Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1239/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Maraqlı şəxs Xətai rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 Ərizəçi iştirakları ilə Ərizəçi Xətai rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12.04.08.1982-ci il təvəllüdlü X5 14.03.2018-ci ildə İraq Respublikasında bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında adının “X15”, ata adının “X9”, anası “X10”, milliyətləri “azərbaycanlı” kimi qəbul edilərək doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 23.02.2022-ci il tarixli məhkəmə iclasında Ərizəçi dəqiqləşdirmə ərizəsi təqdim edərək 12.04.1982-ci il təvəllüdlü X5 14.03.2018-ci ildə İraq Respublikasında bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında adının “X15”, ata adının “X9”, anası “X10”, milliyətləri “azərbaycanlı” kimi qəbul edilərək doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, bacısı 12.04.1982-ci il təvəllüdlü X10 02.11.2007-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuşdur, bu nikahdan beş uşaqları dünyaya gəlmişdir, bacısı əri ilə birlikdə İraq Respubliaksına getmiş və geri qayıtmamışdır, ilk vaxtlar telefon ilə əlaqə saxlasalar da, daha sonra əlaqə yaranmaqda çətinlik çəkmişlər, İraqa getdikdən sonra uşaqlardan ikisi İraq Respublikasında ev şəraitində dünyaya gəlmişdir, daha sonra əri müharibədə vəfat etmişdir, həmin uşaqlar dövlətin köməyi ilə Azərbaycana gətirilmişdir, Xətai rayon İcra Hakimiyyəti Başçısının 354 saylı Sərəncamına əsasən uşaqlardan biri olan 14.03.2018-ci il təvəllüdlü X11 qəyyumluğu ona verilmişdir, doğumun qeydə alınması üçün maraqlı şəxsə müraciət etsə də, tibbi şəhadətnamə və məhkəmə qətnaməsi olmadığından ərizəni təmin etməkdən imtina etmiş, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişlər, buna görə də məhkəməyə hazırki ərizə ilə müraciət etməli olmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi L.A.Süleymanova izahat verərək bildirdi ki, iş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının 354 saylı 29.10.2021-ci il tarixli Sərəncamından və qayıdış şəhadətnaməsindən də göründüyü kimi uşaq 14.03.2018-ci il tarixdə dünyaya gəlmişdir, X4 həmin uşağı dünyaya gətirməsi faktı məhkəmə qətnaməsi vasitəsilə müəyyən edilə bilər. Məhkəmə, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. 18.02.2022-ci il tarixli məhkəmə iclasında 21.02.1959-cu il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun oğludur, Əliyev Əli isə nəvəsidir, qızı İraqda qalır ordan vaxtaşırı olaraq zəng vurur, qızının hamilə olduğunu bilmişdir, 2014-cü ildə qızı yoldaşı X9 ilə İraqa getmişdir. 18.02.2022-ci il tarixli məhkəmə iclasında 15.10.1988-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, telefonda Nailə ilə danışmışlar, o zaman onlara məlumat vermişdir ki, uşağı olacaqdır. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən 05-5840/70 saylı arayışdan görünür ki, X9 və X8 02 noyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 noyabr 2007-ci il tarixdə 293 nömrə ilə qeyd edilmişdir nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AR-ın İraqdakı Səfirliyi tərəfindən 06.10.2021-ci il tarixdə verilmiş AA seriyalı ******* №-li Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, Əliyev Əli 14.03.2018-ci il tarixdə İraqda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Xətai rayon İcra Hakimiyyəti Başçısının 354 saylı 29.10.2021-ci il tarixli Sərəncamından çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Ərizəçi hazırda faktiki olaraq tam valideyn himayəsindən məhrum olmuş 14.03.2018-ci il təvəllüdlü Əli Əliyevin üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Miqrasiya Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ərizəçi şəxsin doğum haqqında şəhadətnaməsini təqdim etdikdən sonra Əliyev Əlinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. İş materiallarında olan Bakı şəhəri X13 tərəfindən Ərizəçi ünvanlanmış 29.12.2021-ci il tarixli 4555-05/15 №-li məktubdan görünür ki, 14.03.2018-ci il tarixdə doğulmuş oğlanın doğum faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X9 və X8 02 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, X8 14.03.2018-ci il tarixdə İraq Respublikasında bir uşaq dünyaya gətirmişdir, uşağın cinsi “kişi”dir, Xətai rayon İcra Hakimiyyəti Başçısının 354 saylı 29.10.2021-ci il tarixli 354 saylı Sərəncamı ilə hazırda faktiki olaraq tam valideyn himayəsindən məhrum olduğu üçün ərizəçi-Ərizəçi 14.03.2018ci il təvəllüdlü Əli Əliyevin üzərində qəyyum təyin edilmişdir, Azərbaycan Respublikasına Qayıdış X3 doğulduğu yer İraq, doğum tarixi 14.03.2018-ci il kimi qeyd edilmişdir, X4 uşaq dünyaya gətirməsi faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarına əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Qərara əsasən, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 12.04.1982-ci il təvəllüdlü X5 14.03.2018-ci ildə İraq Respublikasında bir oğlan uşağı dünyaya gətirməsi faktı müəyyən edilməli, uşaq barədə məlumat qrafasında adının “X15”, ata adının “X9”, ana adının “X10”, milliyətləri “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12.04.1982-ci il təvəllüdlü X5 14.03.2018-ci ildə İraq Respublikasında bir oğlan uşağı dünyaya gətirməsi faktı müəyyən edilsin. Uşaq barədə məlumat qrafasında adı “X15”, ata adı “X9”, ana adı “X10”, milliyətləri “azərbaycanlı” kimi qeyd edilməklə doğum haqqında şəhadətnamə verilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1239/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1239/2022
23.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver