Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-135/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4, Cavabdeh3 nümayəndəsi və vəkili X6, üçüncü şəxs X7 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, üçüncü şəxslər X9, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və borc məbləğinin birgə nikah dövründə əldə olunmuş əmlak hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏY YƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və borc məbləğinin birgə nikah dövründə əldə olunmuş əmlak hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Cavabdeh1 arasında "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin, X4 Cavabdeh4 arasında "Mersedes Benz 220 minik" markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin, Cavabdeh3 adına İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasının və buna dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 83 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəİdilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, X7 hal-hazıradək ona 70.000 manatadək borcu yaranmış, lakin o, müxtəlif üsul və vasitələrdən istifadə edərək borc məbləğini ödəməkdən yayınır. Belə ki, X12 14,04.2016-cı il tarixli kredit müqaviləsi üzrə 53.000 manat pul vəsaitini borc alaraq, 14.10,2017-ci il tarixədək ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyini icra etməmiş və məsuliyyətdən yaxa gurtarmaq, öhdəliyin İcrasından yayınmaq məqsədilə mülkiyyətində olan daşınar və daşınmaz əmlakları formal qaydada 3-cü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuşdur, bu ha isə icra icraatı mərhələsində aşkar edilmişdir. Bakı Apeilyasiya Məhkəməsnin 2(103)-13040/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı X3 mülkiyyətində olan bir sıra əmlakın, o cümlədən "VAZ 21214 minik" markalı, 90-EG 311 dövlət qeydiyyat nişanlı və "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və özgəninkiiəşdirılməsi qadağan edilmişdir. Buna baxmayaraq, G.Gözəlov məhdud zaman kəsiyində tez-tələsik yaxın əhatəsi ilə formal əqdlər bağlayaraq əmlakların öz adından çıxmasına və 3-cü şəxslərin adına keçməsinə nail olmuşdur. Sözü gedən formal əqd vasitəsilə borclu G.Gözəlov mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili qanusuz olaraq Cavabdeh4 adına rəsmiləşdirmiş, buna dair sonuncunun adına AC №947462 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsnin qərardadı qəbul edilərkən dərhal qanuni qüvvəyə minmiş və buna baxmayaraq 3-4 gün sonra məhkəmə aktının icrasına maneə törətmək məqsədilə G.Gozəlov növbəti tez-tələsik addım atmış, xx.xx.2017-ci il tarixdə "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabden Cavabdeh1 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirllməsinə nail olmuş, bu qanunsuz hərəkət nəticəsində məhkəmə qərardadının icrasına maneə törədən, onun isə maraqlarına toxunan uydurma əqd bağlanılmış və əmlak hüquqlarının pozulmasına cəhd edilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-cİ il tarixli qətnaməsi ilə cavabdeh X5 53.000 manat borc məbləği, 6.213 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı xx.xx.2019-cu İl tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4780/2019 saylı xx.xx.2019-cu İİ tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin qanuni və əsaslı oiması təsdiq olunmuşdur. İş üzrə digər cavabdehlər əsas borclu G.Gözəlovun yaxın qohumu və əhatəsidir. Cavabdeh4 yaxını, Cavabdeh2 həyat yoldaşı və xx.xx.1994-cii il təvəllüdlü Cavabdeh3 onların övladıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və xx.xx.2019-cu il tarixdə Xətai Rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş, bundan sonra borclu G.Gözəlov qətnamənin icrasına məhdudiyyət yaratmaq məqsədilə digər qanunsuz tədbirlərə əl atmışdır. Ər-ərvadın birgə mülkiyyəti hesab edilən Cavabdeh2 isiaməli qızının adına reyestrdə dövlət qeydiyyatına alınan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə 125.000 manata satılmış və 3-cü şəxsin adına rəsmiləşdırilmişdir. Halbuki könüllü icra müddəti ərzində o, satışdan əldə etdiyi pul vasitəsi ilə borcu ödəyə bilərdi. Yaranmış borc öhdəliyini icra etmək əvəzinə Gözəlovlar tez-tələsik Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsini sataraq (formal əqd bağlayaraq), icra İşi üzrə icra tədbirlərinə süni məhdudiyyət yaratmışlar və borclunun payına aid edilən əmlakın dəyəri icra icraatı mərhələsində məqsədli olaraq gizlədilmiş, bu hərəkətlər isə onun maraqlarının pozulmasına və məhkəmə aktının icrasız qala biləcəyinə xidmət etmişdir. Bundan başqa, ər-arvadın birgə mülkiyyəti hesab edilən və borclunun oğlu Cavabdeh3 adına ismayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunub və borclu G.Gözəlov məsuliyyətdən yaxa qurtarmaq və borc öhdəliyinin icrasından yayınmaq məqsədilə bu əmlakı xx.xx.1994-cü İ təvəllüdlü övladı Cavabdeh3 adına rəsmiləşdirmişdir. Hesab edir ki, sadalanan qanunsuzluqların yeganə məqsədi süni üsullarla əmlak hüquqlarının məhdudlaşdırlması olmuş, nəticədə maraqlarına toxunan və hazırda mübahisələndirdiyi və heç bir hüquqi nəticələrə səbəb olmayan formal (uydurma) əqdlər bağlanılmışdır. Sözü gedən uydurma əqdlərin mövcudluğu icra mərhələsində məlum olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)687/2019 saylı xx.xx.2019-cu il tarixil qismən icra üsulunun dəyişdirilməsi ilə bağlı aktının icrası mərhələsində aşkar edilmişdir. Məhkəmənin müvafiq qərarına əsasən X12 üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, məhkəmin qanuni qüvvəsini almış qətnaməsi ilə pul X5 tutulmalıdır. "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 İddiaçı Arasındakı məhkəmə mübahisəsindən qabaq özəlləşdirilmişdir. Ona görə, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, məhkəmin qanuni qüvvəsini almış qətnaməsi ilə pul X5 tutulmalıdır. Hüquqlarını müdafiə etdiyi Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evini babası 2011-ci ildə bağışlama müqaviləsi ilə Akifə bağışlamışdır. Bu barədəmüvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Ona görə, hesab edir ki, iddia əsassız duduğundan təmin edilməməlidir. Məhkəmə iclasında üçüncü şəxs X12 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə pul ondan tutulmalıdır. Lakin iddiaçı əsassız olaraq cavabdehlərlə bağlanılmış müqavilələrin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. Onların iddiaçı qarşısında öhdəlikləri yoxdur. Aralarındakı məhkəmə mübahisəsindən qabaq, nəqliyyat vasitələri digər şəxslər tərəfindən özəlləşdirilmişdir. Cavabdeh3 mülkiyyəndə olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evini babası 2011-ci ildə bağışlama müqaviləsi ilə Akifə bağışlamışdır. Bu barədə xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və MA serialı ******* nömrəli çıxarış məhkəməyə təqdim edilmişdir. Həmçinin, Xətai icra şöbəsi tərəfindən axtarışı barədə qərar verilmişdir. Bu səbəbdən, polis əməkdaşları tərəfindən saxlanılmış və icra şöbəsinə qətirilmişdir. İcra şöbəsinə ərizə lə müraciəet etmiş və Covid 19 virusuna yoluxduğundan, icra məmurunun çağırışlarına gələ bilmədiyini bildirmişdir. Bu hadisədən sonra, bir neçə gün ərzində ödəniş etmiş və qəbzləri icra məmuruna çatdırmışdır. Hesab edir ki, iddia əsassız oluduğundan təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X12, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11,2018-ci il tarixli, 2(011)-1184/2018 saylı qətnaməsindən müəyyən olunur ki, ilk iddia ərizəsi qismən təmin edilərək X5 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 53.000 manat borc, 6218 manat məzənnə fərqi, 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 59.248,40 manatın İddiaçı xeyrinə tutulması, X7 İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunmasına və ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 13040/2017 saylı qərardadından müəyyən olunur ki, iddianın təmini tədbiri barədə ərizə təmin edilərək X7 mülkiyyətində olan Mercedes-220 minik markalı **-OK-*** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı **-EG-*** qeydiyyat nişanlı, KAMAZ 316-02 yük markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin, Bakı şəhəri, Xətai rayonu A.Cəlilov küçəsi 2 saylı evin 7 saylı mənzilinin və Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 25 saylı evin 32 saylı .mənzilinin üzərinə həbs qoyulmaqla onların özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(011)-687/2019 saylı qırardadından müəyyən olunur ki, İddiaçı icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(011 )-1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi məqsədi ilə borclu X7 mülkiyyətində olan Mercedes-Benz minik markalı **-OK-*** qeydiyyat nişanlı, VAZ- 21214 minik markalı **-EG-*** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılması və mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi, qeyd olunan nəqliyyat vasitələrinin hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsaitin borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilməsi, qalıq borca münasibətdə isə icra tədbirləri ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007 ci ildə vəfat etmiş X2 vərəsəsi oğlu Cavabdeh3 Sırac oğlu miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi idarəsi tərəfindən verilmiş, 37 saylı arayışa və sentyabr 2001 ci il tarixli JN 002A KOD 40726028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, İsmayıllı rayonu, Bizlan kəndi ünvanında yerləşən, 1996 cı ildə tikilmiş, 2 mərtəbəli, 7 otaqlı, 133.0 kv.m yaşayış sahəsi, 123.5 kv.m köməkçi sahəsi, 256.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən və 0.11 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Sırac oğlu mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndi ünvanında yerləşən, 2 mərtəbəli, 7 otaqlı, 133.0 kv.m yaşayış sahəsi, 123.5 kv.m köməkçi sahəsi, 256.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini nəvəsi Cavabdeh3 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********41 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 88E ünvanında yerləşən qeyri-yaşayış binası üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmiakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********31-06301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 171 nömrəli Tikinti obyektinin istismarına İcazə Aktına, Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən) Lakin, Cavabdeh2 həmin qeyri-yaşayış binasını Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-815 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1, X8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********31-06301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan AR DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 31774-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Mercedes-Benz minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci il tarixdə X15iunun adına qeydiyyata alınmışdır. Avtomobilə dair Cavabdeh4 adına etibarnamə verilmişdir. xx.xx.2017-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AR DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 34872-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə VAZ-21214 minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə X15iunun adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11,2018-ci il tarixli, 2(011)-1184/2018 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh X5 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 53.000 manat borc, 6218 manat məzənnə fərqi, 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 59.248,40 manatın İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Tərəflər arasında kredit mübahisəsinin davam etdiyi ərəfədə cavabdeh X12 qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan olunmuş nəqliyyat vasitələrini özgəninkiləşdirmişdir. Belə ki, o, mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə 2010-cu ildən 2060-cı ilədək adına etibarnamə verdiyi Cavabdeh4 adına, "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə cavabdeh olan qardaşı Cavabdeh1 adına alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd olunanlara əsasən məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh X7 Cavabdeh4 İddiaçı ilə aralarında kredit müqaviləsi üzrə mübahisəyə məhkəmədə baxıldığı ərəfədə mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilləri çoxdan tanıdığı Cavabdeh4 və qardaşı Cavabdeh1 adlarına özgəninkiləşdirməsi həmin avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin yalnız görünüş üçün bağlandığı barədə nəticəni yaradır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbləri Cavabdeh3 adına İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasının və buna dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslandırılmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin X4 Cavabdeh2 birgə nikahları dövründə əldə olunduğunu iddia etsə də, iddia tələbi bu bu hissədə məhkəmə baxışında araşdırılmış sübutlarla tam olaraq təkzib olunmuşdur. İddia tələbinin Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 83 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəİdilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, borclunun ümumi mülkiyyətdə olan əmlakına icra sənədi üzrə tələbin yönəldilməsi icra mərhələsinə aid məsələ olduğundan, həmçinin, qeyd olunan əmlakın tərəflərin birgə nikahları dövründə əldə olunmuş əmlak kateqoriyasına daxil olmasını əsaslandırmadığından, iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X4 Cavabdeh1 arasında "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli və X4 Cavabdeh4 arasında "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-135/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-135/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver