Məhkəmə qərarları › İş №2(011)-1267/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1267/2022

18.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1267/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində Cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş 014/AE saylı, 13 sentyabr 2021-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş üzrə buraxdığı dövr üçün bütün əmək haqlarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. 1. İddiaçı Cavabdeh MMC-yə qarşı hər hansı maddi və mənəvi təzminat, əmək haqqı ödənilməsi tələbinin olmadığını, Cavabdeh MMC ilə əmək münasibətlərinə öz təşəbbüsü ilə 13 sentyabr 2021-ci il tarixdən xitam verilməsini qəbul və təsdiq edir. 2. İddiaçı Cavabdeh MMC ilə olan əmək müqaviləsinə 13 sentyabr 2021-ci il tarixdən öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsinə razıdır və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1267/2022 saylı iş üzrə iddiadan imtina edir. 3. Cavabdeh MMC bu barışıq sazişi qüvvəyə mindiyi tarixdən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli əmrini ləğv edir. 4. Cavabdeh MMC bu barışıq sazişi qüvvəyə mindiyi tarixdən İddiaçı ilə əmək müqaviləsinə 13 sentyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi barədə əmr qəbul edir və bu barədə İddiaçı əmək kitabçasında və əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistemində müvafiq düzəlişlər edir. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilə Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı hər hansı maddi və mənəvi təzminat, əmək haqqı ödənilməsi tələbinin olmadığını, Cavabdeh MMC ilə əmək münasibətlərinə öz təşəbbüsü ilə 13 sentyabr 2021-ci il tarixdən xitam verilməsini qəbul və təsdiq edir.

2. İddiaçı Cavabdeh MMC ilə olan əmək müqaviləsinə 13 sentyabr 2021-ci il tarixdən öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsinə razıdır və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1267/2022 saylı iş üzrə iddiadan imtina edir.

3. Cavabdeh MMC bu barışıq sazişi qüvvəyə mindiyi tarixdən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli əmrini ləğv edir.

4. Cavabdeh MMC bu barışıq sazişi qüvvəyə mindiyi tarixdən İddiaçı ilə əmək müqaviləsinə 13 sentyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi barədə əmr qəbul edir və bu barədə İddiaçı əmək kitabçasında və əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistemində müvafiq düzəlişlər edir. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair 2(011)-1267/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar