamaqdadır.
2. Ərizəçi 1988-ci il tarixində Ermənsitan Respublikasından qaçqın düşən zaman doğum haqqında şəhadətnaməsini itirmişdir. Sənədi yenidən almaq üçün xx.xx.2024-cü il tarixində Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina gəlmişdir.
Ərizəçinin tələbi:
3. Ərizəşi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizəçi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, özünün xx.xx.1963-cü il tarixində Ermənistan Respublikası Amasya rayonunun Quzu kəndində anadan olduğuna dair doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizəçi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1963cü il tarixində Ermənistan Respublikası Amasya rayonunun Quzu kəndində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini və doğum akt qeydinin ad, soyad, ata adı Ərizəçi, ata qrafasında X3, ana qrafasında isə X5 göstərilməklə yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
6. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qaldığı üçün doğum haqqında şəhadətnaməsinin bərpa edilməsini xahiş etmişdir.
8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Şahid2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Ərizəçi onun həm əmisi qızı, həmdə xalası qızıdır. O, xx.xx.1963-cü il tarixində Ermənistan Respublikası Amasya rayonunun Quzu kəndində anadan olmuşdur. X1, atası isə X3 olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini görməmişdir.
10. Şahid1 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Ərizəçi böyük bacısıdır. Onun doğum haqqında şəhadətnaməsini görmüşdür. O, 1963-cü ildə 22 mart tarixində Ermənistan Respublikası Amasya rayonunun Quzu kəndində anadan olmuşdur. X1, atası isə X3 olmuşdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 1742/24 №-li cavab məktubuna əsasən, Ərizəçi doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir.
12. AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X4 tərəfindən verilmiş “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi nikahının pozulması haqqında akt qeydi istisna olmaqla digər vətəndaşlıq vəziyyəti haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir.
13. AR Milli Arxiv İdarəsi tərəfindən verilmiş 7 yanvar 2025-ci il tarixli, 3-48-4/2-8/2025 nömrəli məlumata əsasən, Ermənistan SSR-də anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların sosial-hüquq xarakterli hər hansı bir sənədi, o cümlədən doğuç, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikası dövlət arxivində mövcud deyildir.
14. AZ-İİ 364682 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2024-cü il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 586 № ilə qeyd edilmişdir.
15. AZ-İİ 007395 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2019-cu il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 461 № ilə qeyd edilmişdir.
16. Digər sənədlər.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar:
4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
20. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olmuş, lakin daha sonra itirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Amasya rayonu, Quzu kəndində doğulmuşdur.
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Amasya rayonu, Quzu kəndində anadan olması, atasının X3, anasının isə X5 olması faktı təsdiq edilməlidir.
24. Ərizəçinin digər tələbi olan ad, soyad, ata adı Ərizəçi, ata qrafasında X3, ana qrafasında isə X5 göstərilməklə yeni şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi hissəsində də məhkəmə ərizəni əsaslı hesab edir.
25. Belə ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi xx xxxx 1963-cü il tarixdə Ermənistan Respublikası, Amasya rayonu, Quzu kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında atası X3, X1 kimi qeyd edilsin.
3. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi təmin edilsin.
4. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır.
5. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova