Məhkəmə qərarları › İş №2(011)-1152/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1152/2023

27.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1152/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,9 kv.m., yaşayış sahəsi 28,0 kv.m. yardımçı sahəsi 20,9 kv.metrdən ibarət olan 2 otaqlı mənzildən ona məxsus olan 1 otaq yaşayış sahəsi 16.0 kv.m. və köməkçi sahəsi 10,7 kv.metrdən ibarət olan payının naturada ayrılması” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,9 kv.m., yaşayış sahəsi 28,0 kv.m. yardımçı sahəsi 20,9 kv.metrdən ibarət olan 2 otaqlı mənzildən ona məxsus olan 1 otaq yaşayış sahəsi 16.0 kv.m. və köməkçi sahəsi 10,7 kv.metrdən ibarət olan payının naturada ayrılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. CMS – “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan exidmet.justice.gov.az saytının vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatlardan görünür ki, Cavabdeh barəsində vərəsəlik işi aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilən Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,9 kv.m., yaşayış sahəsi 28,0 kv.m. yardımçı sahəsi 20,9 kv.metrdən ibarət olan 2 otaqlı mənzildən ona məxsus olan 1 otaq yaşayış sahəsi 16.0 kv.m. və köməkçi sahəsi 10,7 kv.metrdən ibarət olan payının naturada ayrılması” tələbi barəsində iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar