Məhkəmə qərarları › İş №2(011)-137/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-137/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-137/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh X6 iştirakları ilə İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər X9, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X6 cavabdeh İddiaçı qarşı “payın faktiki ayrılmış vəziyyətdə və ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq ayrılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X2, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə uzun illərdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar və həmin fərdi yaşayış evi onun paylı mülkiyyətindədir. Mübahisəli ev olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 13 mart 2014-cü il tarixdə adına paylı mülkiyyət hüququ tanınmışdır. İstifadəsində olan hissəsinin ümumi sahəsi 0.02304 kv.m-dir və həmin hissə onun paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4dır və cavabdehlərin paylı mülkiyyətindədir. Cavabdehlərlə onun giriş-çıxış qapıları ayrılmış və hətta hər birilərinin ayrıca hasarları vardır və həmin hasar onların evlərini tam ayırmışdır. Hətta onun evinin dam örtüyü də ayrıdır. Cavabdehlər onun uzaq qohumlarıdır və paylı mülkün digər hissəsinə cavabdehlərin adına paylı mülkiyyət hüququ tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona verilmiş Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.02304 kv.m olan evin 3/9 hissəsi onun paylı mülkiyyətindədir. O, ümumi paylı mülkiyyətlərində olan evdən onun payının naturada ayrılmasını arzu edir. Lakin cavabdehlər olan digər mülkiyyətçilərlə aralarında mübahisə olduğu üçün razılıq əldə etmək mümkün deyildir. Ona görə də, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evində paylarına uyğun olaraq onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı cavabdehlərdən X1 vəfat etdiyini bildirərək, onun vərəsəsi X11 ilə əvəz edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh X11 cavabdeh İddiaçı qarşı “payın faktiki ayrılmış vəziyyətdə və ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 vərəsəsi olaraq, mübahisəli əmlakın yeni mülkiyyətçisi kimi o, yəni X11 da işə qoşulmuşdur. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 10/1603 nömrəli, 22 iyun 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 3/9 hissə payına, X3 1/9 hissə payına, Cavabdeh3 1/9 hissə payına, Cavabdeh4 Məmməd qızının 1/9 hissə payına, İddiaçı 3/9 hissə payına naturada bölünməsi mümkün deyildir. Lakin tədqiq olunan fərdi yaşayış evi faktiki olaraq tərəflər arasında paylarına yaxın şəkildə beş təcrid mənzil kimi bölünmüşdür ki, həmin inşaat norma və qaydalarının 2.08.01.89-nun 1.1., 2.2, 2.4, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun aparılmışdır. İş üzrə əlavə ekspert rəyində qeyd olunan daşınmaz əmlakın bölgüsü sxemi əlavə olunmuşdur. Ekspertin rəyi ilə təsdiq olunur ki, onun ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakdakı payı faktiki vəziyyətə uyğun olaraq bölünə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlak üzrə onun payının faktiki ayrılmış vəziyyətdə və ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlak üzrə onun payının faktiki ayrılmış vəziyyətdə və ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X11 qarşılıqlı iddia tələbini müdafiə etməklə yanaşı, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında digər cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsi, 16 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 23803 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahiblərinin payı “Cavabdeh1 3/9 hissə”, “X7 1/9 hissə”, “Cavabdeh3 1/9 hissə”, “Cavabdeh4 1/9 hissə” və “İddiaçı 3/9 hissə” kimi göstərilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsi, 16 saylı ev (164.0 kv.m) xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 23803 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahiblərinin payı “X7 1/9 hissə”, “Cavabdeh3 1/9 hissə”, “Cavabdeh4 1/9 hissə”, “İddiaçı 3/9 hissə” və “X11 3/9 hissə” kimi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 566527 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Əbdülrəhmanoviç 02 sentyabr 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 10/1603 №-li ekpert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 9/3 hissə payına, X3 1/9 hissə payına, Cavabdeh3 1/9 hissə payına, Cavabdeh4 Məmməd qızının 1/9 hissə payına, İddiaçı 3/9 hissə payına naturada bölünməsi mümkün deyildir. Lakin, tədqiq olunan fərdi yaşayış evi faktiki olaraq tərəflər arasında paylarına yaxın şəkildə beş təcrid mənzil kimi bölünmüşdür ki, həmin inşaat norma və qaydalarının 2.08.01.89-nun 1.1., 2.2, 2.4, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 10/6309 №-li ekpert rəyindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 16 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki rekonstruksiyası tətbiq edilmiş vəziyyətdə tərəflərin paylarına ( X1 payı 3/9 hissə, X3 payı 1/9 hissə, Cavabdeh3 payı 1/9 hissə, Cavabdeh4 Məmməd qızının payı 1/9 hissə, X4 payı 3/9 hissə) uyğun olaraq naturada bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli yürində müayinə protokolundan məlum olur ki, İddiaçı cavabdehlər X2, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair mülki iş üzrə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yerində müayinə keçirilmiş, və müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq tərəflərin paylarına uyğun olaraq təcrid mənzillər kimi bölünmüş, həmin mənzillərdə rekonstruksiya işləri aparılmışdır. İddia ərizələrinin məzmunundan, iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 10/6309 №-li ekpert rəyindən də aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 16 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki rekonstruksiyası tətbiq edilmiş vəziyyətdə tərəflərin paylarına ( X1 payı 3/9 hissə, X3 payı 1/9 hissə, Cavabdeh3 payı 1/9 hissə, Cavabdeh4 Məmməd qızının payı 1/9 hissə, X4 payı 3/9 hissə) uyğun olaraq naturada bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 16 ünvanda yerləşən fərdi yaşayış evində yerində müayinə keçirilərkən müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq tərəflərin paylarına uyğun olaraq təcrid mənzillər kimi bölünmüş, həmin mənzillərdə rekonstruksiya işləri aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsaslı olduğundan, tərəflərin hər biri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq paylarının ayrılmasına etiraz etmədiklərindən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 16 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki rekonstruksiyası tətbiq edilmiş vəziyyətdə tərəflərin paylarına (X8 X1 vərəsəsi olaraq payı 3/9 hissə, X3 payı 1/9 hissə, Cavabdeh3 payı 1/9 hissə, Cavabdeh4 Məmməd qızının payı 1/9 hissə, X4 payı 3/9 hissə) uyğun olaraq naturada təcrid şəklində ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər X9, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı X6 cavabdeh İddiaçı qarşı “payının faktiki ayrılmış vəziyyətdə və ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq ayrılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 16 ünvanda yerləşən fərdi yaşayış evi faktiki rekonstruksiyası tətbiq edilmiş vəziyyətdə tərəflərin paylarına (X1 payı 3/9 hissə, X3 payı 1/9 hissə, Cavabdeh3 payı 1/9 hissə, Cavabdeh4 Məmməd qızının payı 1/9 hissə, X4 payı 3/9 hissə) uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 10/6309 №-li rəyində və rəyə əlavə olunmuş plan sxemdə müəyyən edilmiş qaydada naturada təcrid şəklində ayrılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar