Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1087/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 1 ünvanı onun mülkiyyətindədir. Həmin mənzillə bağlı xx.xx.1995-ci il tarixdə adına mülkiyyət hüququ tanınmışdır. Cavabdeh onun doğma oğludur. Cavabdeh onun mülkiyyətində olan ünvan 2 ünvanda qeydiyyatdadır, lakin 2008-ci ildən ünvan 3 ünvanda yaşamır. Cavabdeh hal-hazırda ailəlidir və öz ailə üzvləri ilə birlikdə onun ilə eyni binada yəni ünvan 4 ünvanda yerləşən həyat yoldaşı X1 adına olan mənzildə yaşayır. O, dəfələrlə Cavabdeh bildirmişdir ki, öz yaşadığı mənzilə qeydiyyata düşsün, lakin hər dəfə cavabdeh bəhanələr gətirərək ona imtina etmişdir. Mənzilin bütün kommunal xərclərini o, ödəyir. Cavabdehin onun evində qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə o, hesab edir ki, cavabdehin ona məxsus evdən istifadə hüququ itirilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi ilə razı deyildir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ünvan 5 ünvanında yerləşən mənzil onun ata evidir. O, da, onun övladları da, həmin evdə anadan olmuşlar. Etirazda bildirdiyi kimi, onlar ailədə 4 bacı 1 qardaş olmuşlar. Bir bacıları vəfat etmişdir. O, 2002-ci ildə ailə qurmuşdur və həyat yoldaşı məhz həmin evə gəlin köçmüşdür. Lakin bir neçə il valideynləri və ailəsi arasında məişət sözsöhbətlərinin artdığını görüb bu söz-söhbətin münaqişəyə çevrilməməsi üçün ailəsi ilə birgə evdən çıxmaq qərarını almışdır. Lakin bununla belə valideynlərinin yaşlı olduğunu nəzərə alaraq yoldaşı ilə birgə məsləhətli şəkildə, uzağa yox, məhz həmin həyətdə başqa mənzilə köçmək qərarına gəlmişlər. Hal-hazırda övladlarının hər ikisi yetkinlik yaşına keçmişdir. Evliliyi boyunca daim velideynləri ilə ailəsi arasında balansın, sülhün qorunub saxlanılmasının tərəfdarı olmuşdur və bunun üçün çalışmışdır. Valideynləri ilə də heç bir vaxt nə onun, nə də ailə ailəsinin ünsiyyətini, doğmalıq münasibətini kəsməmişdir. Atdığı hər bir addımı, valideynlərinə və ailəsinə xələl gəlməsin deyə min ölçüb bir biçmişdir. Çünki bu tərbiyəni də məhz valideynlərindən almışdır. Lakin görünən odur ki, kimlərsə bu saf niyyətindən sui-istifadə edib onunla valideynlərinin arasına düşmənçilik salmaq məqsədi güdür. 2008-ci ildə o, ailəsi ilə birgə həmin həyətdə başqa mənzilə köçdükdən sonra kiçik bacısı öz ailəsi, yəni əri və övladları ilə birgə atasının mənzilinə yerləşmişlər. Bu günə qədər kiçik bacısı həmin mənzildə öz ailəsi ilə birgə yaşayır. Baxmayaraq ki, özlərinin ayrı mənzilləri var. Hazırda atası və anasının da bu ahıl yaşında məhkəmə qapılarında oğullarına qarşı absurd iddia tələbi ilə çıxış etməyə də məhz kiçik bacısı vadar edib. Məqsəd isə onun qeydiyyatının ləğv edildikdən sonra asanlıqla onun razılığı olmadan bağışlama müqaviləsi əsasında ata əmlakını öz adına özgəninkiləşdirməkdir. İddianın absurd olması isə iddia tələbinin əsasından bilinir, çünki iddiaçı iddia tələbinin əsası kimi hər ay onun o evdə qeydiyyatda olmağına görə artıq ödədiyi kommunal xərcləri bəhanə edir. Əvvala onu xatırladır ki, mənzillərdəki su, qaz və işığın sərfiyyatına görə hazırda qeydiyyatda olanları sayı üzrə kommunal xərclər ödəmir, hər bir mənzilin bu kommunal xərclər üzrə smart kartı olur və bu hamıya məlum olan fakt olduğuna görə əlavə sübut edilməsinə gərək yoxdur. Hazırda mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq ödənilən yeganə kommunal xərc MKİS-ə ödənilən xərclərdir. Onu da, yazılı etirazında qeyd etdiyi kimi, məhkəmənin bir daha nəzərinə çatdırmşdır ki, iddiaçı yəni atasının heç vaxt ona kommunal xərclərlə bağlı hər hansı müraciəti olmayıb. Əgər hazırda atasını narahat edən məhz həmin kommunal xərclərdirsə, bundan əvvəl qeyd etdiyi kimi atasına məxsus həmin mənzilin MKİS-ə ödənilən bütün kommunal xərclərinin hamısını ödəməyə hazırdır. Qarşılıqlı iddia tələbi isə qeydiyyatda olduğu və həmin mənzilə olan istifadə hüququndan irəli gələrək ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Belə ki, iddiaçının hazırkı iddia tələbindən sonra onsuz da gərgin olan ailə münasibətləri tamamilə pozulmuşdur. Hazırkı ailəsinin yaşadığı mənzil isə bağışlama müqaviləsi əsasında həyat yoldaşının mülkiyyətindədir. Yəni aralarında olan nikah ləğv edildikdən sonra da həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi qanun tələbinə görə qeyrimümkündür. Bu səbəbdən nikahının ləğv edilməsindən sonra başqa yaşayış yerinin olmadığına görə hesab edir ki, qanunla istifadə hüquqları olan və qeydiyyatda olduğu mənzilə köçürülməyi tam əsaslı tələbdir. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, mənzildən istifadə hüquqlarının həyata keçirilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, oğlu Cavabdeh ilkin olaraq ünvan 4 ünvanda yerləşən mənzili öz adına alsa da, sonra onu həyat yoldaşı X2 bağışlamışdır. Oğlunun onun mənzilinə ehtiyacı yoxdur, ailəsi ilə birlikdə hazırda arvadının mülkiyyətində olan mənzildə yaşayır. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ilkin iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 43 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.1995-ci il tarixdən İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 4716970№-li arayışdan görünür ki, ünvan 7 ünvanında Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan 85 saylı MKİS-si tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh (iddiaçının oğlu) ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 8 ünvanında yerləşən 86 saylı mənzili X2 hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 86 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 241 nömrəli reyestr kitabının 23853 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə Cavabdeh 2000-ci ilədək qeydiyyata alındığı üçün mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin 17ci maddəsi müəyyən edirdi ki, vətəndaşın daimi və ya daha çox yaşadığı yer, onun yaşayış yeri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh (iddiaçının oğlu) ünvan 7 ünvanında qeydiyyatda olsa da, uzun müddətdir ki (15 ildən artıqdır ki) həmin mənzildə yaşamır. Həmçinin mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ozünə məxsus olmuş ünvan 8 ünvanında yerləşən 86 saylı mənzili X2 hədiyyə etmişdir və halhazırda da həmin mənzildə yaşayır. Məhkəmə hesab edir ki, əvvəlki Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla, cavabdeh artıq uzun müddətdir ki, mübahisəli mənzildən köçdüyündən, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən ilkin iddia tələbi təmin olunmalı və Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1087/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1087/2022
18.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver