Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-124/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndələri X2 və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstəmişdir ki, iddiaçı və Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçi olaraq İddiaçı ümumi sahəsi 221 kv.metr olan fərdi yaşayış evinin tikintisi və təmiri xidmətlərinin göstərilməsini sifariş verib, icraçıya yəni Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə müəyyən etdiyi fərdi yaşayış evinin təmiri və tikintisi xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqlarının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab faktura qeyd edilir. Xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. 2.4-cü bəndə görə icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan fərdi yaşayış evinin tikintisi və təmiri xidməti tikintinin başladığı tarixdən 4 ay müddətində həyata keçirilməlidir. Tərəflər arasında müqavilə bağlandığı anda müqavilənin 4.4-cü bəndinə müvafiq olaraq sifarişçi müqavilə dəyərinin 30% hissəsini avans olaraq, yerinə yetiriləcək işin müqavilə dəyərinin 25% həcmində hissəsi təhvil verildikdə həmin müqavilə dəyərinin 30% məbləği, 60% hissəsi isə təhvil verildikdə növbəti 30% məbləği müqavilənin şərtlərinə əsasən işin tamamlanıb təhvil-təslim aktına əsasən sifarişçiyə təhvil verildiyi zaman müqavilə dəyərinin ödənilməmiş 10% hissəsini icraçıya ödəməlidir. Müqavilənin tələblərinə uyğun olaraq sifarişçi yəni iddiaçı müqavilə bağlanan tarixdə xx.xx.2022-ci il tarixdə 11000 manat, daha sonra isə 18000 manat olmaqla ümumilikdə 29000 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, ümumilikdə 13000 manat dəyərində təmir-tikinti işləri aparsa da, 16000 manatı mənimsəyərək, tikinti işlərini aparmaqdan boyun qaçırmış və aldığı məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. İddiaçı aralarında müqavilə bağlandıqdan sonra dəfələrlə cavabdehə müraciət edərək 16000 manat məbləğində pulu qaytarmasını tələb etməyinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə iddiaçının pulunu qaytarmaqdan, daha sonra isə iddiaçının telefon zənglərinə cavab verməkdən yayınmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 xx.xx.2022-ci il tarixli Tapşırıq müqaviləsinə əsasən ödənilmiş 16000 manat məbləğində pul vəsaiti və ödənilmiş 138 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 18509 manat pulun və ödənilmiş dövlət rüsumu olan 138 manat pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, Cavabdeh1 MMC-dən xx.xx.2022-ci il tarixli Tapşırıq müqaviləsinə əsasən ödənilmiş 18509 manat məbləğində pul vəsaiti və ödənilmiş 138 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır, bağ evini onun üçün inşa etdirirlər, bununla bağlı olaraq müqavilə İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır, lakin pul məbləğlərinin verilməsi, tikinti işlərinə nəzarətlə onun əri X6 məşğul olmuşdur. Cavabdeh təşkilatla bağlanmış müqavilə əsasında müqavilə bağlanan tarixdə 11000 manat ödənilmiş, daha sonra Cavabdeh2 hesabına 09 dekabr 2022-ci il tarixdə 3000 manat pul vəsaiti köçürmüş, daha sonra isə Cavabdeh2 sürücüsü X4 vasitəsilə xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, ümumilikdə 29000 manat pul vəsaiti verilmişdir, lakin tikinti işləri həmin həcmdə görülməmişdir. Bununla bağlı olaraq polisə də şikayəti onun əri X6 vermişdir, lakin pulların ödənilməsi təsdiq edilsə də, onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı Cavabdeh1 MMC ilə sifarişçi İddiaçı arasında bağlanan 06 nömrəli 05 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, sifarişçi ümumi sahəsi 221 kv.m fərdi yaşayış evinin tikintisi və təmiri xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 95000 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada fərdi yaşayış evinin tikintisi və təmiri xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş cədvəldən görünür ki, 95000 manatın 4 hissədə ödənilməsi razılaşdırılmış, xx.xx.2022-ci il tarixdə 11000 manatın ödəniməsi Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan əlyazmaların surətindən görünür ki, X7 04 fevral 2023-cü il tarixdə X1 10000 manat, 21 fevral 2023-cü il tarixdə 5000 manat pul almışdır. İş materiallarında olan 30429 nömrəli qəbzdən görünür ki, Cavabdeh2 hesabına 09 dekabr 2022-ci il tarixdə 3000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, iddianı qəbul etmirlər. Hazırda iddiaçının MMC-yə borcu vardır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pul vəsaiti ödənilməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə müqaviləyə əsasən pul vəsaitinin cavabdehə ödənilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Təqdim edilmiş müqavilənin 4-cü bəndinə əsasən iddiaçı tərəfindən pul vəsaiti kimi 30 faiz avans ödənilməli idi. Lakin avans məbləği tam ödənilməmiş və cavabdeh tərəfindən görülmüş işlərin dəyəri iddiaçı tərəfindən ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən iş üzrə tərəf olmayan şəxslər arasında pul vəsaitinin alınması və verilməsi barədə yazışma qoyulmuşdur ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqaviləyə aidiyyəti yoxdur. İddiaçı tərəfindən müqavilə üzrə pul vəsaiti ödəilmədiyindən və görülmüş işlərin dəyəri üzrə iddiaçının şirkətə borcu qaldığından işlər dayandırılmışdır. Hazırda da razılaşma olduğu təqdirdə iddiaçıya işlər görülməsi davam etdirilə bilər. Lakin nəzərə alınmalıdır ki, müqavilə üzrə hazırda həm iddiaçının şirkətə borcu mövcuddur həmçinin hazırkı qiymətlərlə müqavilə bağlanan tarixə olan qiymətlərdə kifayət qədər fərq vardır. İddiaçının əsassız tələb etdiyi pul vəsaitini isə o cavabdehə ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, X6 izahatında bildirmişdir ki, 2022- ci ilin avqusti ayın 26-da qızı üçün Novxanı bağlarında fərdi yaşayış evi tikməsi üçün torpaq sahəsi alaraq sosial şəbəkədə tikinti şirkətləri vasitəsi ilə yoldaşı Sevinc axtarıb RMK şirkətini tapmışdır. Həmin şirkətin müdiri Cavabdeh2 ilə tanış olduqdan sonra Ruslanla aralarında noyabr ayında müqavilə bağlamışlar və işə başlanmışdır. xx.xx.2023-cü ildə Cavabdeh2 ona zəng edib pulun qalan hissəsinin verməsini bildirmişdir.Onlar Cavabdeh2 11 min bir, 3000 manat bir və 3000 manat bir vermişdir. Sonra o, zəng edib əvvəldən X7 xx.xx.2022-ci ildə onlara evin sənədlərini 2-3 dəfə aparıb gətirərək vermişdir. Ayan ona xx.xx.2023-cü ildə zəng edib İlkin Abbaszadənin nömrəsini göndərib onunla əlaqə saxlayaraq, ona 15000 manat pulu götürməsini demişdir. O, İlkin Abbaszadə ilə saat 19 radələrində Nizami rayonu ünvan 1 ünvanında binanın həyətində görüşüb 10 min manat pul vermişdir. Bundan sonra İ.Abbaszadənin sənədinin şəkilini çəkib ona adını, soyadını və atasının adını ona kağıza yazdırmışdır. xx.xx.2023-cü ildə yenə həmin ünvanda avtomaşında oturub 5000 manat pul verdikdə bu barədə ilkin yazılı kağız yazıb ona vermişdir. Bundan sonra o, İlkindən 15000 manat pulu şirkətin müdiri Cavabdeh2 çatdırıb çatdırmamasını soruşduqda sonuncu pulu Ruslana verdiyini bildirmişdir. Sonradan İlkin ondan pulu almağı boynuna almadığından və onu tapa bilmədiyindən o, bu barədə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.O 150 min manat pulu X8 rayonu Nəsimi küçəsində verib, həmin vaxt o və İlkindən başqa heç kim olmayıb, pulun verilməsinə dair aralarında yazılı sövdələşmə olub.O İlkin Abbaszadə ilə bağlı məhkəməyə müraciət etməyib. O, fərdi yaşayış evinin tikilməsi üçün İlkin Abbaszadə və Cavabdeh2 ümumilikdə 32.000 manat pul versədə, həmin şəxslər apardıqları tikintiyə 13.000 manat pul xərcləyərək tikintini yarımçıq qoyub getmişlər. Araşdırma zamanı X7 izahatında göstərmişdir ki, o, əvvəl Cavabdeh2 sürücüsü olmuşdur. Təxminən 1 il sürücü işləmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ona X3 telefon nömrəsini vermiş və Nüsrətin telefon nömrəsinə zəng edərək onunla danışmış, göstərilən tarixdə saat 19:00 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində Cavabdeh2 tapşırığı ilə X6 ilə görüşərək ondan 10.000 manat pul götürmüş və xx.xx.2023cü il tarixdə həmin 10.000 manat pulu Cavabdeh2 təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tapşırığı ilə yenidən X6 ilə zəngləşib görüşərək, ondan 5000 manat pul götürərək Cavabdeh2 vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2024-cü il tarixli 3-16-16/2-10/7226 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 06 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MMC tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 10491,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəyə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 05 noyabr 2022-ci il tarixli müqavilə bağlanaraq, müqaviləyə əsasən 95000 manat müqabilində Cavabdeh1 MMC tərəfindən ümumi sahəsi 221 kv.m fərdi yaşayış evinin tikintisi və təmiri xidmətlərinin həyata keçirilməsi öhdəliyi qəbul edilmişdir. Həmin müqavilə üzrə iddiaçı öhdəliklərini icra etsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən 05 noyabr 2022-ci il tarixli 06 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MMC-nin rəhbəri Cavabdeh2 müqavilə bağlanan tarixdə 11000 manat ödənilmiş, daha sonra Cavabdeh2 hesabına 09 dekabr 2022-ci il tarixdə 3000 manat pul vəsaiti köçürmüş, daha sonra isə Cavabdeh2 sürücüsü X4 vasitəsilə xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, ümumilikdə 29000 manat pul vəsaiti verilmiş, Cavabdeh1 MMC tərəfindən faktiki yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 10491,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməsi məqsədilə 29000 manat pul vəsaiti ödənilməsi müqabilində cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyindən, iddiaçı ona vurulan maddi zərəri tələb etməklə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 MMC-dən 18509 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. AR MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən 18509 manat məbləğində pul vəsaiti və 138 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-124/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-124/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver