Məhkəmə qərarları › İş №2(011)-1087/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1087/2024

16.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1087/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qızı X2 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 dekabr 2005-ci il tarixdən tərəfimdən ünvan 1-də qeydiyyata düşmüşdüm. Belə ki, həmin mənzil Cavabdeh xüsusi mülkiyyətində olubdur və hal-hazıradək cavabdehin mülkiyyətindədir. Qeyd etmək istəyirəm ki, tərəfimdən 07 dekabr 2004-cü il tarixdə cavabdehin oğlu X3 ilə birgə nikaha daxil olaraq, həmin mənzilə gəlin qəlmişdim və həmin vaxtdan başlayaraq, 2022-ci illədək ünvanda yaşayırdım. Lakin 19 aprel 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 2(011)- 575/2022 saylı qətnaməyə əsasən nikahım pozulmuşdur. Hal-hazıradək həmin mənzildə mənə məxsus olan əşyalar cavabdehin hətta istifadəsindədir: 1 ədəd divan, 2 ədəd kreslo, yataq dəsti: 1 ədəd krovat, 1 ədəd paltar dolabı, 1 ədəd güzgülü tremo, 2 ədəd tumboçka, 6 ədəd stul, 1 ədəd soyuducu Beko, 1 ədəd paltaryuyan Samsung, 1 ədəd Cebelon Aura su filtri, 1 ədəd LG markalı televizor, 1 ədəd Siemens markalı tozsoran, 2 ədəd lustra, yemək servizi - 12 ədəd хогəк tarelkası, 12 ədəd salat üçün qab,l ədəd böyük şorba qabı, 12 ədəd balaca tarelka, 2 ədəd bulud, 2 ədəd duz qabı və istiot üçün qab, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd bıçaq, 6 ədəd çəngəl, çay dəsti: 12 ədəd çaşka, nəlbəki və çay qaşığı, 2 ədəd qənd qabı, 12 ədəd mürəbbə nəlbəkisi, 2 ədəd xrustal mürəbbə qabı, qazan dəsti: 5 ədəd qazan, 1 ədəd aş süzən, 3 ədəd tava, 2 ədəd pərdə, 1 ədəd paltar dolabı, 1 ədəd LG markalı kondisioner, 1 ədəd televizor altlığı, 1 ədəd ətçəkən maşını. Bələliklə, yuxarıda sadalananların hamısı cavabdeh tərəfindən həmin ünvanda istifadə olunur. Bundan başqa həmin mənzildə iddiaçıya məxsus 20 qram çəkisi olan 583 əyar 1 ədəd qızıl boyunbağı, 10 qram çəkisi olan 583 əyar 1 ədəd qızıl qolbaq, 15 qram çəkisi olan 583 əyar 1 ədəd sırğa və üzük, 1 ədəd 5 qram çəkisi olan nişan üzüyü, 15 qram çəkisi olan 1 ədəd 750 əyar boyunbağı və kulon vardır. Hal-hazırda iddiaçının yaşamağa evi yoxdur və məcburi olaraq X2 ilə birlikdə icarədə yaşayır. Dəfələrlə mənzilə daxil olmağa cəhd olunmasına baxmayaraq, cavabdeh iddiaçını mənzilə buraxmır. İddiaçı tərəfindən həmin mənzil üzrə 22 il ərzində kifayət qədər vəsait xərclənmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəməm araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin keçmiş gəlini olmuşdur. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçının qızı ilə köçürülmələrini istədiyi ünvan cavabdehin mülkiyyətindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə mülkiyyət hüququnun subyektinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun olması nəzərdə tutulmuşdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Məhkəmə iddia tələbinin iddiaçının ünvan 1 ünvanına köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdehin oğlunun arasında münasibətlər 2004-cü ildə yaranmışdır. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(011)-575/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə araşdırması zamanı iş materialları və iddiaçının verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ilədək ünvan 1 ünvanında yaşamış, hazırda həmin ünvanda yaşamır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın mövcudluğu və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, İddiaçı cavabdehə məxsus mənzilə dair istifadə hüququ olmadığından mənzilə köçürülmə tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının qızı X1 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmağı zəruri hesab edir. Məcəlləyə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ərarvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X2 cavabdehin nəvəsi olmaqla, ondan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə X2 ananın yanında saxlanılmaqla onun himayəsinə verilib, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanın yaşayış yeri də valideyninin yaşayış yeridir, qeyd olunan mənzilə İddiaçı istifadə hüququ olmadığından iddia tələbi X1 ünvan 1 ünvanına köçürülməsinə dair hissədə də rədd edilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının, qızı X2 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 1 ünvanına köçürülmələri barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı - iddiaçının qızı X2 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 1 ünvanına köçürülmələri barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar