Məhkəmə qərarları › İş №2(011)-114/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-114/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-114/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı “xxxx” MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X4” MTK-nın Cavabdeh qarşı - cavabdehin iddiaçı MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 4-cü mərtəbədə yerləşən 3 otaqlı 150 saylı mənzilin qanunsuz sahibliyində olan 9.58 kv.metr hissəsinin əvəzi olan 3832 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının rəhbərlik etdiyi kooperativ arasında 18.01.2019-cu il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 4-cü mərtəbədə yerləşən 3 otaqlı 150 saylı mənzilin qanunsuz sahibliyində olan 9.58 kv.metr olan mənzil satış üzrə menecer tərəfindən səhvən 9,58 kv.metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 95.46 kv.metr göstərilməklə həmin sahənin, yəni 95.46 kv.metrinin dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənədlərində göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,58 kv.metr artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nə də ki qanunsuz istifadə etdiyi 9,58 kv.metr sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki həmin sahənin əvəzi olan 3832 ABŞ dollarını ödəməkdən imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. Həmçinin, kooperativ tərəfindən həmin vaxt seçmə üsulu ilə mənzillərdə ölçmə aparılmışdır. 08.11.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “xxxx” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. İddiaçı “xxxx” MTK-nın nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kooperativ “X4” MTK ilə payçı Cavabdeh arasında bağlanmış 18.01.2019-cu il tarixli 69 nömrəli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında payçıların vəsaiti hesabında inşa ediləcək yaşayış binasının 2-ci giriş 4-cü mərtəbə 150 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 95.46 kv.metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3655 nömrəli 19.03.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı 150 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ına əsasən 87,19 m2 təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı 150 saylı mənzilin naturada yerləşdiyi faktiki sahəsi 104,8 m2 təşkil edir və həmin sahənin “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 18.01.2019-cu il tarixli 69 nömrəli “Mənzil Tikintisi haqqında Müqaviləyə”də göstərilən 95.46 m2 sahədən 9,34 m2 çox təşkil etdiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 4-cü mərtəbədə yerləşən 3 otaqlı 150 saylı mənzil 18.01.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə satılmış, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktlarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri tam şəkildə icra edildiyindən, iddiaçının cavabdehdən müqavilədə nəzərdə tutulandan əlavə öhdəliklərin icra edilməsini tələb etmək hüququ yoxdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də iddiaçı “xxxx” MTK-nın sədri İddiaçı2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “X4” MTK-nın Cavabdeh qarşı - cavabdehin iddiaçı MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 4-cü mərtəbədə yerləşən 3 otaqlı 150 saylı mənzilin qanunsuz sahibliyində olan 9.58 kv.metr hissəsinin əvəzi olan 3832 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatına görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 170032662, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar