Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1179/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 1485 (bir min dörd yüz səksən beş) ABŞ dolları əsas borc, 297 (iki yüz doxsan yeddi) ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabilətlər sifariş verilmişdir. Nəticədə cavabdehin 1485 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bugünə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabilətlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər-hansısa çətinlik yaratmamışdır. İddiaçı MMC-nin qanuni təmsilçisi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli 101 nömrəli hesab vərəqəsindən məlum olur ki, Cavabdeh 1 485,00 ABŞ dolları dəyərində xidmət göstərmişdir. İş materiallarında olan “xxxx” QSC-nin 12/332 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə təsdiq edir ki, Cavabdeh xx.xx.2016-ci il tarixində BAK-TBS, xx.xx.2016-cı il tarixində TBS-BAK istiqamətləri üzrə uçuşlar həyata keçirmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 61.1-5 nömrəli məktubu ilə təsdiq edilmişdir ki, həmin sorğuya əlavədə qeyd edilmiş, agent İddiaçı tərəfindən (İATA № 6132895) tərtib olunmuş bütün biletlər onlarda göstərilən marşrutlar üzrə tam şəklində istifadə edilmişdir. İş materiallarında ola “X3 Yolları” QSC-nin Maliyyə üzrə Vitse-Prezidenti tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 05.10.7-27 nömrəli məktubu ilə təsdiq edilmişdir ki, aviabilet sərnişin Cavabdeh tərəfindən 566 ********* nömrəli reysdə və müvafiq tarixlərdə istifadə edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Debit haqqında bildiriş və X2 Assosiasıyasının “X4 haqqında məlumatdan görünür ki, xx.xx.2016-xx.xx.2016-cı il tarixlər üzrə hesabat dövrü üzrə İddiaçı tərəfindən satılmış aviabiletlərə görə, həmçinin xx.xx.2016-cı il tarixə yazılmış “X6”-nın xx.xx.2016-cı il tarixli ETKT **********041 nömrəli, xx.xx.2016-cı il tarixdə yazılmış “AEROFLOT” Hava Yolları ETKT **********029 nömrəli aviabiletlərə görə İddiaçı MMC tərəfindən X2 Assosiasiyasına 32017,78 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Debit haqqında bildiriş və X2 Assosiasıyasının “X4 haqqında məlumatdan görünür ki, xx.xx.2016-xx.xx.2016-cı il tarixlər üzrə hesabat dövrü üzrə İddiaçı tərəfindən satılmış aviabiletlərə görə, həmçinin xx.xx.2016-cı il tarixində yazılmış “xxxx”nın ETKT **********066 nömrəli, xx.xx.2016-cı il tarixdə yazılmış “xxxx”nın ETKT 771 ********** nömrəli aviabiletlərə görə İddiaçı MMC tərəfindən X2 Assosiasiyasına 19843,78 manat məbləğində pul ödənilmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdeh xx.xx.2016-xx.xx.2016-cı il arasında olan müddət ərzində müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər təmin edilmiş və həmin səfərlər baş tutmuşdur. İddiaçı tərəfindən qeyd edilən aviabiletlərin dəyəri X2 Assosiasiyasına ödənilmiş, lakin cavabdeh tərəfindən həmin aviabiletlərin dəyəri İddiaçı MMC-yə geri ödənilməmiş və bununla da iddiaçıya ziyan vurmuşdur. Odur ki, iddia bu hissədə təmin edilərək, ödənilməmiş 1485 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının 297 (iki yüz doxsan yeddi) ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Ödəniş gününə qüvvədə məzənnə ilə 1485 (bir min dörd yüz səksən beş) ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizə görə 297 (iki yüz doxsan yeddi) ABŞ dolları, cəmi 1782 (bir min yeddi yüz səksən iki) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1179/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1179/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver