Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1261/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 2498 K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin rəhbərinin xx.xx.2018-ci il taixli 429 K saylı əmrinə əsasən Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il taixli 2498 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onun bağlanmış əmək müqaviləmə xitam verilmişdir. MMC-nin Loqistika şöbəsində sürücülər arasında əmək intizami ilə bağlı iclas keçirilən zaman çıxış edərək komendant saatı olduğundan saat 18:00-dan sonra yollarda tıxac olması səbəbindən yük daşımada çətinlik çəkdiklərini və vaxt itkisinə görə postlarda problemlərlə üzləşdiklərini bildirmiş, bundan sonra ona münasibətdə rəhbərlik tərəfindən qərəzli mövqenin olduğunu görmüşdür. Yer təmizləyici texnika götürməyə göndərildiyi Xırdalan Loqistika şöbəsindən qayıdarkən, təmirə dayanan şirkətə məxsus avtomobilin sürücüsü iş yoldaşı Faiq Ağayevi götürməsi barədə rəhbərliyə məlumat verməməsi nədənsə ona ciddi irad kimi göstərilmiş və əmək intizamının pozulması kimi xarakterizə edilmişdir. Bu hal işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirməklə heç bir əsaslandırılmış və tutarlı səbəb olmadan tutduğu vəzifədən azad edilməklə nəticələnmişdir. Hesab edir ki, işdən çıxarılması tam qanunsuz və əsasızdır. Qeyd etmək istəyərdi ki, bu günə kimi daxili intizam qaydalarını hec vaxt pozmamış və hec bir intizam tənbeh tədbiri almamışdır. Azərbaycan Respublikasının Prezidentinin dövlət və özəl qurumlar qarşısında qoyduğu qəti tələblər və işçilərin COVİD-19 pandemiyası dövründə işdən azad olunmamasına dair qəti tələbi hər bir işəgötürən tərəfindən yerinə yetirilməlidir. Ölkə prezidenti çıxışlarında hər dəfə xüsusi olaraq qeyd edir ki, işəgötürənlər işçini qanunsuz və əsassız olaraq işdən çıxartdıqları halda qanun qarşısında cavab verəcəklər. Vurğulamaq istərdi ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Bildirmək istəyirə ki, Bakı şəhərində kirayə yaşayır və himayəsində iki azyaşlı uşağı vardır. İşəgötürən əmrdə onun işdən azad olunmasının əsası kimi nədənsə əmək vəzifələrinin kobud şəkildə pozulduğu halları özündə əks etdirən Məcəllənin 72-ci maddəsində sadalanan hallara deyil, səhvən Məcəlləsinin 71.2-ci maddəsinə istinad etmişdir. Əslində isə işəgötürən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur və bu elə əmrin məzmununda aşıq şəkildə görünür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.Məhz, bu halın özü əmrdə əsaslandırılmamışdır. Bununla bağlı bir daha qeyd etmək istəyir ki, heç bir səbəb olmadan işdən azad olmuşdur. Belə ki, işdən azad olunmamışdan əvvəl şöbənin rəhbərliyi tərəfindən hüquqları pozmaqla qanunsuz olaraq ona qarşı təzyiq edilmiş və bütün bunlar DƏMX orqanlarına müraciətində öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixli 2498 K nömrəli əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onun əmək müqaviləsinə xitam verilmişdir.Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları haqqında əmrdə heç bir əsaslandırma təsbit edilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmisdir. Əmrdə onun tərəfindən kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri əsassızdır. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Xırdalan şəhəri ərazisində yerləşən Mərkəz Lojistik müəssisəsindən yer təmizləmə avadanlığını Cəmiyyətə aid yük avtomobili ilə götürüb dərhal Cəmiyyətin mərkəzi anbarına qayıtmalı olduğu halda heç kimə məlumat vermədən, özbaşına nəqliyyat vasitəsini təmir üçün aparmış digər sürücü iş yoldaşı X5 mərkəz anbara gətirmək üçün həmin təmir məntəqəsinə getmiş və iş saatının bitdiyi zaman iş yerinə qayıtmışdır. İşçinin əmək funksiyalarına qarşı bu cür etinasız davranışına görə ölkənin həm Covid-19 pandemiyası ilə mübarizə apardığı, həm də komendant saatının tətbiq edildiyi müharibə dönəmində mağazaların mal təminatında ciddi sıxıntılar yaşanmış, bir neçə mağazaya tələb olunan malların çatdırılması mümkün olmamışdır ki, nəticədə Cəmiyyətin iş ahəngi kobud şəkildə pozulmuşdur. Yuxanda qeyd edilən halla bağlı, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 2498 K nömrəli əmr ilə xitam verilmiş və son haqq-hesabı işçinin bank hesabına köçürülmüşdür. İddiaçı tərəfindən iddia ərizəsində bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmadığı, heç bir intizam tənbehi almadığı qeyd olunmuşdur. Bildirmək istərdi ki, İddiaçı xx.xx.2019-cu il tarixində Cəmiyyətə məxsus yük avtomobilini düzgün park etməməsinə görə “Bakubus” şirkətinə aid sərnişin avtobusunun qəza etməsinə səbəb olmuş, bununla bağlı ona Cəmiyyətin baş direktoru tərəfindən xx.xx.2019-cu il tarixində yazılı xəbərdarlıq verilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2019-cu il tarixində işə 1 saat 30 dəqiqə gecikməsi ilə bağlı ona Cəmiyyətin baş direktoru tərəfindən yazılı xəbərdarlıq verilmiş, xx.xx.2020-ci il tarixli 29T nömrəli əmr ilə rəhbərinin tapşırıqlarına etiraz edərək işin gedışatının xeyli ləngiməsinə görə barəsində töhmət elan edilmişdir. İddia ərizəsində qeyd edilir ki, xx.xx.2020-ci il tarixli 2498 K N°-li əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad olunmalı olduğu halda səhvən 71-ci maddənin 2-ci hissəsinə istinad edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasım, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayn-ayn üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək qanunvericiliyinə əsasən, işəgötürən əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə Məcəllənin 72-ci maddəsinə istinad etmək öhdəliyi daşımır. Belə ki, xx.xx.2020-ci il tarixli 2498 K M-li əmrdə Məcəllənin 70-ci maddəsinin «ç» bəndinin birinci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə istinad düzgün edilmişdir. Bundan əlavə, iddia ərizəsində Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin əsaslandırılmadığı qeyd edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixli 2498 K Jfa-li əmrin sonunda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd edilmişdir (Əsas: Xidməti məlumatlar, HİK-nin yığıncağının protokolu və qərarı). Həmçinin sözügedən əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilən bütün məlumatlar, o cümlədən işəgötürənin hüquqi ünvanı əks olunmuşdur. Odur ki, xx.xx.2020-ci il tarixli 2498 K N°-li əmrin etibarsız hesab edilməsi tələbi əsassızdır. Yuxanda qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Cavabdeh MMC-də Logistika müdiridir. Nəzarətində 4 anbar, 30 sürücü var. İddiaçı xx.xx.2020-ci il tarixdə Xırdalan şəhəri ərazisində yerləşən Mərkəz Lojistik müəssisəsindən yer təmizləmə avadanlığını Cəmiyyətə aid yük avtomobili ilə götürüb dərhal Cəmiyyətin mərkəzi anbarına qayıtmalı olduğu halda heç kimə məlumat vermədən, özbaşına nəqliyyat vasitəsini təmir üçün aparmış digər sürücü iş yoldaşı X5 mərkəz anbara gətirmək üçün həmin təmir məntəqəsinə getmiş və iş saatının bitdiyi zaman iş yerinə qayıtmışdır. İşçinin əmək funksiyalarına qarşı bu cür etinasız davranışına görə ölkənin həm Covid-19 pandemiyası ilə mübarizə apardığı, həm də komendant saatının tətbiq edildiyi müharibə dönəmində mağazaların mal təminatında ciddi sıxıntılar yaşanmış, bir neçə mağazaya tələb olunan malların çatdırılması mümkün olmamışdır ki, nəticədə Cəmiyyətin iş ahəngi kobud şəkildə pozulmuşdur. Ona qarşı rəhbərlik tərəfindən heç bir şəxsi-qərəzlik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X6 ilə eyni məzmunda ifadə verırək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il taixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmiş, eyni zamand, həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqına” müqavilə bağlanmışdır. İş materiallarında olan "Cavabdeh" MMC-nin Baş Direktoru Burhan Yasin Sevahil tərəfindən MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X1 ünvanlanmış xx.xx.2020 il tarixli təqdimatın surətindən görünür ki, Cəmiyyətin Loqistika şöbəsində sürücü vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixində Xırdalan ərazisində yerləşən Mərkəz lojistik müəssisəsindən yer təmizləmə aparatını götürüb mərkəz anbara qayıtmalı olduğu halda heç kimə məlumat vermədən müəssisəyə məxsus nəqliyyat vasitəsi ilə heç kimə məlumat vermədən nəqliyyat vasitəsini təmirə aparmış X7 adlı sürücünü mərkəz anbara gətirmək üçün təmir məntəqəsinə getmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bununla əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərini pozması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "Cavabdeh" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli, Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, Loqistika şöbəsində sürücü vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixində etdiyi uyğunsuzluqla bağlı məsələsinə baxılmış, Komitə tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 2498 K nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin Loqistika şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal əhənginin pozulması) nəzərə alınmaqla xitam verilməsi əmr olunmuşdur. Bundan başqa, iddiaçı iddia ərizəsində işlədiyi müddətdə intizamlı işçi olmasını, əmək vəzifələrinin öhdəsindən layiqincə gəlməsini, əmək fəaliyyəti ilə əlaqədar cavabdehlə aralarında hər hansı mübahisə olmamasını göstərmişdir. Halbuki, tədqiq edilmiş sübutlarla İddiaçı xx.xx.2019-cu il tarixində Cəmiyyətə məxsus yük avtomobilini düzgün park etməməsinə görə “Bakubus” şirkətinə aid sərnişin avtobusunun qəza etməsinə səbəb olması, bununla bağlı ona Cəmiyyətin baş direktoru tərəfindən xx.xx.2019-cu il tarixində yazılı xəbərdarlıq verilməsi, xx.xx.2019-cu il tarixdə işə 1 saat 30 dəqiqə gecikməsi ilə bağlı ona Cəmiyyətin baş direktoru tərəfindən yazılı xəbərdarlıq verilməsi, xx.xx.2020-ci il tarixli 29T nömrəli əmrlə rəhbərinin tapşırıqlarına etiraz edərək işin gedışatının xeyli ləngiməsinə görə barəsində töhmət elan edilməsi müəyyən olunmuş, bununla da, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyalarını və öhdəliklərini yerinə yetirməmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək təşkilatın kredit siyasətinin tələblərinin kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl edilməklə xitam verildiyindən işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə iddia əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki Cəmiyyətin Loqistika şöbəsinin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 2498 K saylı əmrinin ləğv olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyil. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülkı kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1261/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1261/2021
22.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver