Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1142/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə aktiv olan əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2015-ci illərdə şəhərdə yerləşən “Kökə” şirniyyat evində usta olaraq işləmişdir. Həmin tarixdə işdən çıxdıqdan sonra əmək müqaviləsinə xitam verilməyib, ona görə də adında aktiv müqavilə olduğu üçün heç bir yerdə işə düzələ bilmir. Bir neçə orqanlarda bu vaxta qədər müraciət etmişdir. Bildirilib ki, işin həlli yalnız məhkəmə yolu ilə mümkündür. Cavabdeh oğ.u ilə heç bir halda əlaqə saxlaya bilmədiyi üçün məhkəməyə müraciət etçək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanılmış bununla bağlı bildiriş (xxxxxxx000100) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. İşçi İddiaçı işəgötürən Cavabdeh ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi və Əmək Müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytında göstərilməsi tələb edilmişdir. Lakin cavabdeh nə həmin məktuba cavab verməmiş, nədə iddiaçı ilə arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi istiqamətində hər hansı hərəkət etməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüquq X1 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin Maddə 69-cu naddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının tələblərini nəzərə alaraq və mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin həqiqi hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, işəgötürən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etsə də, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə işəgötürənə göndəriləndən 3 ay keçdiyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1142/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1142/2023
10.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver