Məhkəmə qərarları › İş №2(011)-134/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-134/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-134/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının hüquq varisi X5 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı hüquqi varisi X5 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “etibarnamənin, alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 2 saylı Bakı Cavabdeh3 notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı – İddiaçı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli AR-İ №515675 nömrəli etibarnamə, həmin etibarnamə əsasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və həmin mənzilin mülkiyyətçisidir. Qeyd olunan mənzildə Cavabdeh1 kirayəçi olaraq bir müddət yaşamışdır. Kirayədə yaşadığı dövrdə Cavabdeh1 ilə mülkiyyətçi İddiaçı arasında mübahisələr yaranmış, cavabdeh iddiaçının yaşlı və tək yaşayan qadın olduğundan istifadə edərək, onun mənzilini ələ keçirmək niyyətində olmuşdur. Bununla bağlı Cavabdeh1 İddiaçı təzyiqlər göstərməyə başlamış və yaşlı qadını qorxutmaq məqsədilə 45000 ABŞ dolları məbləğində borc pulun geri ödənilməsi barədə uydurma tələblə xx.xx.2016-cı ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, tələb üçün heç bir əsas və tələbin məhkəmə perspektivi olmamış və iddia ərizəsinin verilməsində əsas məqsəd İddiaçı qorxutmaq, bunun nəticəsində sonuncudan mülkiyyətində olan mənzili əldə etmək olmuşdur. Cavabdeh1 iddiaçıdan təzyiq altında mənzillə bağlı müəyyən güzəştlər əldə etdikdən sonra iddia ərizəsini geri götürməsi də bu iddia tələbinin uydurma tələb olduğunu bir daha sübut edir. Cavabdeh1 xx.xx.2016-cı ildə iddia ərizəsini geri götürmüş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddianın geri götürülməsi əsası ilə iddia ərizəsinə baxılmamış saxlanılması qərara alınmışdır. Daha sonra Cavabdeh1 İddiaçı mənzilin idarə edilməsi ilə bağlı etibanamə verilməsi üçün 2 saylı Bakı Cavabdeh3nə aparmışdır. İddiaçı Asan Xidmət Mərkəzində Cavabdeh1 etibarnamə vermiş, lakin onun Azərbaycan dilini bilməməsi və notarius tərəfindən müvafiq tərcüməçi ilə təmin edilməməsi səbəbindən etibarnamənin məzmunu ilə tanış ola bilməmişdir. Etibarnamə verilməsindən sonra mənzilin mülkiyyət və digər sənədləri Cavabdeh1 saxlanılmışdır. xx.xx.2021-ci il tarixində qeyd olunan mənzilin başqa şəxsə satılması zamanı İddiaçı məlum olmuşdur ki, ona məxsus mənzilin bir hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestində qeydə alınmışdır. Bununla bağlı dərhal vəkilə müraciət olunmuş və vəkil tərəfindən mənzilin hansı əsasla Cavabdeh1 keçməsi ilə bağlı araşdırmaya başlanılmışdır. xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab olaraq göndərilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan aydın olmuşdur ki, 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh1 mənzil üzərindəki hüquqları dövlət qeydiyyatında alınmışdır. Daha sonra, xx.xx.2021-ci tarixli vəkil sorğusuna əsasən 2 saylı Bakı Cavabdeh3ndə notariat ofisinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə xx.xx.2017-ci il tarixli 4Ə-462 reyestr nömrəli alğı-satqı müqaviləsi və etibarnamənin surəti təqdim olunmuşdur. Notariat ofisinin təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, xx.xx.2017-ci ildə İddiaçı Cavabdeh2 adlı şəxsə Bakı şəhəri, S.Quliyev küçəsi, ev 9 ünvanında yerləşən 5 nömrəli mənzilin satılması ilə bağlı etibarnamə vermişdir. Bununla bağlı iddiaçı bildirir ki, İddiaçı Cavabdeh2 adlı şəxsi tanımır və heç vaxt heç bir münasibəti olmamışdır. Daha əvvəl qeyd olunduğu kimi, İddiaçı Cavabdeh1 ilə birlikdə Asan Xidmət mərkəzinə getmiş və ona mənzilin idarə edilməsi ilə bağlı etibarnamə vermək niyyətində olmuşdur. Yuxarıda göstərilənlərdən aydın şəkildə görünür ki, mənzilin qanunsuz olaraq ələ keçirilməsi Cavabdeh1 tərəfindən təşkil olunmuş və İddiaçı aldadılmışdır. Belə ki, ilk növbədə əssasız iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq yaşlı və Azərbaycan dili bilməyən xanım olan İddiaçı təzyiq göstərilmiş, daha sonra isə iddia ərizəsi geri götürələrək etibarnamə vasitəsilə İddiaçı məlumatı olmadan mənzil ələ keçirilmişdir. Etibarnamədən cəmi 3 gün sonra – xx.xx.2017-ci il tarixində Cavabdeh2 mənzili Cavabdeh1 40000 manat əvəzində satmışdır. Mənzilin qanuni mülkiyyətçisi olan İddiaçı mənzilin “guya” satışı ilə bağlı pul vəsaiti də təqdim olunmamış, həmin pul vəsaiti Cavabdeh1 tərəfindən notariat deposit hesabına köçürülmüş və onunla əlbir olan Cavabdeh2 ilə birgə həmin hesabdan götürülmüşdür. İddiaçının mülkiyyətində olan mənzili satmaq niyyətinin olmaması onun mübahisəli alğısatqı müqaviləsini şəxsən bağlamamasından da aydın olur. Belə ki, iddiaçının belə bir niyyəti olduğu halda bu məqsədlə etibarnamə verməz, 3 gün sonra şəxsən notariat kontorunda yaxınlaşıb əqdin bağlanmasında iştirak edə bilərdi. Həm etibarnamə, həm də alğı-satqı müqaviləsi eyni notariat kontorunda 3 gün fasilə ilə bağlanılmışdır. İddiaçı tərəfindən satışdan heç bir pul vəsaitini əldə etməməsi də onu mənzilini heç vaxt satmaq niyyətinin olmadığını, qeyd olunan mübahisədə aldadıldığını və mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyini göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, notariat kontoru tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələr tam icra olunmamış, açıq aydın şəkildə azərbaycan dilini bilməyən yaşlı qadın tərcüməçi ilə təmin olunmamış, ona etibarnamənin məzmunu izah edilməmişdir. Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli etibarnamə və onun əsasında bağlanılmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi iddiaçının əqd bağlanılması məqsədilə aldadılması səbəbindən etibarsız əqddir və mübahisələndirilə bilər. İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X1 Aleksandra Petrovnanın hüquq varisi olaraq tanınaraq, işə cəlb edilmişdir. İddiaçı hüquq varisi X5 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 və onun vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, 2 saylı Bakı Cavabdeh3 notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsalar da, lakin onlar və ya onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. 2 saylı Bakı Cavabdeh3 notariat ofisi ərizə ilə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən səxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilindən bir hissəsini (tam hissədən - 1-ci mərtəbə və 2-ci mərtəbədən 9,5 kv.metr olan 1 otaq, 5.0 kv.metr olan dəhliz) alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində 40000 manat pul vəsaitini satıcıya verməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan AR-İ№515675 saylı xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 “Bakı şəhəri, İH Tİ və MHQİ tərəfindən verilmiş 30 N 188261 qeydə alma nömrəli, seriya nömrəsi ÖM 110086 olan, xx.xx.2003cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 5 saylı mənzili satmağı buna dair müqavilə imzalamağı, pulunu almağı, adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” məzmunlu etibarnamə vermişdir. İş materiallarında olan 2 saylı Bakı Cavabdeh3 notariat ofisinin xx.xx.2022-ci il tarixli 1153 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixində İddiaçı Cavabdeh2 hüquqlara dair etibarnamə vermişdir. Lakin tərcümə ilə təmin olunmamışdır. Əgər vətəndaş Azərbaycan dilini anlayıb danışa bilirsə o tərcümə ilə təmin olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin, 5 saylı mənzil üzərində Cavabdeh1 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, X5 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin №**********92 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səftər Quliyev küçəsi, ev 9, 5 saylı mənzilin bir hissəsi (1-ci mərtəbə və 2-ci mərtəbədən 1 otaq, y/s-9.8 kv.metr, k/s-5.7 kv.metr) 2 saylı Bakı Cavabdeh3ndə notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-462 reyestr nömrəli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqavilsinə əsasən xx.xx.2017-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı ölən günədək ona məxsus olan, harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını X6 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il traixində Rusiya Federasiyası Primorsk diyarı Pojarskiy rayonu, Luçeqorsk şəhər tipli qəsəbəsində rəhmətə getmişdir. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisinin X/1199 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində 2V-25 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə İddiaçı ərizəsi əsasında xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisində İddiaçı adına vərəsəlik işi açılmamışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində İddiaçı ilə X8 arasında ünvan 3 ünvanında yerləşən mənzilə dair reyestrdə 4Ə-4 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə X9 arasında reyestrdə 3M-994 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi bağlanmışdır, xx.xx.2021-ci il tarixdə İddiaçı Vəkil1 adına reyestrdə 7E-589 nömrə ilə qeyd edilmiş etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin, 5 saylı mənzili üzərində Cavabdeh1 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, İddiaçı xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Səftər Quliyev küçəsi 9 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisinin X/451 saylı xx.xx.2022ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşamış, xx.xx.2021-ci il tarixdə vəfat etmiş İddiaçı vəsiyyətnamə üzrə vərəsəsi X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciəti daxil olmuşdur və xx.xx.2021-ci il tarixdə adına vərəsəlik işi açılmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemində axtarış zamanı İddiaçı nikah haqqında akt qeydi aşkar edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı vəsiyyətnamə üzrə vərəsəsi X3 başqa digər şəxslər Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-135/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər X8, İddiaçı və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin №316 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli 2V-66 nömrəli vəsiyyətnaməyə əsasən bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə vəsiyyət edənin xx.xx.2019-cu il tarixli 8İ-3912 reyestr nömrəli ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı X8 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilindən bir hissəsini (3-cü mərtəbə və 2-ci mərtəbədən 10,2 kv.metr) alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində 14600 manat pul vəsaitini satıcıya verməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş 04/11/5-k-1 nömrəli xx.xx.2017-ci il tarixli məktubunun surətindən görünür ki, S.Quliyev küçəsi, ev 9, mənzil 5 ünvanında olan daşınmaz əmlakın bir hissəsinin (1-ci mərtəbə bütövlüklə və 2-ci mərtəbənin yarısı) 40000 manata alınmasından imtina edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)- 308/2017 saylı qərardadının surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan İddiaçı Petrovananın xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, X4 45000 ABŞ dolları borcludur. Məhkəmə iddianın “İddiaçı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli AR-İ №515675 nömrəli etibarnamənin etibarsız hesab edilməsi” barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia göstərilən hissədə əsassızdır. Belə ki, əqdin etibarsız hesab edilməsi üçün ilk növbədə onun qanunla müəyyən edilmiş formasına və şərtlərinə əməl edilməməsi, şərtlərin pozulması gərəklidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Qeyd edilən Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı tərəf tələbini mübahisələndirilən etibarnamənin verilməsi zamanı Azərbaycan dilini bilməməsi, tərcüməçi ilə təmin olunmaması və nəticədə etibarnamənin məzmunu barədə məlumatlı olmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının Azərbaycan dilini bildiyi üçün müvafiq tərcüməçi ilə təmin edilməməsi müəyyən edilmiş, həmçinin etibarnamənin verilməsi zamanı qanunvericiliyin şərtlərinin pozulması aşkar edilməmişdir. Belə ki, etibarnamə bir tərəfin iradə ifadəsini əks etdirən birtərəfli əqddir. İddiaçı özü şəxsən notariat ofisində Cavabdeh2 etibarnamə vermişdir. Qaldı ki, İddiaçı Cavabdeh2 tanımaması ilə bağlı qeyd etdiklərini, Cavabdeh2 məhkəmə iclasında iştirakı zamanı təsdiqləmiş və izahatında əlavə olaraq göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, İddiaçı Cavabdeh1 borclu olduğu 40000 manat əvəzində evinin bir hissəsini ona satmışdır. Alğı-satqı zamanı isə notariusun depozit hesabına pul köçürmək lazım olduğundan, Cavabdeh2 tərəfindən özünə məxsus 40000 manat hesaba köçürülmüşdür. Həmin pul vəsaitini sonradan Cavabdeh2 geri götürə bilməsi üçün də əvvəlcədən İddiaçı ona alğı-satqı müqaviləsinin bağlanması üçün etibarnamə vermişdir. Bundan başqa, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə konkret olaraq mübahisəli mənzili satmaq niyyəti, həmin mənzilə görə ödənilmiş pulun alınması və s. qeyd edilmişdir. Göründüyü kimi, mübahisələndirilən etibarnamənin İddiaçı iradə ifadəsinə zidd olması, onun şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı sübut olunmadığından, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “həmin etibarnamə əsasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Qonçarovalar arasında borc münasibətləri olmuş, həmin borc münasibətlərindən irəli gələrək, iddiaçı Cavabdeh1 mənzili satmışdır. Həmçinin, İddiaçı iddiasını mənzili satmaq niyyəti olmadan alğı-satqı müqaviləsinin bağlanması ilə əsaslandırsa da, lakin ona İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən 2017-ci ilin yanvar ayının 25-də verilmiş cavab məktubundan da müəyyən edilir ki, onun belə niyyəti olmuş, həmin mənzili satmaq niyyəti ilə o, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etmiş və müraciətindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Digər tərəfdən, məhkəmə iddiaçının hüquq varisi Elgiz Məmmədovun vəkilinin və nümayəndəsinin mübahisəli alğı-satqı müqaviləsinin etibarsız, yəni yalan əqd olması barədə dəlilinə hüquqi qiymət verərək, qeyd edir ki, alğı-satqı müqaviləsinin şərtlərinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Belə ki, işin həqiqi halları ilə müəyyən olunur ki, İddiaçı Qonçarova ailəsinə 45000 ABŞ dolları borcu ilə bağlı Səbail Rayon Məhkəməsinin icraatında mülki iş olmuş, lakin tərəflərin məhkəmədənkənar qarşılıqlı razılaşmasına görə iddiaçı iddiasını geri götürmüş, xx.xx.2017-ci il tarixli Səbail Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılaraq, əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmçinin, xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən, İddiaçı X4 45000 ABŞ dolları məbləğində borcu olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş alğı-satqının müqaviləsinin şərtləri tam əməl olunaraq, mərhum İddiaçı mənzilə görə razılaşdırılmış pul vəsaitini almış, əvəzində ona məxsus olan daşınmaz əmlakı Cavabdeh1 təhvil vermişdir. Həmin müqavilənin bağlanmasında iddiaçının adından etibarnamə əsasında Cavabdeh2 mənzilə görə pulun götürülməsi həmin alğı-satqı müqaviləsinin formal olaraq bağlanması anlamına gəlmir. Odur ki, xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin bağlanması zamanı hər hansı şərtlərin pozulması və İddiaçı iddianı əsaslandığı hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması hissəsində də iddia əsassızdır. Odur ki, iddia göstərilən hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı hüquq varisi X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, 2 saylı Bakı Cavabdeh3 notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı – İddiaçı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli AR-İ №515675 nömrəli etibarnamə, həmin etibarnamə əsasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar