Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1270/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının oğlanları X4 və X7 ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən üç otaqlı yaşayış sahəsinə köçürülməsi və mənzildə yaşamaq hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə X6 ilə ailə qurmuşdur, birgə nikahdan iki övladı olmuşdur. İddiaçı atası Cavabdeh ilə Bakı şəhəri, 8-ci km qəsəbəsi, Babək prospekti, ev 8, mənzil 112-də yerləşən üç otaqlı mənzildə yaşamışdır. xx xxxxx 2019-cu ildə onlar həmin evi sataraq ünvan 1 ünvanda yerləşən üç otaqlı mənzili almışlar. İddiaçının atasının ailə qurması səbəbindən iddiaçı bir müddət mübahisəli evdə yaşadıqdan sonra oradan getmişdir və hazırda kirayədə yaşayır. İddiaçının atası və onun arvadı həmin mənzili satmaq fikrinə düşmüşlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, o, cavabdehin qardaşıdır. Belə ki, qardaşının arvadı Elzarə Kazımova onun qızını evə buraxmamış, eyni zamanda qardaşına təsir edərək onu ailəsi ilə münaqişəli vəziyyətə gətirmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Elzarə Kazımova cavabdehin arvadıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən ev özbaşına tikilidir və heç bir hüquqi sənədi yoxdur. Cavabdeh həmin ünvanda öz arvadı X3 ilə birlikdə yaşayır və onlar ünvanda pasport qeydiyyatında deyildirlər. Məhkəmə iclasında iddiaçı mübahisəli mənzildən onun istifadə hüququnun yarandığına istinad etmiş, həmin mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədə idda tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı qeyd edilən mübahisəli mənzildə yaşaması halı məhkəmədə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. O, öz izahatında da 2005-ci ildən kirayədə yaşadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan görünür ki, mübahisəli mənzil 2019-cu ildə alınmışdır. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx xxxxxxx 2009-cu il tarixdən sonra yarandığından və bu münasibətlər mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazıkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Beləliklə, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən olundu ki, İddiaçı mübahisəli evlə bağlı hər hansı hüququ yoxdur. Belə ki, məhkəmə iclasında iddiaçı izahat verərək 2005-ci ildən valideynlərinə məxsus evdən çıxdığını, ailə qurduğunu və digər ünvanda ailəsi ilə birgə yaşadığını bildirmişdir. 2018-ci ildə anası vəfat edəndən sonra atasına baxdığını, onunla birgə yaşadığını, yalnız 2020-ci ildə atası yenidən evləndikdən sonra evə buraxılmadığını qeyd etsə də bu hal məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə olan halda iddiaçı cavabdehin qızı olmasına baxmayaraq onun mübahisəli mənzillə bağlı hər hansı hüququ yarana bilməzdi, çünki o cavabdehlə birgə qeyd edilən ünvanda yaşamamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının oğlanları X4 və X7 ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən üç otaqlı yaşayış sahəsinə köçürülməsi və mənzildə yaşamaq hüququnun tanınması barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının oğlanları X4 və X7 ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən üç otaqlı yaşayış sahəsinə köçürülməsi və mənzildə yaşamaq hüququnun tanınması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1270/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1270/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver