Məhkəmə qərarları › İş №2(011)-1188/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1188/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1188/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən Abbasova Əminə Rauf qızının Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cavabdehin yaşayış sahəsində xitam verilməsi tələbinə dair iddia ərizəsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdeh oğlunun arvadıdır. Oğlu ilə münasibətləri korlandığından cavabdeh mütəmadi olaraq öz atası evində yaşayır. Onun mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi olaraq əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı onun və övladları 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğlu ilə 2005-ci ilin may ayında el adəti ilə ailə qurmuş və ərinin valideynləri yaşadıqları ünvan 2-ə köçmüşdür. Həmin mənzildə yaşadığı müddətdə iddiaçı ilə X8 arasında birgə nikahdan 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010cu il təvəllüdlü X9 anadan olmuşdur. Ailə münasibətləri əvvəllər yaxşı olmuşdur. Cavabdeh ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlu arasında nikah 10.05.2013cü il tarixində rəsmiləşdirilmişdir. O, övladları qeyd ünvanda yaşayış yeri üzrə qeydiyyata düşərək yaşamışdır. Lakin, son vaxtlarda cavabdehin oğlu X8 özünü qeyri-səmimi aparmış, normal həyat tərzi keçirməmiş, əmək fəaliyyəti ilə məşğul olsa da, aldığı məvacibi ailəsinə xərcləməmiş, ailənin təminatını təmin etməmişdir, və buna görə ailə narazılıqlar yaranmışdır. 03.12.2020-ci il tarixində əri ilə arasında mübahisə yaranmış, dava düşmüşdür. Səhəri gün qayınanası onu və övladlarını evdən qovmuşdur. O, övladları ilə birlikdə, məcburən, anasının evinə getmişdir. Hal-hazırda qarşılıqlı iddia üzrə iddiaçının və onun uşaqlarının əşyaları, iddiaçının cehiz və qızıl-zinət əşyaları həmin ünvanda qalmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hüquq 27.04.2011-ci il tarixində qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 27.04.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X9 və X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(011)-1106/2021 saylı Qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında 10.05.2013-cü il tarixdə bağlanmış və 748 nömrə ilə qeydə alınmış nikahın pozulması, 12.07.2006-cı il təvəllüdlü X1 və 19.07.2010-cu il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində qalması qət edilmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçının digər qohumu hesab edilmir. Odur ki, ilkin iddia üzrə Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da ilkin iddia üzrə cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də ilkin iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də ilkin iddia rədd edilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı onun və övladları 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinə dair qarşılıqlı iddianın dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 mübahisəli mənzildən istifadə hüququ yoxdur. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzilə köçürülməyə dair iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddianın “iddiaçının azyaşlı uşağının mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, işin materiallarından da göründüyü kimi, ilkin iddia üzrə İddiaçı öğlu Əliyev Aqil ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının birgə nikahlarından anadan olmuş 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X7 anaları X3 yanında qalırlar. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə uşaqlar anaları ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 yanında qaldığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilə köçürmə tələbinə dair mövcud iddia tələbi rədd edilməli olduğundan, yetkinlik yaşına çatmamış uşaqları isə yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia da, qarşılıqlı iddia da rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cavabdehin ünvan 2 ünvanından istifadə hüququna xitam verilməsi barədə iddiası rədd edilsin. Bu qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Cavabdeh və iki övladı 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 2-ə köçürülməyi tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar