Məhkəmə qərarları › İş №2(011)-113/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-113/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-113/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Ramı̇ z qızının nümayəndəsi X1, Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Ramı̇ z qızının Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “əmlak tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Ramı̇ z qızı Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında ona məxsus olan 19 nömrəli mənzilin sahəsinin alqı-satqı müqaviləsi və çıxarışdakı fərqinə görə onun tərəfindən əlavə ödənilmiş pulun hazırki bazar qiymətlərinə uyğun qaytarılması, mənzilin sahəsinin mümkün olduqda həmin fərq qədər artırılması və ya həmin çoxmənzilli binada 9,93 kv.metr qeyri-yaşayış sahəsinin onun xeyrinə təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilərək payçıların istifadəsinə verilmişdir. Qeyd edilən bina tam hazır olduğundan aidiyyəti dövlət orqanları tərəfindən istismara qəbul edilmişdir və sakinlərə xüsusi mülkiyyət hüququ haqqında reyestrdən çıxarışlar verilmişdir. Binada mənzil alarkən xx.xx.2017-ci il tarixli, 64 nömrəli müqaviləyə xx.xx.2018-ci il tarixli, 411 nömrəli əlavə ilə mənzilin sahibi İddiaçı 1-ci blok, 5-ci mərtəbə, 19-cu mənzil sahəsi 148,23 m2 olmaqla alqı-satqı müqaviləsi ilə satılmışdır. Müqavilə əlavəsində mənzilin sahəsi 148,23 m2 olaraq göstərilmişdir. Həmin mənzilin sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda 138,3 m2 olaraq qeydə alınmışdır. Bu isə AR MM-nin müvafiq maddələrinə əsasən payçılara münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması halı ilə müşaiyət olunmuşdur. Belə ki, MTK payçılarla müqavilə bağlayarkən daşınmaz əmlakın alqı-satqı müqaviləsində yaşayış sahəsinin həcmini çox göstərməklə bina təhvil verildikdən sonra çıxarışda nəzərdə tutulmayan sahə üçün əlavə kommunal, istilik və digər xidmətlərə görə ödənişlərin artıq həcmdə yığılmasına eyni zamanda alqı-satqı zamanı çıxarışla müqavilədə nəzərədə tutulan sahə ölçüsü arasındakı fərqə görə hər kvadrat metr (1 m2) üçün 750 manat məbləğində pul alaraq maddi vəziyyətinin pisləşməsinə səbəb olmuş və bununla da özünün əsassız varlanmasına səbəb olmuşdur. Bu hal isə iddiaçıya ədalətsiz ziyan vurmaqla onun ağır vəziyyətə düşməsinə, son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağına səbəb olmuşdur və zərərçəkən qismində mübahisələndirməyinə səbəb olmuşdur. MMC iddiaçıya müqavilə üzrə hər kvadrat metrə görə 750 manat olmaqla ödətdirmişdir və çıxarışda göstərilən real sahə ilə arada yaranan 9,93 kv.metr sahə üçün 7.447,5 manat əlavə pul almışdır. Hələ bu azmış kimi, MMC qanunvericiliklə müəyyən edilmiş normaları kobud şəkildə pozaraq qanunsuz idarəetmə üsulu kimi komendantlıq yaradaraq sakinlərdən müqavilədə çox göstərilmiş sahələrə uyğun olaraq fərdi sahibkar möhürü ilə yığımlar etmişdir. İddiaçı Ramı̇ z qızının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, tərəflər arasında Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən inşa edilmiş binada sahəsi 148,23 kv.metr olan 19 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi barədə müqavilə imzalanmışdır. Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən müqavilə öhdəlikləri tam icra edilərək, mənzil iddiaçıya təhvil verilmişdir. Belə ki, ekspert rəyindən də görünür ki, müqavilədə göstərilən sahə uyğun ölçülərdə təhvil verilmişdir. Təhvil verilmiş sahə müqavilədə göstərilən sahədən az olmuş olsaydı iddiaçının tələbi haqlı olardı. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 64 nömrəli müqaviləyə 411 saylı xx.xx.2018-ci il tarixli əlavədən görünür ki, Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin payçısı, 1-ci blok, 5-ci mərtəbə 148,23 kv.metr, 19 nömrəli mənzilin sahibi İddiaçı ilə Cavabdeh MMC arasında kommunal xidmətlər barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli texniki pasportunun surətindən görünür ki, ünvan 2, 19 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) dair hüquq subyekti İddiaçıdır. Mənzil haqqında məlumatdan görünür ki, mənzilin ümumi sahəsi 138,8 kv.metrdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, ev -, mənzil 19 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsusdur və daşınmaz əmlakın ümumi sahəsi 138,80 kv.metr təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7661 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 19 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 143,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 19 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) mənzilin ümumi sahəsinin (mənzilin iç və bayır divarlarının yerləşdiyi sahələr, çöl yan divarlarının qalınlığı, həmin divarların və daxili arakəsmə divarların qalınlığı (eni) nəzərə alınmaqla) 148,23 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 19 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Texniki Pasport sənədinin verildiyini nəzərə alaraq sözügedən mənzilin strukturu və quruluşu qanunvericiliyin (tikinti-texniki normaları), eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 19 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) mənzilinin ümumi sahəsi 138,8 kv.metr təşkil edir. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 19 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 92, M6, mənzil 1) mənzilin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasport sənədinə uyğun olduğunu nəzərə alaraq sözügedən mənzildə hər hansı yenidənqurma işlərinin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.2-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1.-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 766-cı maddəsinə görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 773-cü maddəsinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 59.1-ci maddəsinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2-ci bəndinə görə yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Həmin Qaydaların 3.8-ci maddəsinə görə mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə tərəflər arasında bağlanılmış podrat müqaviləsinin məhkəməyə təqdim olunmasını tərəflərə təklif etmişdir. Tərəflər bununla bağlı xx.xx.2017-ci il tarixli 64 nömrəli müqaviləyə 411 saylı xx.xx.2018-ci il tarixli əlavənin mövcud olduğunu bildirmişlər. Buna baxmayaraq, işin faktiki hallarından görünür ki, tərəflərin arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yarandığından, hazıki iddia tələbinin qanuni əsası podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normalarıdır. (Mülki Məcəllənin 752.1, 766-cı maddələri). Belə ki, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müqavilə ilə mənzilin çıxarışı arasındakı fərqə görə əlavə ödənilmiş pulun hazırkı bazar qiymətlərinə uyğun geri qaytarılmasını, yaxud hazırkı mənzilin sahəsinin mümkün olduqda həmin fərq qədər artırılmasını və ya yaranmış fərqə görə həmin çoxmənzilli binada 9,93 kv.metr qeyriyaşayış sahəsinin onun xeyrinə təmin edilməsini cavabdehdən tələb edir. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzilin sahəsinin həcmi baxımından qüsurlu (sahəsi əksik olan) mənzil verib-verməməsidir. İddiaçı dəlillərinin sübutu kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan daha az sahəsi olan mənzilin təhvil verildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda müvafiq müddəaları sadalanmış Şəhərsalma və Tikinti Məcəlləsinin təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Tikinti obyektinin sahəsinin və və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar da məhz qeyd olunan məqsədlərə xidmət edir. Bu tənzimləmənin fiziki və hüquqi şəxslər arasında bağlanılan podrat müqavilələrinə bilavasitə tətbiq edilməsi mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər. Belə ki, tərəflərin bağladığı podrat müqaviləsi üzrə hansı ölçüdə mənzilin təhvilin razılaşdırılması, müqavilə üzrə mənzil sahəsinin hesablanması üçün xüsusi qaydanın (misal üçün, müvafiq əmsallar tətbiq edilməklə) müəyyən edilib-edilməməsi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin daxil olduğu podrat münasibətləri üzrə təhvil verilməli olan mənzilin sahəsinin xüsusi qaydalar (misal üçün, müvafiq əmsallar) tətbiq edilməklə hesablanması barədə tərəflər arasında razılaşmanın mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. İşdən görünür ki, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə, mübahisəli mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 143,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin ümumi sahəsinin (mənzilin iç və bayır divarlarının yerləşdiyi sahələr, çöl yan divarlarının qalınlığı, həmin divarların və daxili arakəsmə divarların qalınlığı (eni) nəzərə alınmaqla) 148,23 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, həmin mənzilinin ümumi sahəsi 138,8 kv.metr təşkil edir. Sözügedən mənzildə hər hansı yenidənqurma işlərinin aparılmadığı müəyyən edilmişdir. Rəydən görünür ki, ekspert hesablamanı həm mənzilin iç və bayır divarlarının yerləşdiyi sahələr, çöl yan divarlarının qalınlığı, həmin divarların və daxili arakəsmə divarların qalınlığı (eni) nəzərə alınmaqla, həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Məhkəmə qeyd edir ki, ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması halında iddiaçıya cavabdeh tərəfindən təhvil verilmiş mənzilin (müvafiq azalma əmsalları tətbiq edilmədən) ümumi sahəsi tərəflərin razılaşdırdığı podrat müqaviləsi üzrə müəyyən edilmiş 148,23 m2 sahə ilə eynilik təşkil etdiyindən iddia tələbləri əsaslı hesab edilə bilməz və buna görə də təmin edilməməlidir. Təhvil verilmiş mənzilin sahəsinin müqavilə ilə razılaşdırılmış ölçüdən daha az olması ilə bağlı iddia tələbləri təmin edilmədiyindən, ödənilmiş pulun bazar qiymətlərinə uyğun geri qaytarılması, mənzilin sahəsinin artırılmasını və ya çoxmənzilli binada 9,93 kv.metr qeyri-yaşayış sahəsinin verilməsi barədə iddia tələbləri də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləği iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Ramı̇ z qızının Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında ona məxsus olan mənzilin sahəsi ilə mənzilin çıxarışının arasındakı fərqə görə əlavə ödənilmiş pulun hazırki bazar qiymətinə uyğun geri qaytarılması, hazırki mənzilin sahəsinin mümkün olduqda həmin fərq qədər artırılması və ya həmin çoxmənzilli binada 9,93 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə təmin edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləği İddiaçı Ramı̇ z qızından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar