Məhkəmə qərarları › İş №2(011)-1340/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1340/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1340/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması, sahənin təmizlənməsi və tikinti işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması” tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MTK-nə qarşı “mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması, sahənin təmizlənməsi və tikinti işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin təhvil verilməsi, mənzildə ilkin təmin işlərinin aparılmasına icazə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 09 saylı, 27 fevral 2014-cü il tarixli müqavilənin 1.1. bəndində 40 saylı mənzilin sahəsi 163,6 m², 2.7 bəndində isə binanın tam təhvil verilməsi 2016-cı ilin İV rübünədək nəzərdə tutulub, ancaq bina təhvil verilib 2019-cu ilin İV rübündə. İddiaçı mənzilin dəyərini tam ödəmişdir xx.xx.2015-ci il tarixdə. Müqavilənin 1.2. bəndində yazılmışdır ki, mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163,6 m²-dir. Sahə-mənzil “İnvestora” təhvil veriləndən sonra mənzilin sahəsi dəqiqləşdiriləcəkdir. Cavabdeh MTK nəinki mənzilin sahəsini dəqiqləşdirib təhvil verməyib, müraciətlərinə məhəl qoymayıb, mənzilə görə borcunun olduğunu bəhanə edərək çıxarış almaq üçün lazım olan sənədləri verməkdən imtina edib, onun mənzilə olan hüququnu tanımır. 2017-ci ildən bəri dəfələrlə, müqavilənin ləğv olunduğunu, mənzili başqa investora satacaqlarını, verdiyi vəsaiti qaytaracaqlarını yazılı surətdə bildirib. Onlara yazmışdır ki, onu təhdid etməsinlər, Cinayət Məcəlləsinin 14.1 maddəsinə isinad edib, hüquq-mühafizə orqanlarına, ya da məhkəməyə müraciət etməli olacaqdır. Məcbur olmuşdur məhkəməyə müraciət etsin. İş məhkəmə instansiyalarını keçib (ilkin, apellyasiya və Ali Məhkəmə ) və iddiası təmin olunub. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin, e-2(011)- 212/2022 saylı, xx.xx.2022 il tarixli icra vərəqəsinə görə Cavabdeh MMC ilə Әhmədov Şahin Nüsrət oğlu arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və Әhmədov Şahin Nüsrət oğlunun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı Әhmədov Şahin Nüsrət oğluna verilməsi öhdəliyi Cavabdeh MTK və Cavabdeh MMCnin üzərinə qoyulmuşdur. Məhkəmə nəinki borcunun olmadığını, MTK-nə 1.143 manat artıq ödəməsi olduğunu da qeyd edib. MTK rəhbərliyinə dəfələrlə müraciət etmişdir ki, mənzilin sahəsini dəqiqləşdirib ona təhvil versinlər ki, mənzildə ilkin təmir işlərinə başlasın. İcra vərəqəsi aldıqdan sonra da süründürməçilikdən əl çəkməyiblər. İcra məmuru məcbur olub ki, onlara rəsmi xəbərdarlıq etsin. Nəhayət ki, Cavabdeh MTK tərəfindən verilmiş sənədlər əsasında, mənzilə çıxarış almışdır. Әmlak Komitəsi tərəfindən mənzilin sahəsi dəqiqləşdirilib, sahənin 154,8 m² olduğu təsdiqlənib. MTK isə bu qərarla razılaşmır. Mənzilin otaqlarından balkona çıxan qapı-pəncərələr bağlanmır, otaqlar tikintidən qalmış tullantılarla doludur. Hal-hazırda binada qanunsuz “idarəçilik” edən Cavabdeh MTK, rəsmi müraciətlərinə baxmayaraq, yenə də mənzili ona təhvil vermir, mənzildə ilkin təmir işlərini aparmağına - təmir üçün lazım olan mal-materialları gətirən avtomobilin həyətə girişinə, yükün 10-cu mərtəbəyə qaldırılmasına qadağa qoyub. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən 40 saylı mənzildə Cavabdeh MTK tərəfindən otaqlarda quraşdırılmış qapı və pəncərələrin təmir edilməsi, mənzildən tikintidən qalmış tullantıların təmizlənməsi və kənarlaşdırılması; mənzilin, ikitərəfli əqd əsasında (1.1 bəndinin yerinə yetirilməsindən sonra) təhvil verilməsi; mənzildə ilkin təmir işlərinin aparılması üçün şəraitin yaradılması və təmirə icazə verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək yazılı etirazda qeyd etdiyi izahatın məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazdan görünür ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia və ona dair verilən dəqiqləşmə ərizələri tam əsassızdır. Belə ki, iddiaçı həqiqətən uyğun olmayan məlumatlarla iddia irəli sürüb. İddiaçı mənzil altı il əvvəl təhvil verilib, o öz növbəsində mənzili təhvil alıb. Mənzili MTK-dan təhvil almasını sübuta yetirən-onun Cavabdeh MTK xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizədən görünür. İddiaçı qeyd etdiyi mənzil və açarlar ona 2019-cu ildə mənzildə quraşdırılan qapı-pəncərələri yararlı, işlək vəziyyətdə təhvil verilib. Bununla bağh hər hansı narazılığı olsaydı yəqin ki, mənzili təhvil aldığı vaxt etirazını bildirmiş olardı. Mənzilə onun iştirakı ilə bir neçə dəfə baxış keçirilib və tikintidən qalmış tullantılar aşkarlanmayıb. İddiaçının ərizədə istinad etdiyi “ikitərəfli əqd”də 1 və 2-ci maddələrinə uyğun tikinti və norma qaydaları çərçivəsində müqavilədə razılaşdırılmış qiymətə, razılaşdırılmış sahəyə uyğun təqdim olunmuşdur. Təmir işlərinə müqaviləyə 1 nömrəli əlavədə göstərilən “mənzildə təmir işləri müqavilə öhdəlikləri və ödənişlər tam yerinə yetirildikdən sonra aparılır.’’ maddəsi İddiaçı nəzərinə şifahi, yazılı surətdə dəfələrlə çatdırılmışdır. Nəzərə alınmalıdır ki, əgər İddiaçı Cavabdeh MTK-da yaradılan şərait, göstərilən kommunal xidmət qane etmirsə, ona dəfələrlə mənzil üçün etdiyi ödənişləri devalvasiya və bu günkü qiymətlərə uyğun ödənişlər təklif olunmasına baxmayaraq mənzili "Asra” MTK-ya qaytarmaqdan imtina edir. Onun nə istədiyi, nəyə nail olmaq istədiyi bəlli deyil. İddiaçı tikinti işlərinin qanunsuz Tikinti Norma və Qaydalarına uyğun aparılmadığını, buradakı şəraitin onu qane etmədiyini bəhanə gətirərək bütün aidiyyatı təşkilatlara, hüquq mühafizə orqanlarına müraciətlər etməklə öz öhdəliklərini yerinə yetirməkdən imtina edir. Aidiyyatı qurumlar tərəfindən aparılan araşdırmalar onun qaldırdığı məsələlərin heç birində qanun pozuntusu aşkarlamayıb. İddiaçı məhkəməyə Cavabdeh MMC ilə imzalamadığı müqaviləni təqdim edərək "sənədlərin verilməsi” iddiası ilə məhkəməyə müraciət etmiş və məhkəmə Cavabdeh MMC tərəfindən sənədin əslini təqdim edə bilmədiyinə görə onun iddiasını təmin etmişdir. Hazırda Cavabdeh MMC ilə İddiaçı arasında imzalanan 09 saylı xx.xx.2014-cü il tarixli müqavilənin əsli əldə edilmişdir və üzərində xətşünaslıq ekspertizası keçirilmiş, nəticədə İddiaçı məhz həmin müqaviləyə imza atması sübuta yetirilib və bununla əlaqədar əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 maddəsində nəzərdə tutulan cinayət faktının aşkar edilərək onun məsuliyyətə cəlb edilməsinə dair müraciəti ilə İddiaçı barəsində Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Әlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 və 551.1 maddələrin nəzərə alaraq ümumi iddia müddətinin keçməsini əsas götürərək iddiaçı tərəfindən irəli sürülən iddia tamamilə rədd edilməlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 fevral 2014-cü il tarixli “İcraçı” Cavabdeh MMC ilə “İnvestor” İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, “İcraçı” ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və “İnşaat norma və qaydalarına uyğun olaraq” “İnvestora” təqdim edir, mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin qiyməti hər kv.m görə 950 manat olmaqla, cəmi 155.420 manata razılaşdırılmışdır. İş materiallarında olan Әmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 41,43, mənzil 40 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 154.80 kv.m. olan mənzil xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(011)-212/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdehlər Cavabdeh MTK və Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3446/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3446/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına İddiaçı tərəfindən əlavə edilmiş Cavabdeh MTK-nın komendantı İ.Vəliyev ilə İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Təhvil alan” 40 saylı mənzilin sahibi İddiaçı tərəfindən göstərilən iradlar aşağıdakılar olmuşdur: 1) qonaq otağının pəncərəsinin şüşəsi sınıq olub – 1 ədəd, 2) mətbəxdə pəncərə şüşəsi sınıq olub – 1 ədəd, 3) yataq otağındakı pəncərənin şüşəsi sınıq olub – 1 ədəd, 4) giriş qapısının dəstəyi – 1 ədəd. Pəncərələrin şüşələri dəyişdirilib, giriş qapısının dəstəyi təzəsi ilə əvəz olunub. Beləliklə göstərilən iradlar tam aradan qaldırıldığı üçün İddiaçı Cavabdeh MTK-ya heç bir iradı yoxdur. 40 saylı mənzil və açarlar təhvil verilib İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli Cavabdeh MTK tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC (indiki MTK) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü ii tarixli 336 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev və S.Vəzırov küçələrinin kəsişməsində yerləşən 1171-ci məhəllədə çoxmərtəbəli yaşayış binasını inşa edərək 2019-cu ilin İİİ rübündə sakinlərin istifadəsinə vermişdir. Binanın tam təhvil verilməsi 2016-cı ilin İV rübünədək nəzərdə tutulmuşdur. Gecikməyə səbəb Respublika ərazisində keçirilən bir sıra dövlət tədbirləri, Avropa oyunları, İslam, oyunları devolvasiyalar və ən əsası da bir çox investorların (mənzil sahiblərinin), o cümlədən İddiaçı ödənişləri müqavilədə razılaşdırılmış müddətdə, həyata keçirməmələri olmuşdur. İddiaçıla imzalanmış xx.xx.2014-cü il tarixli 09 saylı müqaviləyə əsasən ödənişləri hər ay 19236,66 manat olmaqla 6 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək ödəməli idi. Lakin, İddiaçı müqavilənin şərtlərini mütəmadi olaraq pozmuş, ödənişləri müqavilə şərtlərinə uyğun həyata keçirməmiş, sonuncu ödənişi xx.xx.2015-ci ildə həyata keçirmiş, bu günədək qalıq borcu olan 8.843 azn ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Ödənişləri gecikdirdiyi üçün ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilərək müqavilənin 3.6 bəndi (Müqavilənin şərtləri "Alıcı" tərəfindən mütəmadi pozulduğu halda, ödənişlər 3 aydan artıq gecikdirilərsə İcraçı tərəfindən müqavilə qeyri şərtsiz ləğv edilir, ödənilmiş məbləğ "Alıcıya" yalnız mənzil sahəsi başqa bir şəxsə satıldıqdan sonra qaytarılır.) diqqətinə çatdırılmışdır. Müqavilənin 1.2 bəndinə əsasən: "Sahə-mənzil "İnvestora" təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir". Bütün mənzillər və mənzillərin açarları "İnvestor"lara təhvil verilmişdir, mübahisəli məsələlər hər iki tərəfin iştirakı ilə araşdırılaraq həll edilmişdir. “Asra" MMC (indiki MTK) tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə İİİ-zona əmsalı (45 azn x 2,2) nəzərə alınmaqla binanın xarici divarları, balkonlar daxil olmaqla ümumi sahəsinə ӘDV ödənilmişdir. Mənzillərin sahələri "İnvestorlara", o cümlədən İddiaçı divarların və arakəsmələrin sahələri çıxılaraq, balkonlar daxil olmaqla müqavilədə razılaşdırılmış qiymətə ümumi məbləğ 165,420 azn olmaqla, hər m2-nın dəyəri ӘDV ilə birlikdə 1.011,12 azn satılmışdır. 2014-cü ildə "xxxx" MMC (indiki MTK) mənzilləri 1.250 azn satdığı bir dövrdə İddiaçı 1.011,12 azn-ə satılması zamanı o, müqavilə imzalanarkən müqavilədə göstərilən bütün şərtlərlə razılaşmış, təmirə başlamaq istədiyi müraciətlərə cavab olaraq ona yalnız borcların ödənilməsi təqdirdə icazə veriləcəyi bildirilmişdir. Mənzillərə çıxarış verilərkən balkonların sahəsinin 30 %-i əsas sahəyə daxil edilir. İddiaçı mənzil çıxarışdakı sahəyə deyil müqavilədəki sahəyə uyğun satılmışdır. İş materiallarında olan iddiaçı Ş.Әhmmədov tərəfindən ASRA" MTK-nın sədri Әnvər Hüseynov və təsisçilərə ünvanlanmış məktubun surətində qeyd olunub ki, 23 fevral 2021-ci il və eyni məzmunlu 14 aprel 2021-ci il cavab məktublarında 40 saylı mənzilin ümumi məbləği 165 399,6 manat, göstərilib, ancaq 09 saylı müqavilədə bu 155.420 man. (163,6 kv.m üçün) göstərilib, fərq: 165399,6-155429=9970,6 manat təşkil edir. Faktiki olaraq 156.557 manat vəsait ödənilib. Həmçinin mənzilin ümumu sahəsi faktiki yoxlanıldıqdan sonra ümumi sahədə müqavilə üzrə göstərilən sahə 163,6 kv.m yox, 163,28 kv.m alınıb. Mənzilin ümumi sahəsi mütəxəssiz tərəfdən ölçülüb, ona təqdim edilib. Buradan aydın görünür ki, eyvan sahəsi 12,18 kv.m təşkil edir. ......Yəni, balkon faktiki olaraq 12,İ8 kv metrdisə (12,18 / 0,3 əmsalı ilə) 4,09 kv.metr hesablanmalıdır. Həmçinin, balkonun da divarı və ya məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmalıdır. Deməli ümumi sahə hesablananda faktiki olaraq 163,28- (12,18-4,09) = 163,28-8,09= 155,19 kv.m. Yəni, ona borc 156.557-155.19 x 950= 156.557-147.430 - 126 man. Deməli, ona mənzilin dəqiqləşdirilmiş sahə üzrə 9.126 manat vəsait ödənilməlidir....Qeyd edir ki, mənzilin giriş qapısı pis vəziyyətdədir, qapının dəstəyi yoxdur, həmçinin mənzilin daxildə quraşdırılmış pəncərələr açılıb-bağlanmır, həyətə baxan bir pəncərə çöl təfdən sınıb-dağılıb. Xahiş edir ki, göstərilən çatışmamazlıqları qısa müddətdə aradan qaldırıb mənzili ona təhvil versinlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)- 212/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh MTK və Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3446/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)- 212/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1537/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3446/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh MT-nın əvvəki adı Cavabdeh MMC-dir. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Әgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. - 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır - 752.1-ci maddəsinə əsasən podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsi nə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Әgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 776.1-ci maddəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. - 776.2-ci maddəsinə görə əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 452-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Әgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İlkin olaraq ünvan 2 ünvanında yerləşən 40 saylı mənzildə təmir işlərinin aparılması üçün şəraitin yaradılması və təmirə icazə verilməsi barədə iddia tələblərinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, həmin tələblər təmin edilməlidir. Belə ki, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzilin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatlardan və iş materiallarından aşkar şəkildə görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçının öz mənzilində təmir işlərinin aparılmasına maneələr törədilir. Cavabdeh təşkilat bunu iddiaçının mövcud borcu ilə əsaslandırmışdır. Halbuki, pul tələbinə dair tərəflərin münasibətləri hazırki vəziyyətdə mülkiyyətçi olan iddiaçıya öz sahəsini təmir etdirərək, mülkiyyətinə istədiyi kimi sahib olmaq hüquqlarını pozur. Pul münasibətlərində borcun olub-olmaması hazırki iş üzrə mülkiyyətçinin öz mənzilindən istədiyi kimi istifadə etmək, mənzili təmir etmək hüquqlarına maneələrin yaradılması üçün əsas deyildir. Tərəflərin arasında mənzilin inşası ilə bağlı münasibətləri əks etdirən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3446/2022 saylı qətnaməsində də qeyd edilmişdir ki, ……ekspert rəyi ilə müəyyən edilir ki, müqavilənin 3.5-ci bəndi üzrə hesablanmış 1581,0 manat cərimə məbləği də daxil olmaqla, İddiaçı tərəfindən müqavilə üzrə borc məbləği tam ödənilmiş və 1137,0 manat artıq ödəniş edilmişdir..... Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-110/2025 saylı əlavə qətnaməsi ilə Cavabdeh MTK-dan 1.137 (min yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və 31,37 (otuz bir manat, otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qətnamə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1537/2023 saylı qərarının 10-cu abzasından görünür ki, Әdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 9/6508 nömrəli ekspert rəyinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2014-cü il tarixindən son ödəniş tarixinə, yəni xx.xx.2015-ci il tarixinədək 50.000 manat məbləğində ilkin ödəniş daxil olmaqla ümumilikdə 156.557,0 manat məbləğində ödəniş edilmişdir. Tədqiqatla mülki işin 39-41-ci səhifəsində olan 27 fevral 2014-cü il tarixli, 09 saylı müqavilə şərtlərinə əsasən (müqavilənin 3.5-ci bəndi nəzərə alınmaqla) İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla müqavilə üzrə borcun tam ödənildiyi və 1137,0 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, müqavilənin 3.5-ci bəndinə əsasən “İnvestor” tərəfindən növbəti ödənişlərin gecikdirilməsinə görə cərimənin məbləği 1581,0 manat məbləğində müəyyən edilir..... Göründüyü kimi bundan əvvəl məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh MMC-yə mənzilin dəyəri ilə bağlı etdiyi ödənişlər araşdırma predmenti olmuş və müəyyən edilmişdir ki, iddiaçı 1137,0 manat məbləğində artıq ödənişi cavabdehə ödəmişdir.... Göründüyü kimi, təmir işlərinin aparılmasının iddiaçıya qadağan edilməsi üçün cavabdehin hüquqi əsası olmadığından, iddia bu hissədə təmin edilərək, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzildə təmir-tikinti işlərinin aparılmasına maneələrin törədilməsi cavabdehə qadağan edilməlidir. Mübahisəli mənzildə quraşdırılmış qapı və pəncərələrin təmir edilməsi, mənzildən tikintidən qalmış tullantıların təmizlənməsi və kənarlaşdırılması barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələblər təmin edilməməlidir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, tərəflərin arasında mənzil tikintisinə dair bağlanılmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə mübahisəli mənzil inşa edilərək iddiaçıya təhvil verilmişdir. Mənzilin təhvil verilməsinin dəqiq tarixi iş materialları ilə müəyyən edilməsə də, iş materiallarına əlavə edilmiş iddiaçının cavabdeh təşkilatnin rəhbərliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin surətindən də görünür ki, həmin tarixə mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir və mənzilin ölçüləri və sahəsinə dair tərəflər arasında fikir ayrılığı yaranmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı öz izahatında bildirmişdir ki, tərəflərin arasında yaranmış mübahisə ilə bağlı Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-1537/2023 saylı qərarının qəbulundan 1-2 ay sonra sahəni faktiki təhvil almışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə bu tələblərlə bağlı iddia ərizəsi verərək, podrat müqaviləsinin predmeti olan mənzildə quraşdırılmış ayrı-ayrı predmetlərə (qapı, pəncərə və s.) və xidmətlərə (tullantıların atılması) münasibətdə qüsurların aradan qaldırılmasını tələb etdiyindən və həmin tələblər qeyd olunan əşyaların təhvil alınmasından 1 ildən çox müddət keçdiyindən sonra verildiyindən, iddia müddətinin tətbiqinə dair cavabdehin yazılı etirazında əks olunmuş mövqe əsas tutulmalı, podrat müqaviləsinin icrasına dair ayrı-ayrı əşyaların qüsurlarının aradan qaldırılması (təmiri) və ya xidmətlərin göstərilməsi (təmizlənməsi) barədə tələblər təmin edilməməlidir. Bundan başqa həmin tələbə mahiyyəti üzrə baxaraq məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, mübahisəli sahə təhvil verilərkən sahədə iddiaçı tərəfindən aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır, iddiaçının cavabdeh təşkilatyə heç bir iradı olmamışdır. Buna görə də podrat müqaviləsinin icrasına dair ayrı-ayrı əşyaların qüsurlarının aradan qaldırılması (təmiri) və ya xidmətlərin göstərilməsi (tullantıların atılması) barədə tələblər təmin edilməməlidir. Mənzilin ikitərəfli əqd əsasında (podrat müqaviləsinin 1.1 bəndinin yerinə yetirilməsindən sonra) təhvil verilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddia tələblərindən görünür ki, tərəflərin arasında təhvil verilmiş mübahisəli mənzilin faktiki ölçülərinə dair mübahisə vardır. Bu səbəbdən də iddiaçı müqavilənin 1.1-ci maddəsinə istinad edərək mənzilin rəsmi təhvil verilmədiyini və rəsmi təhvil verildikdən sonra (iddia tələbləri təmin edilərsə) sahəsinin tərəflər arasında dəqiqləşdirilməli olduğunu iddia ərizəsində qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təhvil verilmiş mənzilin ölçülərinin müqaviləyə uyğun gəlməməsi hazırki iddianın predmeti deyil və məhkəmə tərəfindən yoxlanılmır. Həmin tələblə bağlı iddiaçı ayrı qaydada məhkəməyə iddia ilə müraciət etmişdir və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 110/2025 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddia qismən təmin edilərək, 475 manat məbləğində dəymiş ziyanın əvəzi Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməlidir. Həmin iddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK ilə 27 fevral 2014-ci il tarixli 09 nömrəli müqavilə əsasında ünvan 6 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının birinci blokunun 10-cu mərtəbəsində yerləşən 40 saylı mənzili almışdır. Mənzil üç otaqdan ibarət olmaqla müqavilədə 163.6 kv.m göstərilmişdir. Müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, “sahə-mənzil” İnvestora təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir. Müqavilə şərtlərinə uyğun olaraq mənzil sahəsinin hər kv.mn-nə 950 manat olmaqla ümumilikdə 155420 (yüz əlli beş min dörd yüz iyirmi) manat mənzilin haqqı tam ödənilmişdir. Keçən müddət ərzində bina istifadəyə verilmiş və komissiya tərəfindən istismara qəbul edilmişdir, hal-hazırda mənzildə yaşayırlar. Mənzilə dair 02 noyabr 2023- cü il tarixli Daşınmaz Әmlakın mülkiyət hüququnu təsdiq edən çıxarışı alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilədə göstərildiyi kimi 163.6 kv.m deyil. 154.8 kv.m-dir və mənzil sahəsinə görə 8.8 kv.m sahənin pulu 8360 (səkkiz min üç yüz altımış) artıq ödənilmişdir. Məsələ ilə bağlı iş üzrə cavabdehdən pulun geri tələb edilməsi ilə əlaqədar müraciət olunmuş lakin, cavabdeh 8.8 kv.m sahəyə görə artıq ödənilmiş 8360 (səkkiz min üç yüz altmış) manat pulun geri qaytarılmasından imtina edir. Müqavilədə tərəflər arasında mübahisənin həlli ilə əlaqədar hər hansı bir bənd göstərilməmişdir və bu da müqavilənin qanuna uyğun tərtib olunmadığını bir daha sübut edir. Göründüyü kimi ümumi razılıq əldə edilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh MTK müqavilə şərtlərini pozduğuna, müqvilənin 1.2-ci bəndində qeyd edildiyi kimi, mənzil sahəsi İnvestora təhvil verilən zaman dəqiqləşdirilmədiyi və 8.8 kv.m sahəyə görə artıq ödənilmiş pulu geri qaytarmadığına, iddiaçının pulunu indiyə kimi saxladığına və ondan öz xeyrinə istifadə etdiyinə görə, qanunun tələbi ilə faizlə birlikdə qaytarmalıdır. Mənzil sahəsinin tam ödənişi 27 avqust 2014-cü il tarixdə başa çatdırılmışdır. Qanunvericiliyə uyğun olaraq bank faizi illik 12.0 faizi ilə cavabdehdən iddiaçıya hər ötən il üçün 1003 (min üç) manat hesabı ilə keçən 9 il 6 a müddətinə görə əlavə olaraq 9628,0 (doqquz min altı yüz iyirmi səkkiz) manat, ümumilikdə 17988,8 (on yeddi min doqquz yüz iyirmi səkkiz) manat ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1537/2023 saylı qərarının 10-cu bəndində qeyd edildiyi kimi, Әdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 9/6508 nömrəli ekspert rəyinə əsasən, müqavilə üzrə borcun tam ödənildiyi və 1137,0 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilmişdir. Beləliklə, Cavabdeh MTK ümumilikdə, 19125,8 (on doqquz min yüz iyirmi beş) manat əsas borc və 148 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunmuş qətnamə onunla əsaslandırılmışdır ki, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir ki, podratçı mənzilin faktiki ümumi sahəsi 163.6 kv.m olan mənzili iddiaçıya verməli idi. Yəni, iddiaçı 163.6 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində inşa edilmiş 41, 43 saylı evin, 40 saylı (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 41, M10, m5) mənzilin ümumi sahəsinin 154,7 kv.metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış sahədən 0.5 kv.m (163.6-163.1=0.5 ) az mənzil verilmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi müqavilə etibarlı hesab edildiyindən mənzilin 1 kvadratmetrinin 950 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiyməti 475 manat (0.5 x 950=475) müəyyən edilməlidir. Məhkəmə iddia tələblərinin “iddiaçıdan alınmış 8.8 kv.m artıq sahəyə görə 8360 (səkkiz min üç yüz altmış) manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 9628 (doqquz min altı yüz iyirmi səkkiz) manat faiz borcunun” cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-110/2025 saylı əlavə qətnaməsi ilə Cavabdeh MTK-dan 1.137 (min yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və 31,37 (otuz bir manat, otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunmuş əlavə qətnamə onunla əsaslandırılmışdır ki, 1137 manat məbləğində pulun tutulması barədə iddia tələbi üzrə iddiaçı tərəfindən sübut təqdim edilməsinə və izahatlar verilməsinə baxmayaraq, həmin tələbə məhkəmə qiymət verməmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməlidir..... Göründüyü kimi bundan əvvəl məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh MMC-yə mənzilin dəyəri ilə bağlı etdiyi ödənişlər araşdırma predmenti olmuş və müəyyən edilmişdir ki, iddiaçı 1137,0 manat məbləğində artıq ödənişi cavabdehə ödəmişdir...... Məhkəmə həmçinin qeyd edir ki, bundan əvvəlki məhkəmə araşdırması da iddiaçının təqdim etdiyi müqavilə əsasında aparılmışdır. Belə ki, mənzilin kvadrat metrinin dəyəri 950 AZN qəbul edilməklə, ekspert bu nəticəyə gəlmişdir. Hazırkı məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilmiş müqavilə əsaslı hesab edilmişdir. Məhkəmənin 2(011)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində bu barədə ətraflı qeyd edilmişdir....... Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh MTK-dan iddiaçının artıq ödədiyi 1137 manat məbləğində pul vəsaiti və ona uyğun olaraq 31,37 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Göründüyü kimi, 1) sahənin rəsmi təhvilindən sonra sahəsinin dəqiqləşdirilməsi məqsədilə “rəsmi təhvil verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb ayrı icraatda olduğundan, 2) faktiki təhvil verilmiş sahənin ölçülərinin mübahisələndirilməsi digər iddianın predmeti olduğundan (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-110/2025 saylı mülki işi) və ən əsası, iş materialları ilə mübahisəli sahənin iddiaçıya təhvil verildiyi aşkar müəyyən olduğundan, sahənin cavabdeh tərəfindən rəsmi təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddia tələbləri qismən təmin edildiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 7 ünvanında yerləşən 40 saylı mənzildə təmir-tikinti işlərinin aparılmasına maneələrin törədilməsi Cavabdeh MTK-nə (əvvəlki adı: Cavabdeh MMC) qadağan edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar