Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1082/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi Qənahət oğlunun iştirakı ilə Ərizəçi Qənahət oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Qənahət oğlu xx.xx.1972-ci ildə Azərbaycan Respublikası, Xocalı şəhərində doğumunun qeyd edilməsi, ata qrafasında “X5, milliyyəti azərbaycanlı, ana qrafasında “X13”, milliyyəti azərbaycanlı olduğuna dairair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Qənahət oğlu xx.xx.1972-ci ildə Xocalı şəhərində anadan olub. Hazırda yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqana müraciət edən zaman iddiaçıdan doğum haqqında şəhadətnamənin təqdim etmək tələb olundu. Lakin o, Xocalı rayonundan məcburi köçkündür və onun doğum haqqında şəhadətnaməsi torpaqların işğalı zamanı Xocalıda qalmışdır. 01.12.2021-ci il tarixdə doğum haqqında şəhadətnamənin surətinin alınması üçün müraciət etmişdir. Şuşa Rayon Qeydiyyat şöbəsi 04.12.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Xocalı Rayon Qeydiyyat şöbəsinin 1972-ci ilə aid doğum haqqında akt qeyd kitablarının Xankəndi şəhərində DQMX-nin arxivində qaldığı üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyil və doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəçi Qənahət oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən iddiasının təmin olnmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəmə iclasına çağırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin gələməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Qənahət oğlu xx.xx.1972-ci il tarixdə Azərbaycan Respublikasının Xocalı kəndində anadan olmuşdur. İş materiallarında olan Ərizəçi Qənahət oğluna aid AA seriyalı, 370077 nömrəli məcburi köçkün vəsiqəsində 1972-ci ildə Xocalı şəhərində anadan olduğu göstərilib. Ərizəçi Qənahət oğlunun ZE seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1972-ci il tarixində Xocalı şəhərində anadan olmuşdur. İİ-ЖГ seriyalı, 480191 nömrəli “Doğum haqqında şəhadətnamə”nin sürətindən görünür ki, X9 05.08.1974-cü il tarixində Xocalı şəhərində anadan olmuşdur, atası X2r, anası isə X7r. İş materiallarına əlavə edilən 2 saylı “ASAN Xidmət” X6 Ərizəçi Qənahət oğluna ünvanladığı 05Q/2472/76 saylı, 01.12.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən edən 14-cü bəndə uyğun olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Şuşa Rayon Qeydiyyat Şöbəsinin 05/Q-191/69 nömrəli, 04.12.2021-ci il tarixli məktubundan görünür ki. Xocalı Rayonu Qeydiyyat Şöbəsinin 1972-ci ilə aid doğum haqqında akt qeyd kitabları Xankəndi şəhərində DQMV-nin arxivində qaldığı üçün sizə doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. O, 01.08.2074-cü ildə Xocalı şəhərində anadan olmuşdur. Qardaşı Ərizəçi Qənahət oğlu 1972-ci ildə Xocalı şəhərində anadan olmuşdur. X1, anası isə X8r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisi oğludur. O, 04.05.1984-cü il tarixində anandan olmuşdur. Əmisi oğlu Ərizəçi Qənahət oğlu isə1974-cü ildə Xocalı şəhərində anadan olmuşdur. Onun atası X3, anası isə X7r. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinin şəxsiyyəti təsdiq edən sənədin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin onun adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1972-ci il tarixində Xocalı şəhərində doğulması, atasının milliyyəti azərbaycanlı olan X4, anasının isə milliyyəti azərbaycanlı olan X14 olduğu şahidlərinin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Qənahət oğlunun xx.xx.1972-ci ildə Xocalı şəhərində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında -X3, milliyyəti azərbaycanlı, ana qrafasında - X13, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1082/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1082/2022
09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver