Məhkəmə qərarları › İş №2(011)-1219/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1219/2022

03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1219/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Əhmədova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun qızı xx.xx.1999-cu il təvəllüdlü X12 2015-ci ildə Famil adlı şəxslə qeyri-rəsmi nikaha daxil olmuşdur. X2 həyat yoldaşı ilə İraq Respublikasına getmiş və geri qayıtmamışdır. İlk vaxtlar tez-tez mobil telefon vasitəsi ilə əlaqə saxlasalar da, daha sonra əlaqə yaratmaqda çətinlik çəkmişlər. İraqa getdikdən bir müddət sonra xx.xx.2016-cı ildə qızı, xx.xx.2018-ci ildə isə bir oğlu İraq Respublikasında ev şəraitində dünyaya gətirmişdir. Daha sonra həyat yoldaşı müharibədə vəfat etmişdir. Həmin uşaqlar dövlətin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmişdir. xx.xx.2021ci ildə Binəqədi rayon icra Hakimiyyəti Başçısının 274 saylı Sərəncamına əsasən nəvələri xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X3 qəyyumluğu ona verilmişdir. Doğumun qeydə alınması və bu barədə müvafiq şəhadətnamənin alınması məqsədi ilə xx.xx.2021-ci il tarixdə yaşadığı ərazi üzrə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs xx.xx.2021-ci il tarixli ona ünvanlanmış cavab məktubunda doğumunu təsdiq edən tibbi şəhadətnamənin və ya məhkəmə qətnaməsinin olmaması səbəbindən ərizəni təmin etməkdən imtina etmiş və doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bununla da nəvələrinin doğum haqqında şəhadətnaməsi olmadığı üçün onların hüquqlarının həyata keçirilməsində çətinlik yaranmışdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, qızı xx.xx.1999-cu il təvəllüdlü X5 xx.xx.2016-cı ildə İraq Respublikasında bir qız uşağının doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında adının “X13”, ata adının “Quliyev Famil” kimi, anası “X12”, milliyəti qrafasında “azərbaycanlı”, xx.xx.2018-ci ildə İraq Respublikasında bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında adının “X8”, ata adının “Quliyev Famil” kimi, anası “X12”, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 28 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, 01 yanvar 2016-cı ildə doğulmuş qızının və 28 fevral 2018-ci ildə doğulmuş oğlunun doğum faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş Arayışdan görünür ki, X12 31 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçi, milliyəti isə azərbaycanlıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Orzuman kəndində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 274№-li, 04 noyabr 2021-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri 01 yanvar 2016-cı il təvəllüdlü X7 və 28 fevral 2018-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, X13 və X10 dövlətlər arasında əldə edilmiş razılığa uyğun olaraq Azərbaycan Respublikasına repatriasiya edilmişdir, hazırda onlar müvəqqəti olaraq müvafiq dövlət sığınacağına yerləşdirilmişdir, onların üzərində qəyyum təyin edilməsinə zərurət yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsinin surətlərindən görünür ki, 01 yanvar 2016-cı il təvəllüdlü X11 və 28 fevral 2018-ci il təvəllüdlü X6 06 oktyabr 2021-ci il tarixdə şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi qızı xx.xx.1999-cu il təvəllüdlü X12 2015-ci ildə Famil adlı şəxslə qeyrirəsmi nikaha daxil olmuş, həmin şəxslə İraq Respublikasına getmiş və geri qayıtmamışdır. xx.xx.2016-cı il tarixdə onun X13 adlı bir qız övladı, xx.xx.2018-ci il tarixdə isə X10 adlı bir oğul övladı İraq Respublikasında ev şəraitində doğulmuşdur. X13 və X10 dövlətlər arasında əldə edilmiş razılığa uyğun olaraq Azərbaycan Respublikasına repatriasiya edilmişdirlər, ərizəçi xx.xx.2021-ci il tarixdə Binəqədi rayon icra Hakimiyyəti Başçısının 274 saylı Sərəncamına əsasən nəvələri xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X7 xx.xx.2016cı il tarixdə İraq Respublikasında və X3 xx.xx.2018-ci il tarixdə İraq Respublikasında doğulmaları faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdə İraq Respublikasında bir qız uşağının doğulması faktı müəyyən edilsin. Həmin uşaq barədə məlumat qrafasında adı “X13”, ata adı qrafasında “Quliyev Famil”, ana qrafasında “X12”, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi vəifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. xx.xx.1999-cu il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə İraq Respublikasında bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Həmin uşaq barədə məlumat qrafasında adı “X8”, ata adı qrafasında “Quliyev Famil”, ana qrafasında “X12”, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi vəifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar