Məhkəmə qərarları › İş №2(011)-1143/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1143/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1143/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 nömrəli evin 45 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı il tarixli 050083 nömrəli MH seriyalı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 32, 45 saylı mənzilin sahibidir.Bu mənzil anası X3 tərəfindən 1996-cı ildə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh alınmışdır. Bundan əlavə, mübadilə müqaviləsi əsasında bu mənzil onun mülkiyyətinə keçmişdir. Lakin xx.xx.2020-ci il tarixli 2 nömrəli şəhadətnamə forması alındıqdan sonra Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qaldığı, mülkiyyətçinin hüquqlarını pozduğu məlum olmuşdur. Cavabdehə bu mənzildə qeydiyyatda qalmaq hüququ və icazəsi verilməyib. Cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququ 1996-cı ildə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinin tələblərinə əsasən ləğv edilmişdir. Lakin, cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalır və bununla da onun hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və iş onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3MA-6-1196 reyestr nömrəli notariat işində olan xx.xx.1996-cı il tarixli, 005923 saylı müqavilənin surətindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 nömrəli evin 45 mənzilini alıcı X2 satmışdır. MH seriyalı, 055413 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 nömrəli evin 45 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 445 saylı reyestr kitabının 64377 nömrəli vərəqində xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 nömrəli evin 45 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh 1996-cı ildə mülkiyyət hüququ ilə ona məxsus olan mənzili ğzgəninkilədirdikdən sonra mülkiyyət hüququnu itirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X6 məxsus mənzildə qeydiyyatda olmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 32 nömrəli evin 45 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar