Məhkəmə qərarları › İş №2(011)-1187/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1187/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1187/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Səfərəliyeva (Ağayeva) Nəzrin Səxavət qızının mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh barədə xüsusi qərardad qəbul edib cinayət işi açılması üçün aidiyyəti orqanlara göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında barışıq sazişi bağlandığı və həmin saziş məhkəmə tərəfindən təsdiq olunduğu üçün Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 1MK-339/2005 saylı xx xxxxxx 2005-ci il tarixli qərardadı ilə İddiaçı iddiasını təmin etmiş Şuşa Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 1MK-339/2005 saylı xx xxxxxx 2005-ci il tarixli tərəflər arasında barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi qərardadı mövcud olduğundan, 2(011)-1187/2021 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsi üzrə 2(011)- 1187/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar