Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1126/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 və anası X5 Ermənistanın Ararat rayonun Şidlu kəndində yaşamışlar. Ərizəçi onların birgə nikahlarından xx.xx.1960-cı il tarixdə Ermənistanın Ararat royununun, Şidlu kəndində doğulmuşdur. Hazırda doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi daha sonra tələbini dəqiqləşdirərək, əvəllər doğum şəhadətnaməsi olduğunu, lakin onu itirdiyini, ona görə də hazırda məhkəmədən doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi icraat qaydasında verilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi itmiş doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi məxsus Ermənistan SSR pasportunun surətindən görünür ki, o, xx.xx.1960cı ildə Ermənistan SSR, Ararat rayonu, Şidlu kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur. Fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur, atası X9, anası X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı X1 qızıdır. Ərizəçi xx.xx.1960-cı ilə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur, atası X6r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşının bacısı qızıdır. Ruqiyyə xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur, atası X9, anası X3r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə sübut olunur ki, ərizəçinin doğum aktı əvvəllər qanunvericiliyə uyğun olaraq qeyd edilmiş, lakin ərizəçi özünə məxsus olan doğum haqqında şəhadətnaməni itirmişdir. İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə ərizəçinin doğum akt qeydində adının X7, doğum tarixinin xx.xx.1960-cı il, doğum yerinin Ermənistan Respublikası, Ararat rayonu, atasının X9, anasının X5, milliyətinin azərbaycanlı kimi qeyd edilməsi təsdiq olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə doğum akt qeydinin bərpa edilməsinə dair lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi doğum akt qeydinin əvvəllər mövcud olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Ararat rayonu”, “doğum tarixi” qrafasında “xx.xx.1960-cı il”, “ata adı” qrafasında “X9”, “ana adı” qrafasında “X5”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli